İnkişaf etməməyin çox ciddi bir səbəbi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 18:02 | Şərh sayı: (0) | Baxılıb: 294
İnkişaf etməməyin çox ciddi bir səbəbi
Məlumatlar və bilgilər insan yaradılışının ciddi və əsas tərəflərindən biri hətta ən önəmlisidir deyərdim. Çünki, məlumatlar və bilgilər olmasa yaxşını və pisi, ədaləti və haqsızlığı nəyin əsasında seçmək olar? Belə olan halda yaxşı və haqq olanlardan üz çevirib hətta bu düzgünlüklərə düşmən olmağımız belə bizdən uzaq olmaz. Həzrət Əli (ə) necə də gözəl buyurub : İnsan bilmədiyinin düşmənidir. Yəqin ki, siz bəzi hallarda cahil insanların hamı tərəfindən qəbul olunmuş və haqlığı isbat olunmuş düzgün həyati məsələlərə qarşı çixdıqlarının şahidi olmusunuz. Bəli onlar İmamın (ə) buyurduğu kimi bilmədiklərindən doğruların düşməni olmuşlar. Ümumiyyətlə diqqət etsək öz həyatımızda da görərik ki, uşaqlığımızda və yaxud gəncliyimizdə illər boyu bəzi məsələlərin cavabını özümüzdə səhv bilmişik lakin təhsil aldıqdan sonra və ya dünya göruşumuz artıqdan yaxud da Peyğəmbərləri, imamları (Allahın salamı olsun onlara) eşitdikdən sonra səhvlərimizi və yalnış baxışlarımızı düzəldib doğrularla düşmənçilikdən əl götürmüşük. Qısacası bu bilmədiklərimiz hər bir şey sahəsində ola bilər. Məsələn mədəniyyət, insaniyyət, tariximiz, dünya və axirətimiz və s.
Bəs bu boşluqları doldurmaq üçün nə etməli?
Hamıya məlum olduğu kimi elm və bilginin əldə olunmasında kitablar əvəz olunmaz bir vasitədir. İnşəllah kitab adlı nemətin faydaları haqqında bunları söləmək kifayətdir :
• Çox kitab oxumaq, çox hadisələri yaşamağa bənzər.
• Kitab hər kəsə verə bimədiyin sualların belə cavabını sənə tək-bətək öyrədər.
• Kitab əsrlərlə, illərlə zəhmət çəkilmiş elmi nailiyyətləri qısa zamanda sənə köçürər.
• Kitabla dost olsan səni istədiyin sahədə formalaşdırıb inkişaf etdirər.
• Kitab səni böyük alimlərlə danışdırar və s.
Kitab həyat “zərurət”lərindən biridir
Böyük İslam alimi və müctəhidi seyyid Əli Xamneyi cəmiyyətdə kitabla ünsiyyətin zərurəti haqda belə qeyd edir: “ Xalqımızın arasında kitab alıb oxumaq, sonra oxumaq üçün onu dostlarına, yaxud uşaqlarına ötürmək ənənəsi hələ formalaşmayıb. Bir çox hallar olur ki, kitabı alırlar, sonra onu bir kənara atırlar. Yaxud məsələn, bir dost öz dostuna kitab hədiyyə verir, o da götürüb bir kənara qoyur! Həqiqətən, ölkəmizdə kitab oxumaq ənənəsi formalaşmayıb və bu böyük ağrıdır. Biz bu böyük ağrının böyüklüyündən və əhəmiyyətindən xəbərsizik. Bir halda ki, zehnlərdəki bu qədər mətləb kağızların üzərinə axır və çapa böyük xərclər sərf olunur. Əgər bu mətləblər... bütün xalqın arasında bölünərsə, gör cəmiyyətin mədəni səviyyəsi nə qədər yüksələr və bu yöndə nə qədər uğurlar əldə edilmiş olar... yəni kitab həyatın zərurətinə çevrilsin”.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bizim məntəqələrdə bir çox müsəlman ailələrində heç Qurani-Kərimin belə oxunmaması çox ürək yandırıcıdır. Halbuki, bu İlahi kitab yolunu itirənlərin nurlu çırağı, möhkəm arxa axtaranların dayağı, ilahi mükafat istəyənlərin gözəl savabı, saf qəlb və tərbiyə peşində olanların istiqamətləndirəni, zülmətin nuru, xəstələrin şəfası, canından bezənlərin qədrini anladanı, bəlalara düçar olanların haraya gələni, nəfsinin əlindən əziyyət çəkənlərin qurtuluşu, sirrləri insan gözündə açanı, bənzəyən haqla batili ayıran Furqanı, bir sözlə bəndəni hər yöndə qurtuluş və səadət yoluna hidayət edənidir. Təkvir surəsi, ayə 26-27-də buyurulur: Belə isə, hara gedirsiniz?! Bu,(Quran) aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər