MƏSCID ALLAHIN EVIDIR |
Müəllif: Eli Aşiqi | Bölmə: Hədislər, Slide | Vaxt: 22-12-2015, 01:16 | Şərh sayı: (0) | Baxılıb: 3711
MƏSCID ALLAHIN EVIDIR
Həzrət Məhəmməd (s) buyurmuşdur:
1. Allah-Təala buyurdu: «Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər.»
2. Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı özü) əzizləməlidir.
3. Qurani-kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər ilahi dərgahın və Tanrı mülküdür. Onların (minarələrinin) ucaldılmasına icazə vermiş və bərəkətli etmişdir. Məscidlər və məscid əhli bərəkətlidir. Məscidlər və məscid əhli (ilahi gözəllik və xeyir-duası ilə) zinətlənmişdir. Məscidlər və məscid əhli (ilahi bəlalardan və günah girdablarından) amandadırlar. Məscid əhli öz namazlarının və Allah-Təala da onların ruzisinin qeydinə qalır. Onlar öz məscidlərindədirlər və Allah-Təala onlara arxa-dayaqdır.
MƏSCID ALLAHIN NURUDUR
4. Həzrət Məhəmməd (s): «Məscidlər Tanrı nurlarıdır.»
MƏSCID PEYĞƏMBƏRLƏRIN MƏCLISIDIR
5. İmam Əli (ə): «Məscidlər peyğəmbərlərin məclisi və Şeytandan qorunmaq vasitəsidir.»
MƏSCID ILAHI ÖVLIYALARIN ŞƏHADƏT YERIDİR
6. İmam Sadiq (ə): «Elə bir məscid yoxdur ki‚ Peyğəmbərin (s) qəbri və ya onun qətlə yetirilmiş canişininin qanı üzərində qurulmamış olsun. Allah-Təala belə məkanda ibadət olunmağı sevir. Buna görə də‚ orada həm vacib‚ həm də müstəhəbb namaz qıl və həmçinin (orada) qəza namazlarını da yerinə yetir.»
MƏSCID HƏR PƏHRIZKAR INSANIN SARAYIDIR
Həzrət Məhəmməd (s) buyurmuşdur:
7. Məscid hər təqvalı insanın sarayıdır.
8. Məscid hər bir möminin evidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər