Bütün peyğəmbərlər Allaha doğru dəvət etmişlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-10-2015, 17:20 | Şərh sayı: (0) | Baxılıb: 1279
Bütün peyğəmbərlər Allaha doğru dəvət etmişlər
Bizim əqidəmizə əsasən, bütün ilahi peyğəmbərlər öz çağırışlarında vahid bir hədəfə, məqsədə qulluq etmişlər. Onların hədəfi, insanları Allaha və Qiyamət gününə olan inamla, ilahi dininin düzgün qavranılması və əxlaqi məsələlərin riayət olunması ilə əbədi səadətə yönəltmək idi. Elə bu səbəbdən də, bütün peyğəmbərlər biz müsəlmanlar üçün əziz və möhtərəmdir. Qurani-kərim bu əqidəni bizə öyrətmişdir: "Biz ilahi peyğəmbərlərin arasında heç bir ayrı-seçkilik (fərq) qoymuruq.” (Bəqərə, 285)
Lakin dövran keçdikcə, zaman ötdükcə, insan elm və maddi imkanlar cəhətindən inkişaf edərək, daha üstün və dərin mənalı təlimləri qavramaq qabiliyyətinə malik oldu. Allah-təala da, öz sonuncu və ən kamil dini olan İslamı insanlara bəxş etdi. Qurani-kərimin Maidə surəsinin 3-cü ayəsində buyurulur: "Bu gün sizin dininizi kamil etdim, və nemətimi sizə tamamladım, və İslam dinini sizin üçün əbədi din seçdim!”
Keçmiş peyğəmbərlərin gələcəkdən verdiyi xəbərlər
Bir çox peyğəmbərlər özlərindən sonra gələcək peyğəmbərlərin barəsində xəbər vermiş və onların nişanələrini bəyan etmişlər. həzrət Musa (ə) və Həzrəti İsa (ə) da, Məhəmməd Peyğəmbərin (s) gələcəyi barəsində xəbərlar vermiş və onun nişanələrini, bəyan etmişlər. Bu xəbərlərdən bəzisi indi də, məsihilərin və yəhudilərin müqəddəs kitablarında (bibliyada) mövcuddur. Qurani-kərim buyurur: "Onlar ki, Tövrat və İncildə (barəsində) nişanələri yazılmış "dərs oxumayan Peyğəmbərə” tabe olurlar, səadətə çatan insanlardır.” (Əraf, 157)
Tarix kitablarında bu barədə belə yazılmışdır: "İslam Peyğəmbəri (s) peyğəmbərliyə yetişməzdən əvvəl, yəhudilərdən ibarət böyük bir dəstə Mədinə şəhərinə gəldilər. Onlar səbirsizliklə Məhəmməd adlı bir peyğəmbərin olacağını və onun dəvətini gözləyirdilər. Çünki öz müqəddəs kitablarında Məhəmmədin (s) məhz bu yerlərdə olacağını oxumuşdular. Lakin Məhəmməd Peyğəmbərin (s) dəvətindən sonra onlardan bir dəstə iman gətirdi, digərləri isə öz dinini şəxsi mənafelərinə qurban verərək, onunla müxalifətə çıxdılar.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər