Həzrət Mehdiyə (ə.f) ərizə ilə müraciət etmək mötəbərdirmi? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-02-2016, 10:03 | Şərh sayı: (0) | Baxılıb: 1944
Həzrət Mehdiyə (ə.f) ərizə ilə müraciət etmək mötəbərdirmi?

1. Ərizə yazılması həzrət Mehdiyə (ə.f) təvəssül növlərindən biridir. Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.
2. Böyük dini şəxsiyyətlər bu işi görmüş və onun bərəkətindən faydalanmışlar. Mühəddis Nuri “Nəcmus-Saqib” kitabında bu mövzuda maraqlı bir əhvalat nəql edir.[1]
3. Kəfəmi “Əl-Misbah” və “Əl Bələdul-əmin” kitablarında ərizənin hansı qaydada yazılmasını açıqlayır. Məlum olur ki, imama ərizə yazılması qanuni bir işdir.[2]
Mərhum Məclisi buyurur: “Ərizəni atarkən belə xəyal etsin ki, bu məktubu xüsusi naibə təhvil verir.”[3]
Şeyx Əbu-Cəfər Tusi “Misbahul-Mutəhəccid” kitabında deyir: “Allaha ünvanlanmış məktub yazılır, bükülür və sonra həzrət Bəqiyyətullaha digər bir məktub yazılır...”[4] Sonra alim hər bir ərizənin yazılma qaydasını göstərir. [5]
[1] Nəcmüs-saqib, səh/421
[2] Misbah, səh/531, Əl-Bələdül-əmin, səh/227
[3] Biharül-ənvar, c/94, səh/30
[4] Biharül-ənvar, c/90, dsəh/27
[5] Əliəsğər Rizvani, Əsrin imamı Mehdi (ə.f) ilə tanışlıq, səh/177
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər