Həzrət Məhəmməd Peyğəmbərin (s) mövlud gününün müstəhəb əməlləri hansılardır? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 28-12-2015, 20:30 | Şərh sayı: (0) | Baxılıb: 1386
Həzrət Məhəmməd Peyğəmbərin (s) mövlud gününün müstəhəb əməlləri hansılardır?
Hicri təqvimlə rəbiül-əvvəl ayının 17-si (miladi təqvimlə dekabrın 29-u) İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mövlud günüdür.
Bu gün İslam ənənəsinə görə, ən böyük bayramlardan sayılır. Həmin günü şadlıq və təntənə ilə qeyd etmək, mövlud mərasimləri keçirmək, sevinmək və başqalarını da sevindirmək savabdır. Mövlid günündə öz müsəlman qardaşlarına, xüsusilə, qohumlara baş çəkmək, ehtiyacı olanları xatırlamaq, ehsanat etmək, sədəqə vermək, müqəddəs məkanların ziyarətinə getmək müstəhəb sayılır.
Mövlud günündə qüsl almaq müstəhəbdir. Həmin gün oruc tutmaq dini mənbələrdə hədsiz böyük savaba səbəb olan əməl kimi xatırlanır. Mövlid günündə oruc tutan adama Allah bir illik müstəhəb orucun savabını yazar.
Mövlud günündə qılınması müstəhəb olan namaz barədə də mənbələrdə məlumat verilib. Bu namaz səhər Günəş çıxarkən qılınır, iki rükətdən ibarətdir. Hər rükətində Fatihədən sonra 10 dəfə Qədr və 10 dəfə İxlas (Qül hüvəllah) surələri oxunur. Namazdan sonra oxunması müstəhəb bilinən, “Allahümmə əntə həyyün la təmut” (İlahi, Sən ölümün yol tapmadığı dirisən) ifadələri ilə başlayan uzun bir dua da var ki, onu Əllamə Məclisi “Zadül-məad” kitabında qeyd edib.
Mövlud günü Həzrət Mühəmməd Peyğəmbəri (s) ziyarət etmək də müstəhəbdir. Həmin gün Mədinədə olanlar o həzrətin məzarını ziyarət edirlər. Buna imkanı olmayanlar isə evdə ziyarətnaməni oxuya bilərlər. Həmçinin, həmin gün Imam Əli ibn Əbu Talibin (ə) xüsusi ziyarətnamələrindən birini də oxumaq savab bilinib. Bu ziyarətnaməni İmam Cəfər Sadiq (ə) öz səhabəsi Mühəmməd ibn Müslimə öyrətmişdi; onun mətni “Məfatihül-cinan” kitabında verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər