"Baş vermiş hadisə təxribat deyil" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 15:43 | Şərh sayı: (0) | Baxılıb: 287
"Baş vermiş hadisə təxribat deyil"
Baş vermiş hadisənin təxribat versiyasına inanmıram.
Bunu mətbuat konfransında SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə deyib.
X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: "Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır".
Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yusifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib: "Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər