Birinci əsas: Tarixin qanunauyğunluğu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 22:02 | Şərh sayı: (0) | Baxılıb: 299
Birinci əsas: Tarixin qanunauyğunluğu
Bir hadisənin (təzahürün) qanunauyğunluğu həmin hadisənin bir ümumi qanuna tabe olma mənasındadır. Qanunauyğunluğun birinci nəticəsi təkrar qabiliyyətə malik olmasıdır, yəni hər vaxt bir fenomenin yaranma səbəbi baş verə bilər. Bu an həmin təzahür də baş verəcəkdir. Bir hadisənin qanunauyğunluğunun ikinci nəticəsi həmin hadisənin səbəbini və onun hakim qanununu tanıma imkanlarıdır. Məhz həmin dəlilə əsasən, insan bəşəriyyətin hərəkətinə nəzarət edən hakim qanun və səbəblərdən agah olur. Bunun nəticəsində isə bir şəxs öngörücü və bacarıqlı şəxsə çevrilir. Çünki bir hadisə gerçəkləşməmişdən əvvəl bunu təsbit etmək və hadisənin yaranmasına təsir edən aşkar səbəblərdən çəkindirməklə həmin hadisənin baş vermə səbəbinin qarşısını almaq da mümkündür. Bu üsuldan istifadə edərək xoşagəlməz hadisələri də əvvəlcədən təsbit edib, onların qarşısını almaq olar. Buna əsasən, insanlar üçün dəyişiklik yaratmaq elə öz əllərindədir və istəklərinə bağlıdır. Beləliklə, bir insan və ya bir cəmiyyət agah şəkildə tələb olunan şərtləri yaradaraq lazımi nəticəni əldə edə bilər və yaxud fəsada sürükləyən nəticələrin qarşısını öngörücülüklə ala bilər. Dünyanın gedişatına hakim kəsilən qəti, zəruri səbəb və nəticələrə rəğmən (Baxmayaraq ki, sübuta qayıdış aşkar deyil) insanlar Allahdan verilmiş seçim azadlığı və ixtiyara malik olmaqla bütün bunlardan faydalana bilərlər. Bundan başqa tarixi gedişat və cəmiyyətin islahında bir sıra işləri görə bilər, həmçinin həyatlarında tətbiq edə bilərlər. Amma buna baxmayaraq, şər qüvvələr, şeytansifətlər və təkəbbürlü şəxslər də bu qanunauyğunluqlardan istifadə edərək bəşəriyyəti öz məqsədlərinə doğru çəkə bilərlər. Buna görə də bu qanunauyğunluqları başa düşmək lazımdır.
(Ardı var...)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər