RSS
 

Login:
Şifrə:
» » Qohumluq əlaqələri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qohumluq əlaqələri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 16:45 | Şərh sayı: (0) | Baxılıb: 780

Qohumluq əlaqələri


Qohumluq əlaqələri


1-Qohumluq iki növdür:
a) Nəsəbi (soy, nəsil);
b) Səbəbi.
Qan qohumluğuna nəsəbi qohumluq deyilir, məsələn ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə evlənmək, süd vermək və s. vasitələrlə yaranır, məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.
2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, bir illik məsafəni ötüb keçsə belə, yenə də qohumluq əlaqələrini kəsməsinlər. Çünki qohumluq əlaqələri dinin bir hissəsidir.”
4-İmam Əli (ə) buyurmuşdur: "Din əhlinin əlamətlərindən biri də qohumluq əlaqələrini bərqərar etməkdir.”
5-Allah-taala buyurmuşdur: "...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, eləcə də qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.”
6-Cəmil ibn Dərrac adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan "Nisa” surəsinin 1-ci ayəsindəki "ərham” (qohumlar) sözünün mənasını soruşdum. Həzrət buyurdu: "Burada "qohumlar” sözü "insanlar” mənasında işlənmişdir. Allah-taala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Məgər Allah-taalanın bu sözü Öz adı ilə bir sırada yerləşdirdiyini görmürsənmi?!”
7-Allah-taala buyurmuşdur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, təkəbbür edənləri sevməz!”
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir içim su ilə də olsa, qohumlarını yada sal. Qohum-əqrəbana və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən və narahat etməyəsən.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Salam verməklə də olsa, özünüzlə qohumlarınız arasında mehribanlıq yaradın.”
10-İmam Əli (ə) buyurmuşdur: "Salam verməklə də olsa, qohum-əqrəbalarınızı yad edin.”
11-Allah-taala buyurmuşdur: "Yadınıza salın o zamanı ki, Biz İsrail övladlarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın və zəkat verin!” – deyə əhd-peyman aldıq.”
12-Bir nəfər həzrət Peyğəmbər (s)-dən "Allah dərgahında ən pis əməl hansıdır?” – deyə soruşduqda, Həzrət buyurdu: "Allaha şərik qoşmaq.” Dedi: "Bundan sonra hansıdır?” Həzrət buyurdu: "Qohumluq əlaqələrini kəsmək.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç dəstə behiştə daxil olmayacaqdır: Şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.”
14-Şübhəsiz, qohumluq əlaqələrinin kəsilməsi böyük günahlardan olub axirət əzabına səbəb olur. Allah-taala Qurani-kərimdə qohumluq əlaqələrini kəsənlərə lənət edərək buyurmuşdur: "Əgər (Mühəmməd (s)-dən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi, (qulaqlarını) kar və (gözlərini) kor etdiyi kimsələrdir.”
15-Qurani-kərimin başqa bir ayəsində belə buyurulur: "Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir!”
16-Həmçinin başqa bir ayədə buyurulur: "O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır
(möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!”
17-İmam Səccad (ə) oğlu imam Baqir (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurmuşdur: "(Övladım!) Öz qohumları ilə əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə! Çünki onlar Quranın üç yerində lənətlənmişlər.” Sonra "Mühəmməd” surəsinin 22-23-cü, "Rəd” surəsinin 25-ci və "Bəqərə” surəsinin 27-ci ayələrini oxudu.
18-Həzrət Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olan kimi, camaata belə bir göstəriş verdi: "Ey camaat! Sağ-salamat behiştə daxil olmaq istəyirsinizsə, bir-birinizə ucadan salam verin, qohumluq əlaqələrinizi möhkəmlədin, bir-birinizə əl tutun və hamının yatdığı bir vaxtda gecə namazı qılın.”
19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sədəqə verməyin savabı on, borc verməyin savabı on səkkiz, dostlara hədiyyə verməyin savabı iyirmi və qohumluq əlaqələrini davam etdirməyin savabı isə iyirmi dörd bərabərdir.”
20-Həzrət Peyğəmbər (s)-dən "savabı çox olan sədəqə hansıdır?” – deyə soruşulduqda, o həzrət buyurdu: "Pislik edən qohuma verilən sədəqə.”
21-Həzrət Peyğəmbər (s)-dən soruşdular: "Ən fəzilətli sədəqə hansıdır?” Həzrət buyurdu: "Yaxın adamlarından ehtiyaclı olan şəxsə verilən sədəqə. (Sonra buyurdu:) Yaxın adamları ehtiyaclı olduğu halda, başqalarına yardım edən şəxsin yardımı (Allah dərgahında) qəbul olunmaz.”
22-Həzrət İsa Məsih (ə) öz dostlarına buyurdu: "Eşitməmisinizmi ki, Tövratda: "Öz qohumlarınızla qohumluq əlaqəsi yaradın, onların əlindən tutun” – deyə buyurulmuşdur? Lakin mən deyirəm ki, sizdən ayrılan şəxslərlə əlaqə yaradın, sizə əl uzatmayan şəxslərə bəxşiş, pislik edən şəxslərə yaxşılıq edin, sizi söyən şəxslərə salam verin, düşmənlərinizlə insafla davranın, başqlarının sizin pisliklərinizi bağışlamasını istədiyiniz kimi, sizdə (sizə) zülm edənləri bağışlayın...”
23-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a buyurdu: "Əxlaq baxımından mənə oxşayan şəxsdən xəbər verimmi?” Əli (ə) "Bəli!” – deyə cavab verdi. Həzrət buyurdu: "Ən gözəl əxlaqa, böyük helmə və səbrə malik olan, qohum-əqrəbasına yaxşılıq edən və özündən artıq başqalarına qarşı insaflı olan şəxs.”
24-Əbuzər deyir: Peyğəmbər (s)-dən eşitdim ki, o həzrət belə buyurdu: "Qiyamət günü Sirat körpüsünü keçən zaman ən çox əhəmiyyət kəsb edən məsələ əmanət və qohumluq əlaqələridir. Belə ki, əmanətə vəfalı olan və qohumluq əlaqələrini davam etdirən şəxs Sirat körpüsündən keçəcəkdir, əks təqdirdə oradan cəhənnəmə düşəcəkdir.”
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala qohum-əqrəbasına maddi cəhətdən kömək edən, yaxud onlarla qohumluq əlaqəsi yaradan şəxsə yüz şəhidin savabını verər, bu yolda götürdüyü hər bir qədəminə görə qırx min savab qazanar, qırx min günahı bağışlanar və o qədər də mərtəbəsi artar, sanki səbr etdiyi halda, Allaha yüz il ibadət etmişdir.”
26-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: "Ya Rəsuləllah! Qohumlarım məndən uzaq gəzdikləri üçün, mən də onlarla qohumluq əlaqələrimi kəsimmi?” Həzrət buyurdu: "Əgər belə bir iş tutsan, onda Allah-taala sizin hamınızı öz başınıza buraxar.” O kişi dedi: "Bəs nə edim?” Buyurdu: "Səndən uzaq gəzən şəxslə qohumluq əlaqəsi yarat, səndən üz çevirən şəxsə bəxşiş et, başqalarının (sənə etdiyi) zülmü bağışla. Əgər bu işi görsən, Allah tərəfindən sənin üçün bir xəzinə ayrılacaqdır.”
27-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. İmam Rza (ə) bu barədə buyurmuşdur: "Ömrünün tamam olmasına üç il qalmış insan qohumluq əlaqələrini möhkəmlətdiyinə görə Allah-taala onun ömrünü otuz il uzadar. Allah istədiyini edər!”
28-İmam Rza (ə) buyurmuşdur: "Biz ömrün uzun olması üçün qohumluq əlaqələrindən başqa bir vasitə tanımırıq. Qohumluq əlaqələri uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrün tamam olmasına üç il qalmış şəxsin ömrünü qohumluq əlaqələrini davam etdirdiyi üçün, Allah-taala otuz il artırır. Belə ki, qalan ömrü otuz üç il olur. Ömrünün tamam olmasına otuz üç il qalmış şəxsin ömrünü isə qohumluq əlaqələrini kəsdiyinə görə otuz il azaldıb üç il edər.”
29-İmam Baqir (ə), yaxud imam Sadiq (ə) Müyəssər adlı bir şəxsə buyurdu: "Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən, onlara həmişə yaxşılıq edirsən?” Ərz etdi: "Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O, mənə iki dirhəm əmək haqqı verirdi. Bu iki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.” Sonra İmam buyurdu: "Allaha and olsun! Əcəlin iki dəfə yaxınlaşmışdı, lakin qohumlarına yaxşılıq etdiyin üçün təxirə salındı.”
30-Qohumluq əlaqələrini möhkəmlətməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad (ə) bir hədisdə həzrət Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: "Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini qırmasın.”
31-İmam Səccad (ə) buyurmuşdur: "Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən şəxs gərək qohumluq əlaqələrini kəsməsin.”
32-İmam Səccad (ə) buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzadır, yoxsulluğu və kədəri aradan aparır.”
33-Hüzeyfə ibn Mənsur nəql edir ki, imam Sadiq (ə) buyurdu: "Haliqədən çəkinin; çünki o, insanı öldürür.” Soruşdum: "Haliqə nədir?” Buyurdu: "Qohumluq əlaqələrini kəsmək.”
34-İmam Rza (ə) buyurmuşdur: "Beş xüsusiyyətə malik olan şəxs mal-dövlət yığa (varlı ola) bilməz: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu və çox hərislik etsə, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəssə və dünyanı axirətdən üstün tutsa.”
35-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də əməllərin pak və xalis olmasıdır. Belə ki, İmam Baqir (ə) buyurmuşdur: "Qohumluq əlaqələrinin davam etdirilməsi əməlləri xalis edir, bəlanı uzaqlaşdırır, mal-dövləti çoxaldır, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin yanında sevimli edir. Buna görə də Allahdan qorxub, qohumluq əlaqələrini möhkəmlətmək lazımdır.”
36-Onun müsbət təsirlərindən biri də qiyamət günü haqq-hesabın asanlaşmasıdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyub saxlayır.”
37-Onun müsbət təsirlərindən biri də şəhərlərin abadlaşmasıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək və qonşularla xoş davranmaq şəhərləri abadlaşdırır, ömürləri uzadır.”
38-İmam Sadiq (ə) buyurur: "Mən insanın nabud olmasının tezləşməsinə, ölümün yaxınlaşmasına, evlərin xarab olunmasına səbəb olan qohumluq əlaqələrini kəsmək, ata-anaya aq olmaq və onlara pislik etmək kimi günahlardan Allaha pənah aparıram.”
39-İmam Sadiq (ə) buyurmuşdur: "Sizi qohumluq əlaqələrinizi kəsməkdən nəhy edirəm; çünki bu iş qəlbi qəsavətli edir (bərkidir). Belə bir şəxs Allah-taalanın lütf və mərhəmətindən uzaqdır.”
40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qohumluq əlaqələrini kəsən şəxs behiştə daxil olmaz.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor