Avtovağzalda sürüşmə genişlənir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 10:34 | Şərh sayı: (0) | Baxılıb: 330
Avtovağzalda sürüşmə genişlənir
Bakı avtovağzal kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmış çatların uzunluğu artır.
"Qafqazinfo" XəzərTV-yə istinadən xəbər verir ki, aidiyyatı qurumlar hadisənin yağış suları səbəbi ilə baş verdiyini bildirir. Bakı Avtovağzal Kompleksi ərazisində baş verən sürüşmə nəticəsində yaranan çatların uzunluğu 60 metrə çatıb
Çatların ciddi fəsad törətməsinin qarşısını almaq üçün "Azəryolservis" və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə bərkitmə işləri aparıb.
Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyir ki, çatın yaranmasının əsas səbəbi yağış sularıdır.
İstinad divarları isə 30 sm-ə yaxın əyilib. Baş geoloq bunun səbəbini də yağış suları, eyni zamanda kompleks ərazisində olan yaşıllıqların tez-tez suvarılması ilə əlaqələndirir. Ələmdar Piriyev deyir ki, çatların qarşısı alınmazsa, ciddi fəsadlara yol aça bilər
Vəziyyətlə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi açıqlayacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər