RSS
 

Login:
Şifrə:
» » İBN SİNA

Xəbər lenti

Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İBN SİNA

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-12-2015, 23:28 | Şərh sayı: (0) | Baxılıb: 1657

İBN SİNA


İBN SİNA


Bəşəriyyətin zamanəmizə qədər öz elmi böyüklüyünü saxlamış bənzərsiz mütəfəkkirlərindən biri də Əbu Əli ibn Əbdullah ibn-Əli ibn Sinadır. Ensiklopedik biliyi olan — həkim, şair, riyaziyyatçı, musiqişünas, təbiətşünas, filosof, astronom, kimyaçı, bioloq, geoloq kimi faliyyət göstərmiş İbn-Sinanın elmi maraq dairəsi tibb yeniliklərini, qomeopatiyanı və s. də əhatə etmişdir. Onun əsərləri bəşər mədəniyyəti xəzinəsinə böyük töhfələr vermişdir. O, özündən sonra müxtəlif elm sahələrinə aid 450-dən artıq əsər irs qoyub getmişdir.

İbn-Sina 960-cı ilin sentyabr ayında Buxara yaxınlığındakı kiçik Əfşan kəndində doğulmuşdur. Atası Əbdullahın və anası Sitarənin Hüseyn adından çox xoşları gəldiyindən ilk oğlanlarının adını Hüseyn qoymağı qərarlaşdırmışdılar. Mədəni ailələrdə uşağa ikinci ad da qoymaq dəbdə olduğundan ona Əli adı qoymuşdular. Uşağın atası sevinərəkdən deyirmiş ki, “oğlumun ilk balasının adı Əli olacaq . Nəvəm olanda daha ona hansısa ad verməyə hacət qalmayacaq. Qoşma ad Əbu Əli olacaq”. İbn-Sinanın atası Əbdullah kişi nə biləydi ki, oğlunun uşağı və ailəsi olmayacaq. İbn-Sinanın həyatı karvan yolları ilə bir şəhərdən digər şəhərə, bir hökmdarın yanından digərinin yanına getməklə başa çatacaq, evi yollar, ən yaxınları isə yol yoldaşları olacaq.

Kiçik Hüseyn hər şeylə çox maraqlanan uşaq imiş. Bütün günü “Nə üçün” sualını verməklə keçirmiş. Bundan yaşlılar da, balacalar da təəccüblənirdilər.Uşağın böyük elmi gələcəyi olacağını heç kim şübhə altına almırdı. Oğlanın beş yaşı tamam olanda onu ibtidai məktəbə qoydular. O, on il həmin məktəbdə oxudu. Übeyd adlı müəllimin dərs verdiyi sinifdə oxuyan 15 uşaqdan ən kiçiyi Hüseyn idi. Məktəbdə Quran surələri öyrədilirdi. Uşaqların çoxu ərəb dilini çox pis bilirdi. Hüseyn müəllimə həddindən artıq sual verməkdən yorulmurdu. Müəllim isə hər dəfə ona deyirdi: “Quran oxu, orada hər sualın öz cavabı var”. Hüseyn eyni vaxtda başqa müəllimin də yanına gedir və ondan qrammatikanı , stilistikanı və ərəb dilini öyrənirdi.

Günlərin birində Hüseyn müəllimin yanına gəlib dedi ki, Quranı başa çıxıb. Sonra da soruşdu: “Mən indi məni maraqlandıran suallarımı verə bilərəmmi?” Müəllim Hüseyndən inciyən kimi oldu: “Quranı uzun illər oxuyurlar, Quranı çox az adam əzbər bilir. Quranı əzbər bilən adama hafiz deyilir” – müəllim bununla da sözünü yekunlaşdırdı. Uşaq “Deməli, mən hafizəm” – dedi. İmtahan zamanı Hüseyn bütün surələri əzbərdən dedi. Məlum oldu ki, heç müəllimi Übeydin özü də Quranı bu səviyyədə bilmir.

990-cı ildə gələcəyin böyük alimi 10 yaşında ikən Quranı əzbərdən deməyi, ərəb ədəbiyyatını dərindən mənimsəməyi ilə hamını heyran qoyurdu. Uşağının hər şeyi dərindən mənimsəmək qabiliyyətini yəqin edən atası oğlunun müxtəlif elm sahələri üzrə püxtələşmiş müəllimlərdən dərs almasını qərarlaşdırdı. Hüseyn böyük səylə riyaziyyatı, fizikanı, məntiqi, qanunşünaslığı, astronomiyanı, fəlsəfəni, coğrafiyanı və digər elmləri öyrəndi. Hətta fəlsəfə və riyaziyyat dərsi keçən müəllimi Əbu əl-Natiqi bir çox məsələdə üstələdi. Bir sıra məsələlərin dərin təhlilini verəndən sonra, müəllimi lap çaş-baş qaldı. Müəllim uşağın atasına məsləhət gördü ki, Hüseynin ancaq elmlə məşğul olması üçün şərait yaratsın. Müəllimin Hüseynə dərs deməsi üçün biliyi, sanki, tükənmişdi.

Hüseyn Evklidin “Başlanğıc” əsəri üzrə beş-altı teoremi müəlliminin köməyi ilə, qalanlarını isə müstəqil öyrənmişdi. Müəllim gücsüzlüyünü tam yəqin etdikdən sonra Hüseynə demişdi: “Özün oxu, teoremləri həll et, sonra gəl mənə nəticələri göstər”. Bundan sonra Hüseyn kitablarda yazılanları müstəqil öyrənməklə məşğul olmuşdu. Ortaya çıxan məsələlərin bir çoxunu müəllim şagirdindən öyrənmək məcburiyyətində qalmışdı. İbn-Sina 18 yaşa çatanda elmlərin əksəriyyətini öyrənmişdi.
İbn-Sina tibb ilə çox erkən yaşlarında – 12 yaş içində maraqlanmışdı. İbn-Sina o dövrün tanınmış həkimi və filosofu Əbu Salah əl- Məsihinin məsləhəti ilə tibbi əsaslı surətdə öyrənməyə başlamışdı. Çox az müddətdə müxtəlif xəstəliklərin müalicəsi sahəsində uğurlar qazanan İbn-Sina onun yanına gələn ən məşhur həkimlərə də məsləhətlər verirdi. O zaman İbn-Sinanın 16 yaşı vardı. Tibbə böyük marağı onu Buxaranın məşhur tibb alimi Əbu-əl Mənsur Kamarinin yanına gətirib çıxarmışdı. Aldığı biliklərlə kifayətlənməyən İbn-Sina müstəqil tibbi fəaliyyətlə məşğul olmuşdu.

Bir həkim kimi çox məşhurlaşan İbn-Sina az vaxtdan sonra Buxara əmiri Nuh ibn-Mənsuru müalicə etmək üçün saraya dəvət olunmuşdu. Əmirin müalicəsi ilə məşğul olan məşhur həkimlər heç bir müsbət nəticəyə nail ola bilməmişdilər. İbn-Sina əmiri istənilən kimi müalicə edə bildi, qazancı isə o oldu ki, İbn-Sinanı o dövrün məşhur Buxara kitabxanasına buraxdılar. İbn-Sina Buxara kitabxanasında məşğul olduğu on ili həyatının ən mühüm mərhələsi hesab edirdi. Onda həyatının Buxara kitabxanası dövründə tibb üzrə ümumiləşdirici əsər yaratmaq ideyasını həyata keçirmək arzusu baş qaldırmışdı. Bu əsərdə xəstəliklərin adları, onların bütün əlamətləri, nədən baş verdikləri və müalicə yolları göstərilməli idi. Bu məqsədlə, İbn-Sina müxtəlif kitablardan, referatlardan lazımi çıxarışlar edir, onları müntəzəm olaraq ümumiləşdirirdi. Bu, İbn-Sinanın uzun illər işləyib hazırladığı “Tibb elminin qanunu” əsərinin ərsəyə gəlməsi üçün bir başlanğıc idi.

Həmin əsər tibb aləmində ən görkəmli kitablardan biridir. Mahiyyət etibarilə bütöv bir tibb ensiklopediyası olan bu kitab insanın sağlamlığına və xəstəliklərinə aid mükəmməl bilik toplusudur. 200 çap vərəqindən ibarət bu əsər XII əsrdə ərəb dilindən latıncaya tərcümə edilərək əlyazması şəklində bütün dünyaya yayılmışdı. Çap dəzgahı ixtira olunandan sonra “Qanun” ilk çap olunmuş kitablardan biri idi, nəşrlərinin sayına görə hətta Bibliya ilə rəqabət aparırdı. “Qanun”un latın mətni ilk dəfə 1473-cü ildə, ərəb mətni isə 1543-cü ildə nəşr olunmuşdur. Azı 30 dəfə nəşr edilmiş bu əsər əsasında beş əsr müddətində Avropanın universitetlərində tibb elmi tədris edilmişdir.

İbn-Sina bronxial astmanın patogenezində sinir sisteminin rolunu ilk dəfə göstərmişdir. O, yazmışdır ki, bu xəstəlik onurğa beyinin və baş beyinin sinirlərinin zədələnməsi nəticəsində baş verir. Müasir tibb elminin nümayəndələri də bu yaxınlarda belə qənaətə gəlmişlər. İbn-Sina tibb elmi tarixində ilk dəfə olaraq quduzluğun mənzərəsini, müalicəsini və xəstəliyin səbəblərini təsvir etmişdir. Yalnız 1804-cü ildə bu məsələyə münasibətin düzgünlüyü təsdiq olunmuşdur.

İbn-Sina hələ XI əsrdə – mikroskopun və laboratoriyaların olmadığı bir dövrdə yazmışdı: “Əgər xəstə xəstəliyinin qızğın çağında kimisə dişləsə , xəstəliyini ona keçirə bilər. Xəstənin qabağından qalanları yeyən və içən şəxslər də quduzluq xəstəliyinə tutula bilərlər”. İbn-Sina hesab edirdi ki, quduzluğun müalicəsi üçün ən yaxşı dərman quduz itin qara ciyərindən hazırlanmış məhluldur. Bu, bir çox yüzilliklərdən sonra özünün təsdiqini tapdı. Peyvənd üsulu meydana çıxdı.

İbn-Sina tibb tarixində ilk dəfə olaraq qızılçanın və çiçəyin ayrı-ayrı xəstəliklər olmasını müəyyənləşdirmişdir. İbn-Sina tibb tarixində ilk dəfə olaraq sifilisin müalicəsində civə tətbiq etmişdir. O, tibb tarixində ilk dəfə olaraq diabetin və şəkərin sidikdə çökməsi probleminin mühümlüyünü önə çəkmişdir. Alim, “Qanun”da yazmışdır ki, “diabetə tutulmuş xəstələrin sidiyindəki çöküntü bal kimi şirindir”. Avropada ilk dəfə olaraq XVIII əsrdə bu fikrin doğruluğu təsdiq olunmuşdur. XI əsrdə İbn-Sinanın diabet klinikasına verdiyi xarakteristikaya müasir həkimlər heç nə əlavə edə bilməmişlər. İbn-Sina bu xəstəliyin başvermə səbəblərini də göstərmişdir. Onun fikrincə, xəstəliyin törənmə səbəbi qara ciyərin funksiyalarının pozulması, mexaniki və qaraciyər sarılığıdır. İbn-Sina bu sarılıqları digər sarılıq xəstəliklərindən bacarıqla ayırmışdır. İbn-Sina tibb tarixində ilk dəfə olaraq miokard infarktı xəstəliyini müəyyənləşdirmişdir. O, yazmışdır ki, “Ürək damarları yolu tutulanda ürəyin işləməsinə mane olur”. İbn-Sina ürək xəstəliklərinin digər orqanların xəstəlikləri ilə də əlaqədar olduğunu söyləmişdir. Bunu müasir tibb elmi yalnız XX əsrdə müəyyənləşdirə bilmişdir.

İbn-Sina tibb tarixində ilk dəfə olaraq sibir xorasının təsvirini vermiş və onun digər xəstəliklərdən fərqini göstərmişdir. Avropada bu, yalnız XVIII əsrdə öz təsdiqini tapmışdır. İbn-Sina tibb tarixində ilk dəfə olaraq ağcaqanadın dəri leyşmanozunun törədicisi olduğunu göstərmişdir. Bu fikir Avropada yalnız 1921-ci ildə eksperimental yolla təsdiq olunmuşdur. İbn-Sina tibb tarixində ilk dəfə olaraq , diaqnoz qoyan zaman qara ciyərin palpasiyasını (əllənməsini) və perkussiyanı (əzanın barmaqla taqqıldadılmasını) tətbiq etmişdir.

İbn-Sinanın tibbə gətirdiyi digər yeniliklər də var. İbn-Sina mükəmməl işlənmiş göz cərrahiyyəsi üsullarını irs qoymuşdur. Onun təsvir etdiyi trixiazın (kipriklərin qeyri-düzgün istiqamətlənməsi) cərrahi müalicəsinin prinsipləri və məqsədləri, demək olar ki, müasir metodlardan fərqlənmir. Onun kəllə, çənə, körpücük sümüyü, döş sümüyü, kürək, qabırğa, onurğa, çiyin, bazu önü, bilək, barmaq, çanaq sümüyü, omba, baldır, pəncə sümükləri sınıqlarının yerinə qoyulması üsulları indiyədək tətbiq olunmaqdadır və çox vaxt “İbn-Sina üsulu” adlandırılır.

İbn-Sina ərəb ədəbiyyatını öyrənən zaman ərəb poeziyasının klassiklərinin yaradıcılığı ilə dərindən tanış olmuşdu. Bu, İbn-Sinanın bir şair kimi ərsəyə gəlməsinə çox kömək etmişdi. O, ilk dövrlərdə kiçik şeirlər yazırdı. Sonralar qəsidə və poemalar yazmağa başlamışdı. Əbu Reyhan Biruninin verdiyi məlumata görə, hələ çox qədimlərdən elmi əsərlər şeir formasında yazılırdı. Ərəblərdə hətta qrammatikaya aid kitablar da şeirlə yazılmışdı. Nəsildən-nəslə miras qoyulan bu kitablar çox populyar sayılırdı. İbn-Sina da elmi biliklərin xalq arasında geniş yayılması üçün şeir formasından istifadə edirdi. İbn-Sinanın həyatı, ovqatı və əzabları, nadanlığa, ədalətsizliyə qarşı etirazı özünün parlaq əksini poetik əsərlərində tapırdı.

İbn-Sina məntiqlə də çox maraqlanırdı. Bu mövzuda kitablar və poema yazmışdı. 297 beytdən ibarət olan poemada elmə və bir çox terminlərə – kateqoriyalara, sillogizmə, analoqiyalara, dialektikaya, ritorikaya, sofistikaya və s. tərif vermişdi. İbn-Sina tibb elminin xalq arasında geniş populyarlıq tapmasını istəyirdi. Onun tibb haqqında “Əl-urcuza fit-tibb” poeması materialının genişliyinə və dərin məzmununa görə “Qanun”dan sonra ikinci yer tutur. 2652 misradan ibarət olan bu poema hələ XII əsrdə latıncaya , sonralar isə digər Avropa dillərinə tərcümə edilib və işıq üzü görüb.

İbn-Sinanın digər poemaları ilin dörd fəslinin xüsusiyyətlərinə, gigiyena məsələlərinə, anatomiyaya və s. həsr olunub. İbn-Sinanın nəsr ədəbi- fəlsəfi əsərləri də vardır. “Quş haqqında traktat”, “Yusif haqqında povest” və s. əsərləri bunlara misal göstərilə bilər. Onun “Poeziya sənəti haqqında” əsəri isə ədəbiyyatşünaslıq məsələlərinə həsr olunmuşdur. İbn-Sina öz poemalarında insan sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət yetirir. O, gigiyena , qidalanma, xəstələrə qayğı haqqında yazmışdır. İbn-Sina xəstəliklərin qarşısının alınmasının onların müalicəsindən əzəl olduğunu xüsusi göstərir.

İbn-Sina tibb elminin bütün sahələrinə dərindən nüfuz etmiş və elmi yeniliklər etmiş alimdir. İbn-Sina hər bir doğulanın bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmışdı ki, “mən dünyanın yerdən tutmuş səma cisimlərinədək sirrlərini açmağa nail olsam da ölüm düyününü aça bilmədim”. Sağalmaz xəstəlikləri müalicə etmək iqtidarında olan bu böyük şəxsiyyət canını elm yolunda, xalqın məariflənməsi yolunda qoydu. Ədalətsizliklərdən doğan məşəqqətlərlə üzləşdi, əmirlər qarşısında öz sözünü deməkdən çəkinmədi. Bütün bunlar ailəsiz və övladsız İbn-Sinanın həyatdan tez getməsi ilə sonuclanmışdı. İbn-Sina 1037-ci ildə 57 yaşında vəfat etmişdi. Elmi yaradıcılığı ilə Avropa elmi məktəbini min illərlə qabaqlamış İbn- Sina İsfahanın Əla əl- Daul mavzoleyində dəfn edilmişdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor