Allaha inanmaq |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 26-06-2015, 19:31 | Şərh sayı: (0) | Baxılıb: 852
Allaha inanmaq
اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا﴾ أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ
"Ey xalq! Rəbbinizdən qorxun ki, sizi bir təndən yaratdı, zövcəsini də ondan xəlq etdi və onların ikisindən çoxlu kişilər və qadınlar törətdi. (Ona and içməklə) bir-birinizdən istədiyiniz Allahdan çəkinin və qohumlarınıza münasibətdə təqvalı olun. Allah sizdən daim muğayatdır.”
Nöqtələr
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Təkcə salam verməklə olsa da sileye-rəhim edin (qohumları yoxlayın)” sonra həzrət həmin bu ayəni tilavət etmişdir.
Bildirişlər
1. Ailə ilə bağlı bu surə təqva tövsiyəsi ilə başlayır. Yəni ailə bünövrəsi təqvadan ibarətdir və onu gözləmək lazımdır.
2. İnsanın həm yaranışı, həm də tərbiyəsi Allahın əlindədir. Demək, elə Ona da itaət edib Ondan çəkinmək lazımdır.
3. Bütün insanlar bir kökdəndir. Ona görə də bəşəriyyəti irqlərə, millətlərə, dillərə və sair əlamətlərinə görə üstün saymaq qadağandır.
4. Qadın və kişi yaranışda birdir. Cinsiyyət baxımından kişi və qadın arasında üstünlük yoxdur.
5. Bütün bəşəriyyət bir atadan və bir anadan törənmişdir.
Adəm övladlarının izdivacı haqqında iki növ rəvayət var. Bir qrup rəvayətdə Adəm övladlarının bir-birləri ilə ailə qurduğu bildirilir. Digər rəvayətlərdə isə Adəm övladlarının Adəmdən əvvəlki insan nəsli ilə izdivac etdiyi bəyan olunur.
6. Tərbiyəvi məsələlərdə təkrarın öz yeri var. ا
7. Ailə və qohumların hüquqlarına riayət təqva şərtidir. İmam Baqir (ə) buyurmuşdur: "Peyğəmbər aşiqlərinin yaxınlığı dostluqla təmin olunur.”
وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
"Yetimlərin mallarını onlara verin. Pis malları yaxşı mallarla dəyişməyin. Onların mallarını öz mallarınızla yeməyin. Həqiqətən, bu (zalımcasına sərf,) böyük günahdır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər