İmam Әli İbni Әbi Talib (ə) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 9-11-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 1873
İmam Әli İbni Әbi Talib (ə)
Şiə məzhəbi tərəfindən məsum imam kimi tanınan və ilahi əmrlə Peyğəmbərin (s) bilavəsitə xəlifəsi olduğuna etiqad bəslənən Әli ibni Әbi Talib (ə) barəsində qısa şəkildə məlumat verməyi lazım bilirik.
Peyğəmbərin (s) doğma əmisi oğlu, dünya və axirət xanımı həzrət Fatimənin ömür-gün yoldaşı Әli (ə)-ın barəsində ətraflı söhbət açmaq çox çətindir. Bütün tədqiqatçılar tərəfindən «Zatul-əbad», yəni müxtəlif cəhətlər sahibi adlandırılan Әli (ə)-ın şəxsiyyəti o qədər əhatəlidir ki, bir dəstə onun ədalətinə tab gətirməyib onu kafir adlandırmış (xəvaric firqəsi), başqa bir dəstə isə onun fəzilətləri qarşısında heyran qalıb ona Allah demişlər (Әliallahilər-ğulat firqəsi). Әlişünaslığı bir mərifət meyarı kimi təsəvvür etsək, insan zəkası bu vahidin başlanğıc və son nöqtəsi arasında öz acizliyini etiraf etmək məcburiyyətində qalır.
Әli (ə)-ın adının bu günə qədər yaşaması onun ilahi bir həqiqət olduğunu açıq şəkildə isbat edir.
Әli (ə) tarixin hər hansı bir dahi şəxsiyyəti olsaydı, əgər Sokrat, Aristotel, Platon, Hegel, Marks, Kant olsaydı çoxdan tarix səhifələrindən silinmişdi. İman və insaf nümunəsi olan əhli-sünnət alimi İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır:
«Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...»
Әli (ə)-ın şəxsiyyətinin ən kamil tərifi qısa bir cümlədə yatır: «Әli (ə)-ı tanımaq mümkün deyil...»
69 il mənbərlərdə, namazlarda Әli (ə)-a lənət yağdıran, onun kafir olduğunu dünyaya car çəkən Müaviyənin yəqin ki, ağlına belə gəlməzdi ki, bir gün beynəlxalq kitab festivalında bir xristian aliminin Әli (ə) barəsində yazdığı kitab bütün əsərləri kölgədə qoyacaq: «Әli – bəşər ədalətinin fəryadı.»
«Ey zaman, var qüvvəni toplayıb o elmi ilə, o şücaəti ilə, o ədaləti ilə dünyaya bir də Әli gətirə bilərsənmi!?»
Әziz oxucular! Bu kiçik yazıda həqiqəti əks etdirməyə aciz olan cümlələrlə Әli (ə)-ın fəzilət dəryasından yalnız bir neçə damlanı siz əzizlərə təqdim edirik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər