Quran oxumağın savabı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-09-2015, 02:26 | Şərh sayı: (0) | Baxılıb: 597
Quran oxumağın savabı
1-"Qur`andan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi-20-ci ayə)
2-Qur`an oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.
(hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).
3-Qur`an müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.
4-Qur`an oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.
5-Qur`an oxumaqla öz evlərinizi işıqlandırın.
Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, Kilsə və mə`bədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Qur`an oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Qur`an oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.
6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.
Bu elə bir kitabdır ki, haqq ilə batinin arasında fərq qoyandır, bihudə və ləğvin yox. Onu oxumaqla, xalq batil şeylərə meyllənməz, və dünya alimləri, onun mə`rifət dəryasından doymazlar. Çünki bu asimani kitab, həqiqətlərin sərçeşməsi və hidayətin mənbəyidir. Çoxlu və təkrar-təkrar oxumaqla köhnəlməz, və onun mö`cüzələri tükənməzdir. Bu elə bir kitabdır ki, hər bir sitəmkar əgər onu tərk etsə, Allah onu məhv edər. Hər kəs Qur`andan azca hidayət tapmağa çalışsa Pərvərdigar onu öz başına buraxar, O, (Qur`an) Allahın möhkəm ipi və düzgün yoludur. Hər kəs ona əməl etsə, dəyərini alıb, əbədi savaba nail olacaqdır. Hər kəs onunla (Qur`anla) hökm etsə, ədalətlə davranmışdır, və hər kəs xalqı bu kitaba tərəf çağırsa, düzgün yola də`vət etmişdir.
7-Hər kəsin danışığı Qur`an və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.
8-Allahla danışmaq istəyən Qur`an oxusun.
9-İmanlı şəxs cavanlıqda Qur`an oxuyursa, Qur`an onun əti və qanı ilə qarışar.
Quranı oxumazdan əvvəl oxunan dua
İlahi Qur`anı haqq və düzgünlüklə nazil etdin.
Ey İlahi! mənim meyl və rəğbətimi Qur`ana nisbət çoxalt. onu mənim gözümün nuru, qəlbimin şifası, qəm və qüssəmi aparan qərar ver. İlahi! dilimi Qur`an oxumaqla zinətləndir. Onun səbəbi ilə sifətimə nuraniyyət bəxş et. Bədənimi onun itaət yolunda güclü et. Ondan faydalanmaqla mənim elmimi artır. Gecə və gündüz Qur`an oxuyub, sənə itaət etməkdə məni müvəffəq et, və məni Peyğəmbərin Həzrət Məhəmmədlə (s.ə.v.v.) və onun seçilmiş əhli-beyti ilə məhşur et.
Həzrət İmam Rzadan (ə) nəql olunan hədisdə həzrət buyurur: Hər kəs Bismillah kələməsini deyə, bu, gözün qarasından ağına yaxın olan kimi İsm Ə`zəmə çox yaxındır. İbn Əbbasdan belə nəql olunub. Müəllim uşağa deyəndə ki, de Bismillahir-rəhmanir-rəhim və o desə, Allah o uşağın özü ata-anası və müəllimi üçün Cəhənnəm odundan amanda olmaqlarını yazır. İbn Məs`ud deyir: Hər kəs istəyirsə, Allah onu Cəhənnəmin on doqquz cür odundan nicat versin, Bismillahir-rəhmanir-rəhim desin. Çünki, bu cümlə də on doqquz hərifdən ibarətdir. Allah hər bir hərfi bir odun şö`ləsinə sipər qərar verəcəkdir.
İmam Sadiqdən (ə) nəql olunan hədisdə Həzrət buyurub: Allah bunları öldürsün, axı necə Qur`anın böyük ayələrini oxumağı bid`ət surəsi (dində qondarma) hesab edirlər? Yə`ni "Bismallihir-rəhmanir-rəhim”i.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər