İmam Zamanla (ə.f) görüşənlər « Beşinci görüş » |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-05-2016, 18:51 | Şərh sayı: (0) | Baxılıb: 375
İmam Zamanla (ə.f) görüşənlər « Beşinci görüş »
Mərhum şəhid Seyyid Əbdülkərim Haşimi Nejad ustadı Şeyx Əli Fəridətül-İslam Kaşani haqda deyir:
"Bir gün axşam çağı mərhum müəllimim Qumda icarə etdiyi evin eyvanında üzü həyətə tərəf durub "Ali-Yasin” ziyarətnaməsi ilə fədası olduğum İmam Zaman (ə)-ı ziyarət və onunla münacat edirdi. Mən də onun yanında manqala od salıb sönməsin deyə küləkləyirdim. Birdən, mərhum müəllimim yerindən tərpənib ağlamağa başladı. Başımı qaldırdım ki, görüm nə olub. Baxıb gördüm ki, İmam Zaman (ə) yerlə göy arasında müəllimimin qarşısında durub ona baxaraq təbəssüm edir. Gecənin qaranlığında o həzrətin üzünün bütün cizgilərini, hətta paltarının hansı rəngdə olduğunu görə bildim. Başımı aşağı salıb qaldırdıqda, yenə o həzrəti həmin qiyafədə gördüm. Beləcə, bir neçə dəfə başımı aşağı salıb yenidən onun müqəddəs surətinə nəzər saldım və hər dəfə onun nurani vücudunu müşahidə edə bildim. Başımı sonuncu dəfə aşağı saldıqda müəllimimin sakitləşdiyini hiss etdim, başımı sonuncu dəfə qaldırdıqda isə artıq onu görə bilmədim. Bununla da başa düşdüm ki, müəllimimin münacatı sona çatdı. Münacat başa çatdıqdan sonra taxtın aşağı tərəfində oturduğumdan o mənim heç nəyi görmədiyimi güman edib hər şeyi məndən gizli saxlamaq istədi. Mən ondan soruşdum: Müəllim! Siz ağanı hansı paltarda gördünüz? O təəccüblə soruşdu: Məgər sən o həzrəti gördünmü? Dedim: Bəli, onun əynində xət-xət paltar, başında isə yaşıl əmmamə var idi. Surəti olduqca gözəl və cəzbedici, üzündə isə bir xal var idi. Bir sözlə Həzrətin bütün nişanə və əlamətlərini bir-bir ona sadaladım. O da dediklərimi təsdiq edib məni daha da təşviq etdi və mənim o həzrəti görməyə layiq olduğuma çox sevindi.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər