Namazda diqqətin yayınmasına səbəb olan amillər |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 15-10-2015, 00:24 | Şərh sayı: (0) | Baxılıb: 539
Namazda diqqətin yayınmasına səbəb olan amillər
1. Xəyalpərəstlik və onu cilovlaya bilməmək. İnsanın xəyalı quşa bənzər, bir budaqdan başqasına tullanar. Bir yerdə sabit qalmaz. Bu da dünyaya olan sevgidən irəli gəlir.
2. Ətrafda olanlara çox diqqət etmək. İnsan hiss orqanları vasitəsilə ətrafdakı hadisələrə reaksiya verir. İnsan ətrafdakıları görür və səslərini eşidir. Bu yolla da Allahdan qafil olur.
3. Namazda tələsmək. Namazın sözlərini tez-tez demək və ona çox diqqət etməmək və gündəlik işləri fikirləşmək - fikrin dağılmasına səbəb olar.
Bəziləri namazı vacib olduğu üçün qılırlar. Namaza xüsusi əlaqələri yoxdur.
4. Günah. Namaz insanı günahdan saxladığı və qoruduğu kimi, fəsad və pis əməllər də namazda qəlb hüzuruna mane olar.
5. Şəhvani fikirləri cilovlamamaq. Bu elə bir xəstəlikdir ki, ona düçar olana çox sayda ziyan gətirər. Namazda iztiraba, özünə inanmamağa, halsızlıq və süstlüyə gətirib çıxarar.
6. Allahın məqamını tanımamaq. O insanlar ki, Allahın əzəmətini və məqamını yaxşı tanımırlar, namazda səhlənkarlıq edirlər. Xüsusilə də qəlb hüzuruna malik deyildirlər.
7. Xarici amillər (Fasid dost və fasid məclislərə getmək kimi).
8. Xarici maneələr (Çox yemək, ac olmaq, yorğun olmaq kimi).
9. Özünü göstərmə və ya riya. O namaz ki, Allah üçün qılınmaz, qəbul olmaz. Riyakar insan heç bir zaman namazda diqqətli olmağa fikir verməz.
10. Şeytani vəsvəsələr. Namazda fikrin dağılmasına gətirib çıxaran ən mühüm amil - şeytani vəsvəsədir. Məsələn, şeytan ona təlqin edir ki, namazda qəlb hüzunun olması vacib deyildir.
Sonda qeyd etmək lazımdır ki, əgər namaz qılan bu deyilənlərə diqqət edərsə, bu manelərin aradan qaldırlması üçün çalışarsa, Allahın bəyəndiyi namazı qıla biləcəkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər