Nazirlik: "Uşaqlarda kitab oxumağa maraq oyadılmasa..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 304
Nazirlik: "Uşaqlarda kitab oxumağa maraq oyadılmasa..."
Gələn il Azərbaycanda uşaq ədəbiyyatına marağın artırılması üçün aparılan işlər gücləndiriləcək.
Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, gələn il uşaq ədəbiyyatına marağın gücləndirilməsi əsas prioritet istiqamət olacaq.
Nazirlik hesab edir ki, insanları kitab oxumağa həvəsləndirmək üçün kitabxanalar tərəfindən müəyyən işlər görülməlidir: "Hazırkı dövrdə uşaqların ədəbiyyat oxumasına marağı artırmaq lazımdır. Əgər indi uşaqlarda kitab oxumağa maraq oyadılmasa, Azərbaycan bir neçə ildən sonra öz oxucularını itirə bilər. Bunun baş verməməsindən ötrü kitabxanalar kitabları populyarlaşdırmalı, öz məhsullarını tələbata uyğun təqdim etməlidirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər