Ən böyük kəşf... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:54 | Şərh sayı: (0) | Baxılıb: 284
Ən böyük kəşf...

“2MASS J2126-8140" adlı planet hələ 2008-ci ildə tapılıb. Lakin onun kosmosda sərbəst olduğu düşünülürmüş. Sən demə, bu, heç də belə deyil. Alimlər bu planetin əslində bir ulduza sahib olduğunu ortaya çıxarıblar. Bu ulduz ”2MASS J2126-8140" adlandırılan planetdən 1 trilyon km uzaqlıqda yerləşir. TYC 9486-927-1 adlı ulduzun planetin əksinə olaraq bir dövrə vurması təqribən 1 mln. dünya ilinə bərabərdir. Planetin bir dövrü 100 işıq ilinə bərabərdir. Araşdırmada “2MASS J2126-8140"ın Yupiterdən 10-12 dəfə böyük olduğu üzə çıxıb. Planetin öz ulduzu ilə arasındakı məsafə Yerin Günəşlə arasındakı məsafədən 6900 dəfə böyükdür. Elmi tədqiqatı aparan Simon Morfinin məlumatına görə, bu planeti və onun yeganə ulduzunu tapmaq böyük şansdır. ”Bu sistemin bizim Günəş sistemimiz kimi toz və qaz buludundan meydana gəlmiş olmasının imkanı yoxdur".
Hələlik bunun ən nəhəng ulduz sistemi olduğu ehtimal edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər