Ülul-əzm peyğəmbər nə deməkdir və ülul-əzm peyğəmbərlər hansılardır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-11-2015, 16:52 | Şərh sayı: (0) | Baxılıb: 1005
Ülul-əzm peyğəmbər nə deməkdir və ülul-əzm peyğəmbərlər hansılardır?
Peyğəmbərlərdən beşi ən üstün sayılır və onlara “ülul-əzm” (yəni əzm və iradə sahibi) deyirlər. Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Mühəmməd (s). Ülul-əzm peyğəmbərlərin əsas xüsusiyyəti budur: Onlar xalqı tamamilə yeni şəriətə əməl etməyə çağırmış, özlərindən əvvəlki peyğəmbərlərin şəriətini köhnəldiyinə görə ləğv etmişlər. Məsələn, Həzrət Musa (ə) özündən əvvəlki ülul-əzm peyğəmbərin – İbrahimin (ə) şəriətini yenisi ilə əvəz etmişdir. Həzrət İsa (ə) Musanın (ə), Həzrət Mühəmməd (s) də İsanın (ə) təbliğ etdiyi şəriəti dəyişdirmişlər. Halbuki bu beş nəfərdən başqa peyğəmbərlərin öz şəriəti olmamışdır. Məsələn, Həzrət Musa (ə) ilə Həzrət İsa (ə) arasındakı zaman fasiləsində yaşamış nəbilər və rəsullar özlərindən şəriət gətirməmiş, Həzrət Musanın (ə) şəriətini təbliğ etmişlər. Eləcə də, Həzrət İsadan (ə) sonra yaşayan peyğəmbərlər onun şəriətini təbliğ etmişlər; ta ki Həzrət Mühəmməd (s) son şəriət olan İslam şəriətini yaymışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər