Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 5-06-2013, 21:54 | Şərh sayı: (1) | Baxılıb: 1458
Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qur`ani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:
“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).
Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir.
“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” (“Nəhcul-bəlağə”, 179-cu xütbə).
Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər