Avestada yad olunan Suşiyant kimdir? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 20-12-2015, 09:45 | Şərh sayı: (0) | Baxılıb: 362
Avestada yad olunan Suşiyant kimdir?
Avestadakı “suşiyant” adlı vəd olunmuş xilaskarlar çox nadir hallarda xilaskar kimi məna edilir. Bu kəlmə pəhləvi dilində “bəhrə” mənasını verən “sud” kökündən ayrılan “suşiyant” və “siyuşus” kimi ifadə olunur.
Fars dilindəki “sud” kəlməsi də bu kökdəndir. “Suşiyant” sifətdir və mənası “bəhrə və xeyir verən” deməkdir. Bu kəlmə qatlarda [1] həm tək, həm də cəm formada qeyd edilmişdir. Zərdüşt dəfələrlə qatlarda özünü “suşiyant” (təkdə), yəni “xilaskar” adlandırmışdır. Misal olaraq aşağıdakı məqamlara işarə edək:
– Ey Məzda və ey Əşake! Sizin məni məhv etmək istəyən şəxsdən daha bacarıqlı və mahir olmanızı nə vaxt dərk edcəyik? Xeyirli və gözəl mükafatdan ətraflı şəkildə xəbərdar olmalıyam; Çünki “suşiyant” (xilaskar) öz qismətindən xəbərdar olmaq arzusundadır.
Bu kəlmə üç yerdə isə tək formada istifadə olunmuşdur. Nümunə olaraq bu məqamı qeyd edək:
– Ey Ahuraməzda! Mənim üçün açdığın o gözəl yol xilaskarların (suşiyantların) təlim yoludur.
Bu qeyd olunanlardan axır zamanda vəd olunmuş xilaskarın, dünyanı Əhrimnin əlindən qurtaracaq bir şəxsin gəlişi və insanlara nicat verməsi başa düşülür.
Avestanın digər hissələrində cəm formada qeyd olunan “Suşiyant” kəlməsi din köməkçilərinə işarədir. Başqa sözlə desək, xeyir mənbəyi olan salehlər, camaatı doğru yola yönəldərək atəşpərəstliyə, dinin inkişafına xidmət edən şəxslər və Zərdüştün digər canişinləri “suşiyant” adlandırılır.
Başqa bir yerdə isə “suşiyant” cəm formada işlənərək atəşpərəstlikdəki 3 xilaskara işarədir. Yəni zərdüştlüyü təzələyən və Zərdüştün zühur edərək viran olmuş dünyanı abadlığa çevirəcək 3 oğluna işarədir.
Zərdüştlüyün müqəddəs kitablarından sayılan “Zənd”də axır zamanda rəvac tapacaq fəsadlardan söhbət açaraq, güc və qüdrətin Əhrimən tərəfdarlarında olacağına işarə edərək deyilir:
- Ahuraməzda tərəfindən İzdana kömək yetişdiyi zaman böyük qələbəyə sahib olacaq və Əhriməni məhv edəcək. Onun qələbəsindən və Əhrimənin ordusu darmadağın edildikdən sonra aləm həqiqi səadətə yetişəcək...
[1] Avestann ən qədim, müqəddəs və mürəkkəb hesab olunan hissəsi
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər