Bakı qeydiyyatı olmayan avtomobillərə sanksiya tətbiq oluna bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 14:00 | Şərh sayı: (0) | Baxılıb: 319
Bakı qeydiyyatı olmayan avtomobillərə sanksiya tətbiq oluna bilər
Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı qərarın icrası qüsurlu həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyib.
Onun sözlərinə görə, rayon qeydiyyatlı avtomobillər müxtəlif yollardan istifadə edərək Bakıya maneəsiz daxil ola bilirlər:
"Yalnız avtomobillərin nömrələrinə baxmaq sözügedən qərara formal yanaşmaqdır. Bəlkə, nömrə avtomobilin üzərinə düz qoyulmayıb. Mənə məlum olan informasiyalara görə, Bakı qeydiyyatında olmayan bəzi avtomobillər paytaxta məhdudiyyətsiz daxil ola bilirlər. Onlar mərkəzi, şosse yolundan deyil, yanaşı yollardan istifadə edərək Bakıya daxil olurlar. Avtomobillər dairəvi yoldan Bakının kəndlərinə, oradan da şəhərin mərkəzi hissələrinə daxil olurlar. Qərarın icrası mükəmməl deyil. Əgər avtomobil Bakı qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsi paytaxta buraxılmamalıdır".
Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasının qarşısını almaq üçün sanksiyaların tətbiqinin vacibliyini vurğulayan millət vəkili hesab edir ki, bu, gələcəyin işidir: "İnsanlar qanunu sistematik pozduqları halda qanun işləmir. Bu halda qanun sərtləşdirilməlidir. Bakı şəhərinin giriş və çıxışlarında duracaqların qurulması effekt vermir. Bunun qarşısını almaq üçün gələcəkdə sanksiyalar tətbiq olunmalıdır".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər