Quran kimlərə şəfa edib düz yol göstərəndir? |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 25-05-2015, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 1393
Quran kimlərə şəfa edib düz yol göstərəndir?
Allah təala öz varlığını insanlara tanıtdırmaq üçün insanların arasından ləyaqətli, şərafətli şəxsləri peyğəmbərliyə seçib. Onlarla hikmətli, şəfa verici, düz yol göstərən yaxşı söz və kəlam təlim edən kimi yaratmışdır. Öz mübarək kəlamlarını onlara tədricən nazil etmişdir.
Allah təala axırıncı peyğəmbərə (s) tədricən "Qurani-kərim" nazil etmişdir və həmin "Qurani kərim" həkim, şəfa verən, düz yol göstərən kimi bəyan etmişdir.
Amma gəlin görək bu şəfa verəndir möminlərə, düz yol göstərəndir?
Qurani-kərimdə belə buyurur:
"Ey peyğəmbər! Bu Quran bütün insanlar üçün açıq-aşkar bir xəbərdir. Təqvalı şəxslərə doğru-düzgün yol göstərən öyüd-nəsihətdir."
"(Bu kitab) Allah təala tərəfindən nazil olunmasına heç bir şəkk-şübhə edilməyən və (təkcə) təqva əhinə doğru, düzgün yol göstərən mübarək bir kitabdır."
Başqa yerdə belə buyurur:
"Ey peyğəmbər! Sən onlara öyüd-nəsihət ver. Çünki, öyüd-nəsihət möminlərə fayda verir."
Bu ayədən sonra Allah təala insanları nəyə görə xəlq etdiyini bəyan edərək belə buyurur:
"Mən cinləri və insanları (faydasız işlər görmək üçün yox) yalnız mənə sitayiş və ibadət etmək üçün xəlq etmişəm."
Başqa yerdə möminlərə belə xitab edir"
"Ay iman gətirənlər! Allaha itaət edin. Peyğəmbərə (s) itaət edin. (Küfrə, nifaqa, riyaya və şəkk-şübhələrə aldanıb) etdiyiniz yaxşı əməlləri batil etməyin."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər