Ruzinin azalmasına səbəb olan amillər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-07-2015, 23:15 | Şərh sayı: (0) | Baxılıb: 1013
Ruzinin azalmasına səbəb olan amillər
1.Naşükürlük və neməti danmaq:
Allah-təala buyurur:
"Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası dadırdı.” («Nəhl» - 112).
Bu ayədə üç vacib mətləbə toxunulmuşdur:
1) Həqiqi əmin-amanlıq xarici kapitalın ölkə daxilinə axmasına səbəb olur. ("Ruzisi də hər yerdən bol-bol gəlirdi....”). Bu da aydındır ki, xarici kapitalın ölkə daxilinə gəlməsi adətən bütün xalqın ümumi rifahının yüksəlməsinə və bolluğa səbəb olur.
2) Əmin-amanlıq iki formada ola bilər:
a) Arxayınlıqla birgə olan əmin-amanlıq. b) Nigaranlıqla birgə olan əmin-amanlıq. Birincini həqiqi əmin-amanlıq, ikincisini isə qəbiristanlıq əmin-amanlığı adlandırırlar. Çünki diktator hökümətin dəmir intizamı nəticəsində sülh yarana bilər. Lakin bu heç kəsin nəfəs çəkməyə belə qüdrəti olmayan qəbiristanlıq əmin-amanlığına bənzəyir. Belə əmin-amanlıq həmişə qorxu ilə yanaşıdır. Amma birincisi isə arxayınlıqla olan əmin-amanlıqdır. İnsanlar onun sayəsində hər cəhətdən amandadırlar. Xarici kapitalı məhz belə əmin-amanlıq özünə cəlb edə bilər.
3) Nemətlər iki cürdür: fərdi və ictimai. Fərdi nemətlərdə şükr və küfrün səbəbkarı ayrı-ayrı şəxslərdir. İctimai nemətlərdə isə şükr və küfrün səbəbkarı cəmiyyətdir. Şükr etmək və naşükürlük inikasları da həmçinin, həmin amilləri yaxalayacaqdır. Fərddə fərdə, cəmdə isə cəmiyyətə qayıdacaqdır.
«Qurani-Kərim»də cəmiyyət bədənə oxşadılmışdır. Ayrı-ayrı fərdlərin əməllərində fərdi təsirlər olduğu kimi, cəmiyyətin əməllərində də ictimai təsirlər vardır. İctimai təqva hamı üçün nemət və ruzinin yetirilməsinə, ictimai naşükürlük isə ictimai yoxsulluq və ümumi nigarançılığa səbəb olur.
Yuxarıda qeyd olunan ayədə bəhsin mövzusu bütöv bir millətə, xalqa aid olan ictimai əmin-amanlıqdır. Mübarək ayədə xatırlanan şükürlük amili onlardır. Bu ayədə Allah-təala naşükürlük və nemətləri danmağı ayrı-ayrı fərdlərə yox, bütöv bir xalqa, əhaliyə aid edir. Buyurur ki, şəhər əhalisi neməti dandı. Buna görə də bəla hamıya nazil oldu. Hamını aclıq və nigarançılıq bürüdü. Yəni o şəhərə bəla göndərdi. Nəticədə isə, şəhər əhalisi əzaba düçar oldu. «Ənfal» surəsinin 53-cü ayəsində də bu məzmuna oxşar bir mətn vardır. Burada da əsas söhbət bütöv bir xalqa, millətə aid olan nemətdən gedir. Müqəddəs Kitabımızda buyurulur ki, əgər bir millət öz vəziyyətini dəyişərsə, yəni (günah edərsə), Allah-təala onlara verdiyi neməti onlar üçün bəlaya, əzaba çevirər. Cəmiyyətin taleyində ən təsirli amil cəmiyyətin öz halını dəyişməsidir. Çünki fərdi dəyişkənlik ictimai məsələlərdə əsas rol oynamır.
2. Təqvasızlıq və günah.
Günahın nəticələri bəhsində xatırladığımız kimi, günahın mənfi təsirlərindən biri də ruzinin azalmasıdır.
İmam Baqir(ə) buyurmuşdur:
"Həqiqətən, bəndə günah edərkən onun ruzisi azalır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər