Ruzinin artmasına səbəb olan amillər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-01-2016, 21:30 | Şərh sayı: (0) | Baxılıb: 358
Ruzinin artmasına səbəb olan amillər
1. Təqva və günahdan çəkinmək:
Allah-təala «Qurani-Kərim»də buyurmuşdur:
"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqlarına görə məhv etdik.” («Əraf» - 96).
"Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər” («Talaq» - 2,3).
Birinci ayə ictimai təqva haqqında nazil olmuşdur. Bir qrup insanın təqvalı olması bütöv bir şəhərin təqvalı olması demək deyildir. Deməli, əhalinin hamısı təqvalı olarsa, bu, Allah kəlamında öz əksini tapar. Bu zaman hamıya Tanrının bərəkət və mərhəməti şamil olar. Amma ikinci ayədə isə fərdi təqva haqqında söhbət açılır.
2. İstiğfar (Allahdan bağışlanmaq diləmək):
İkinci amil istiğfardır. Əmirəlmöminin(ə) buyurur:
"Allah-təala tövbə və istiğfarı ruzi və mərhəmətin artmasında bir vasitə kimi insanlar üçün təyin etmişdir. Hər şeydən pak olan Allah buyurmuşdur:
"Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizəgöydən bol yağış göndərər.” («Nuh» - 10,11).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər