Peyğəmbərlərin iki əsas hədəfi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-05-2016, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 295
Peyğəmbərlərin iki əsas hədəfi
Təzkiyə (Paklanma) anlayışı və onun əhəmiyyəti
Peyğəmbərlərin iki əsas hədəfi
Qurani-kərimdə peyğəmbərlərin göndərilməsində əsas məqsədin insanların təlim və təzkiyəsi olduğu bildirilir. Bəzi ayələrdə təzkiyə, bəzilərində isə təlim birinci qeyd olunur. Bu iki söz, yəni "təlim və təzkiyə” dilimizə "təlim və tərbiyə” kimi də tərcümə oluna bilər. Başqa sözlə, "təzkiyə” dedikdə "tərbiyə” nəzərdə tutulur. İnsan bu təlim və tərbiyəyə dini maarifə yiyələnmədən və ya peyğəmbərlərin köməyi olmadan nail ola bilməz. Elə elmlər var ki, onlar insanın xoşbəxtliyində birbaşa rol oynamır. Amma dini elmlərdən xəbərsizlik insanı əbədi axirət səadətindən məhrum edir.
Peyğəmbərlərin göndərilməsinin iki əsas məqsədi var:
1. Dini maarifin təlimi.
2. İnsanların tərbiyəsi.
Bu iki iş əvvəl peyğəmbərlərin, sonra isə onların vəsilərinin (canişinlərinin) öhdəsindədir. İslam peyğəmbərinin vəsiləri olan məsum imamlardan sonra bu vəzifə Əhli-beyt alimlərinin çiyninə düşür.
Tərbiyə o qədər geniş sahəni əhatə edir ki, hətta bədən tərbiyəsi də bu sahəyə aid olunur. Amma peyğəmbərlərin əsl vəzifəsi insanların mənəvi tərbiyəsi, yəni təkamül yolunda olanları Allaha yaxın məqama çatdırmaqdan ibarətdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər