Müəllim, yaxud Peyğəmbərlərin yolunu gedənlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-01-2016, 17:15 | Şərh sayı: (0) | Baxılıb: 343
Müəllim, yaxud Peyğəmbərlərin yolunu gedənlər
İslam dinində müəllimə və tərbiyəçiyə yüksək məqam verilmişdir. Onlar yüzlərlə, minlərlə insanın təlim-tərbiyə məsuliyyətini öhdəsinə almış, onları hər növ əqidə azğınlıqlarından qoruyub-saxlamış, insaniyyət və kamal yolunu onlara tanıtdırmışlar. Bu cəhətdən cəmiyyətdə bu pak və fədakar insanlar son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol və hədəf müqəddəs peyğəmbərlərin tutuduğu yoldur. Məhz bu səbəbdən Rəsuli Əkrəm özünü və Həzrət Əlini bu ümmətin mənəvi atası kimi tanıtdırır. Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçisidirlər.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”[64]
Bu hədis müəllimin və islami bir mübəlliğin məqamının atanın məqamından üstün olduğunu göstərir. Çünki Həzrətin "bizim haqqımız onların haqqından irəlidir”-kəlamının səbəbini belə bəyan edir ki, biz onları ayıldaraq düz yola hidayət edirik. Bunun mənası budur ki, hər kəs bu məsuliyyəti öhdəsinə alarsa, onun məqamı həqiqi atanın məqamından üstün və layiqlidir. Dəqiq desək, bu, səbəbi bəyan olunmuş hədisdir. Bəli, ata və analar övladların maddi ehtiyaclarının təmin olunmasında, onların qorunub-saxlanmasında özlərini məsuliyyətli bilirlər və bu yolda yalnız hərəkət edirlər, amma onların mənəvi ehtiyaclarına nisbətən az diqqət yetirirlər. Amma Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam), onların pak və məsum övladları, habelə onların yolunu gedənlər, müqəddəs dini hədəfərlə insanlara yol göstərib onların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlər daha böyük haqqa malik olmuş və indi də olmaqdadırlar. Çünki onlar şam kimi yanaraq başqalarına nur verirlər; özləri müxtəlif maddi və mənəvi, ruhi və cismi çətinlikləri canla-başla qəbul edərək başqalarını inhirafdan, azğınlıqdan, bədbəxtlikdən çıxarıb, səadətin şah yoluna, nicat yoluna çəkirlər, dini məsələləri, dini və insani həqiqətləri onlara öyrədirlər. Buna əsasən, bizim islami müəllimlərə, təbliğatçılara və hamıdan da artıq öz ata-anamızdan daha üstün olan Peyğəmbər və Məsum İmamlara ehtiram etməyə borcluyuq. Burada bir hekayəni sizə təqdim etməyi münasib görürük. Müsəlmanlarla kafirlər arasında bağlanan "Hüdeybiyyə” sülh müqaviləsindən sonra bu müqavilə Qüreyş kafirləri tərəfindən pozuldu və bunun əvəzini çıxmaq məqsədi ilə Əbu Süfyanı üzr istəmək üçün èeyğəmbərin yanına göndərdilər. Onun (Əbu Süfyanın) qızı Peyğəmbərin arvadlarından biri olduğuna görə o, qərara aldı ki, öz qızının evinə getsin. O, öz qızının evinə daxil olanda Rəsuli Əkrəmin döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq istəyəndə, Ümmü Həbibə öz kafir atası–Əbu Süfyanın onun üstündə oturmasına mane oldu. Əbu Süfyan bərk narahat olub dedi: "Qızım, bu döşəyi mənə layiq görmədin, yoxsa məni bu döşəyə layiq görmədin?” Qızı dedi: "Ata, bu döşək Peyğəmbərə məxsusdur, sən isə kafirsən. Mən kafir bir şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm.”
Diqqət yetirilməlidir ki, bu qız həmin atanın qucağında böyüyüb boya-başa çatmışdır və onun atalıq haqqı vardır. Ata-övlad münasibətləri və məhəbbəti də inkar olunası deyildir. Amma tovhid məktəbində, Rəsuli Əkrəmin evində İslam dini təlim-tərbiyəsi bütün atalıq tellərini, ata-övlad məhəbbətini kənara qoyur. O, təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur, həm də onun Peyğəmbərin döşəyinin üstündə oturmasına mane olur. Bu hədislərə və tarixi hadisələr (biz qısa olsun deyə, bunlarla kifayətlənirik) İslam əsasında əməl edən dindar müəllimlərin ehtiramının son dərəcə yüksək olduğunu bayan edir. Biz onlara hörmət göstərilməsində bacardığımız qədər çalışmalıyıq. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur ki, "müəllimə ehtiram əlaməti olaraq öz yerindən qalxıb ona təzim et!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər