RSS
 

Login:
Şifrə:
» » Ayətullah Fazil Lənkərani

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ayətullah Fazil Lənkərani

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 00:34 | Şərh sayı: (0) | Baxılıb: 1096

Ayətullah Fazil Lənkərani


Ayətullah Fazil Lənkərani


Azərbaycan torpağı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur. Bu diyar minlərlə alim və müctəhid yetirmiş, Allah yolunda şəhidlər vermişdir.
On ikinci imamın böyük qeyb dövründə ağır məsuliyyətləri öhdəsinə görtürmüş və həqiqi İslamı yaşatmalı olan alimlər arasında azərbaycanlı müctəhidlərin xüsusi yeri vardır. Onlardan Ayətullah Şeyx Sədra Badkubeyi, Ayətullah Seyid Hüseyn Badkubeyi və digərləri, dövrümüzün ən dahi müctəhid və filosoflarından olan Əllamə Təbatəbayi, Şəhid Məhəmmədbaqir Sədr və sair alimlərin ustadları olmuşlar.
Görkəmli Nəcəf alimlərindən olan həmyerlimiz mərhum Şeyx Əli Ali-İshaq deyirdi: “O zaman Bakı şəhərindən risalə sahibi olan 120 müctəhid var idi. Müxtəlif yerlərdən onların yanına oxumağa və şəri məsələləri öyrənməyə gedirdilər. Nəcəfdə mərcəi-təqlidi təyin edən 9 müctəhiddən 5-i Azərbaycandan idi”.
Lakin təəssüf ki, 70 illik kommunist rejimi dövründə alim və müctəhidlərimiz həbs, sürgün və edam edilmiş, müsəlman ölkələri və elm ocaqları ilə əlaqələrimiz kəsilmiş və bununla da böyük dini, elmi və mənəvi boşluqla üzləşmişik.
Bütün bunlara baxmayaraq, sevindirici haldır ki, hal-hazırda İslam dünyasının ən parlaq simaları arasında az da olsa, öz həmyerlilərimizə rast gəlmək olur. Haqqında söhbət açacağımız Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani məhz belələrindəndir.

Təvəllüdü və valideynləri

İlahi alim, dahi müctəhid və görkəmli mərcəi-təqlid olan Ayətullah Məhəmməd Fazil Lənkərani 1931-ci ildə müqəddəs Qum şəhərində ruhani ailəsində dünyaya göz açmışdır.
Atası mərhum Ayətullah Fazil Lənkərani dövrünün məşhur alimlərindən və Qum elmi hövzəsinin böyük ustadlarından idi. O, qədim Lənkəran mahalının (indiki Masallı rayonunun) Ərkivan kəndində anadan olmuş, Sovet hakimiyyəti qurulduqdan sonra özünün ustadı və Azərbaycanın ən böyük Nəcəf alimlərindən biri olan mərhum Şeyx Qüdrətin naməsilə, təhsilini davam etdirmək üçün İrana yollanmışdır. Bütün mahalda öz xeyriyyəçi işləri ilə məşhur olan atası Hacı Bəşirin Ərkivan kəndində tikdirdiyi məscid indi də qalmaqdadır.
Şeyx Fazil Lənkərani İrana getdikdən sonra bir neçə il Məşhəd və Zəncan elmi hövzələrində təhsil və tədrislə məşğul olmuş, Qum elmi hövzəsi təsis olunduqdan bir il sonra isə o şəhərə getmişdir.
Mərhum Şeyx Fazil Lənkəraninin məqam və fəziləti barəsində bunu demək kifayətdir ki, o zaman şiə dünyasının ən böyük mərcəi–təqlidləri olan Ayətullah Bürucerdi və İmam Xomeynilə yaxın dost olmuşdur.
Ayətullah Bürucerdi öz vəsiyyətnaməsində, ixtiyarında olan imam səhminin (xümsün 50%-i) özünün böyük oğlu və Ayətullah Fazil tərəfindən elmi hövzə işlərinə sərf edilməsini qeyd etmişdi. Habelə Ayətullah Bürucerdi Qum şəhərində həzrət Məsumənin (ə) məqbərəsi yanında Məscidi-əzəmi tikdirdikdən sonra günorta namazlarına imamlıq etməyi ona tapşırmışdı. O, həm də Ayətullah Bürucerdinin istifta (şəri suallara cavab) şurasının üzvü olmuşdur.
Mərhum Fazil Lənkərani Qum şəhərinə gəldikdən sonra həmin şəhərin sakini və adlı-sanlı bir seyid ailəsindən olan xanımla ailə həyatı qurdu. Məhəmməd Fazil bu mübarək nikahdan dünyaya gələn dördüncü uşaq və onların ruhani olacaq yeganə övladları idi.

Uşaqlıq illəri

Məhəmməd 6 yaşında məktəbə daxil olub, 12 yaşında 6 illik ibtidai təhsilini başa vurur. Bu dövrü xüsusi istedad və müvəffəqiyyətlə başa vurmasına baxmayaraq, onu davam etdirməkdən imtina edib, dini elm öyrənmək qərarına gəlir.
Onun bu rəğbətini, şanlı ruhanilik aləminə qoşulmaq istəyini atasının, ailəsinin və böyüdüyü mühitin təsiri ilə də izah etmək olar. Ayətullah Məhəmməd Fazil Lənkərani özü bu barədə deyir:
“O zaman 6 il çəkən ibtidai təhsili başa vurduqdan sonra dini elmləri öyrənməyə başladım. Çünki uşaqlıqdan özümdə bu elmlərə qarşı xüsusu rəğbət duyurdum. O zaman şah üsul-idarəsi və ölkədə xüsusi istibdadın hakim olmasına baxmayaraq, şagirdlərə “İbtidai təhsili başa vurduqdan sonra təhsilinizi hansı fənn üzrə davam etdirəcəksiniz?” başlıqlı inşa verilərkən, dini elmlərə olan hədsiz rəğbətimi gizlətmir və onu geniş şəkildə izah edirdim. O zaman mənim dünyəvi təhsilə fövqəladə istedadım var idi, ibtidai təhsilin yekun imtahanlarında Qum şəhəri üzrə birinci yeri tutmuş və mükafat almışdım”.
Beləliklə, Ayətullah Məhəmməd Fazilin uşaqlıq illəri atasının ruhani ailəsində, 6 illik ibtidai məktəbdə və həmin məktəbdə Ayətullah İmam Xomeyninin böyük oğlu Mustafa Xomeyni ilə dostluqda keçmişdir.

Hövzə təhsili

Şeyx Məhəmməd Fazil hövzə dərslərinə başlayanda 13 yaşı vardı. Bir tərəfdən ruhanilik həyatına olan xüsusi şövqü və digər tərəfdən Mustafa Xomeyni ilə yaxın dostluğu, bu yolun çətinliklərinə sinə gərib, müvəffəqiyyət qazanmaqda ona yardımçı olurdu. O, özü bu barədə deyir: “Qarşıda tutduğumuz yola hədsiz rəğbətimizdə bu əziz dostun - Mustafa Xomeyninin rolu böyük olmuşdur. Biz o zamandan bir yerdə təhsil alır, dərsləri mübahisə edir və bir-birimizə kömək göstərirdik”.
O, ərəb dili və digər səthi dərsləri bitirdikdən sonra Rəsail və Məkasib kitablarının bir hissəsini atasından, qalanını isə digər alimlərdən öyrənməyə başladı. Dərslərin mübahisə olunmasına böyük əhəmiyyət verir və əksər vaxtlarda Mustafa Xomeyni ilə mübahisə edirdi. Bu barədə deyir:
“Hər günün dərslərini axşam diqqətlə oxuyur və sabahkı gün mabahisə edirdik. Bununla dərsdən qala biləcək bütün iradlar aradan qalxırdı. Biz o zaman soyuq qış günlərində, sübh çağı günəş doğmazdan öncə hərəmin açıq eyvanlarında və çox ağır şəraitdə mübahisə edirdik. Əslində bundan başqa çarəmiz də yox idi”.
Ayətullah Məhəmməd Fazil özünün ilkin tələbəlik dövrü haqqında danışarkən əlavə edərək deyir:
“Mərhum Ayətullah Bürucerdi Quma yenicə gəlmişdi. O zaman mən (çox cavan idim və) Mütəvvəl kitabını oxuyurdum. Bir gün bir məclisdə Ayətullah Bürucerdi Mütəvvəldən bir parça şer oxuyub, mənə həmin şerə aid ədəbi suallar verdi. Mən onun bütün suallarına dərhal cavab verdim. O, mükafat olaraq mənə bir əllitümənlik verdi. O zaman bu, dəyərli pul idi. Böyük müctəhidin bu həvəsləndirməsi mənim elmə olan maraq və diqqətimin daha da artmasına səbəb oldu”.
Məhəmməd Fazil Lənkərani altı il ərzində səthi dərsləri başa vurub, 19 yaşında ikən ali (xaric) dərslərə başladı.

Ali-ixtisas (xaric) dərsləri

19 yaşlı bu cavan oğlan mərhum Ayətullah Bürucerdinin ali fiqh dərslərində iştirak etməyə başladı. Tələbələr təəccüblə bir-birlərinə baxır və yəqin ki, onun təsadüfən bu dərsə gəldiyini düşünürdülər. Lakin o, mütəmadi olaraq dərslərdə iştirak edirdi.
Fatimiyyə günləri (cəmadil-əvvəl ayının 13-dən cəmadis-sani ayının 3-ədək olan 20 gün) idi. Onların evində əza məclisi qurulmuşdu. Bir gün Ayətullah Bürucerdi onu göstərib, atasından soruşdu: “O da dərsdə iştirak edirmi?” Mərhum Fazil cavab verdi: “Məhəmməd nəinki sizin dərsinizdə iştirak edir, hətta buyurduğunuz bütün mətləbləri ərəbcə yazır”. Ayətullah heyrətlənib, onun yazdıqlarını istədi və yarım saat diqqətlə oxuyub dedi: “Güman etməzdim ki, o, bu yaşıyla dərslərin bütün incəliklərindən xəbərdar ola və onları gözəl ibarələrlə, özü də ərəbcə yaza”.
1957-ci ildə həmin yazıların “Nəhayətüt-təqrir” adlı 1-ci cildi, bir neçə ildən sonra isə 2-ci cildi çapdan çıxdı. Bu kitabdan söhbət düşəndə mərhum Ayətullah Bürucerdi deyərmiş: “Bu cavan tələbə, bu cavan müctəhid! Mən dünyadan köçəcəyəm, məndən qalan isə bu kitab olacaq”.
Bir müddət sonra Ayətullah İmam Xomeyni üsul elminin ali dərslərinin tədrisinə başladı və Məhəmməd Fazil Lənkərani 7 il bu dərslərdə də iştirak edib, uyğun elmin bütün sirlərinə yiyələndi. O, bu barədə deyir:
“Ayətullah Bürucerdi ömrünün son 7-8 ilində gündə yalnız bircə saat tədrislə kifayətlənirdi. Lakin təbii ki, tələbə üçün bu çox azdır. Buna görə də mən əlavə dərslər axtarırdım. Bir dəfə eşitdim ki, İmam Xomeyni üsul dərslərinə başlayıb. Mən onun necə tədris etdiyini bilmirdim. Lakin, çox keçmədi anladım ki, axtardığımı tapmışam.
İmam Xomeyni fəlsəfə, irfan və digər elmlərdə də ustad olduğundan, mətləbləri elə bəyan edirdi ki, gün kimi aydın olurdu”.
İmam Xomeyninin tədris etdiyi dərsləri tələbəlik həyatının ən şirin xatirələri və özünün ən böyük iftixarı adlandıran Ayətullah Məhəmməd Fazil Lənkərani əlavə edərək deyir:
“İmam Xomeyninin dərslərində iştirak etdiyim günlər, bir tələbə kimi, mənim ən şirin günlərim sayılır. Bəzən onun dərsləri 90 dəqiqəyə qədər uzanırdı, amma nə özü yorulurdu, nə də tələbələr. O dərslərin şirin xatirəsi hələ də yadımdan çıxmır. Mən onlardan ləzzət alırdım. O günlər, Allahın mənə bəxş etdiyi ən şərəfli anlar idi”.
Beləliklə, Ayətullah Lənkərani 11 il mərhum Ayətullah Bürucerdinin, 9 il isə İmam Xomeyninin dərslərində iştirak etməklə, 30 yaşında ikən müctəhidlik məqamına çatmışdır. Ayətullah Möhsininin dediyinə əsasən, Ayətullah Bürucerdi dəfələrlə onun artıq müctəhid olduğunu bildirmişdi.

Bir xatirə

“Bizim İmam Xomeynilə münasibətimiz eyni ailə üzvlərinin münasibəti kimi idi. Onun mənə və mənim də ona xüsusi məhəbbətim var idi. O mənim atamla və mən onun oğluyla yaxın dost olduğumuzdan, ailəvi get-gəlimiz vardı. Yadımdadır, bir hadisə zamanı mən çox nigaran idim. O vaxt Mustafa artıq şəhid edilmişidi. İmam mənə dedi: “Mən səni oğlum Mustafanın yerində bilirəm. Mənim üçün sizin aranızda heç bir fərq yoxdur”. O mənə deyirdi ki, mən səni körpəliyindən böyütmüşəm. Doğrudanda belə idi".
Həmçinin qeyd etmək lazımdır ki, İmam Xomeyninin tapşırığı ilə, vəfatından sonra onun ixtiyarında qalan şəri ödənişlər (xüms, zəkat və s.) məhz Ayətullah Fazil Lənkərani və Qum elmi hövzəsinin rəyasət heyəti tərəfindən hövzənin işlərinə xərclənmişdir.

Digər dərslər

Ayətullah Məhəmməd Fazil Lənkərani 4-5 il hikmət və fəlsəfə dərsləri almış, mərhum Əllamə Təbabayidən bəhrələnərək Səbzəvarinin “Mənzumə” və Molla Sədranın “Əsfar” kitablarını öyrənmişdir. Bunlardan əlavə o, müxtəlif ustadların əxlaq və ideoloji bəhslərə aid olan dərslərində də iştirak etmişdir. lakin, onun əsas ixtisası şiə fiqhi və üsul elmləridir.

Tədris

Məhəmməd Fazil Lənkərani hövzəyə daxil olduqdan bir neçə il sonra, 16 yaşında olarkən, təhsillə yanaşı tədrisə də başlamışdır. Uzun illər ərəb dili, məntiq, üsul, fiqh və sair dərsləri tədris etdikdən və yüzlərlə şagird yetişdirdikdən sonra Məkasib, Rəsail və Kifayə kitablarını tədris etməyə başladı. Onun Kifayə dərslərində 600-700 tələbə iştirak edirdi. Bu dərslər hövzə tələbələri tərəfindən böyük rəğbətlə qarşılanır və Məhəmməd Fazil Lənkərani hövzənin ən məşhur ustadlarından hesab olunurdu. Həyatının uyğun dövrünü xatırlayan Ayətullah deyir: "Şərhi-lümə kitabının İrs bölməsini tədris etdiyim vaxt təxminən 100 nəfər dərsdə iştirak edirdi. Bir gün diqqət yetirib gördüm ki, onların hamısı yaşca məndən böyükdür”
60-cı illərin sonlarında Məhəmməd Fazil Lənkərani, Kifayə dərsində iştirak edən tələbələrinin xahişi ilə ali (xaric) üsul dərsinin tədrisinə başlayıb, ən böyük alim və müctəhidlər arasında daha artıq parlamağa başladı.
Nitqinin şirinliyi, şiə dünyasının məşhur fiqh və üsul alimlərinin elmi əsasları barədə dərin məlumatı, Əhli-sünnə alimlərinin nəzərləri ilə tanışlığı, güclü tədqiqat və araşdırmaları, habelə şagirdlərini elmi bəhslərdə yaxından iştirak etməyə çağırıb möhkəm dəlillər və tutarlı cavablarla onların iradlarını aradan qaldırması, elmi hövzənin bu yorulmaz ustadının xüsusiyyətlərindən sayılır. Elə buna görə də, səthi dərsləri başa vuran tələbələr onun dərslərinə cəzb olunurdular. Bir müddətdən sonra tələbələrinin xahişi ilə o, ali (xaric) fiqh dərslərinin də tədrisinə başladı. Onun bu dərsləri də hövzənin ən rövnəqli dərslərindən biri idi. Bu dərslərdən bəhrələnən tələbələr bu gün elmi hövzənin adlı-sanlı ustadlarından və İslam dünyasının ən parlaq elmi, ictimai və siyasi simalarından hesab olunurlar.
Yaşının çoxluğuna və cismi narahatlıqlarına baxmayaraq, Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani bu gün də özünün ali dərslərini davam etdirir.

Elmi hövzəyə xidmət

İmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Məhəmməd Fazil Lənkəraniyə tapşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi.
Bir gün doktor Behişti gileylənib demişdi ki, siz niyə bizə kömək etmək üçün Tehrana gəlmirsiz? Ayətullah Fazi Lənkərani belə cavab vermişdi: “Siz hövzədən ayrılıb bu işlərlə məşğulsuz. Daha hövzədə bir kimsə qalmayıb ki, biz də Tehrana gələk“. İmam Xomeyni də onun bu fikri ilə razılaşıb, Qumda qalmasını müsbət qarşılamışdı.
On il elmi hövzənin İdarə Heyətinin sədri və Feyziyyə mədrəsəsinin müdiri vəzifəsində çalışan Ayətullah Fazi Lənkərani, digər məsul şəxslərlə birgə tələbələrin həm elmi, mənəvi və həm də məişət məsələləri ilə ciddi maraqlanırdı.
Tələbələrin elmi inkişaflarının sürətləndirilməsi üçün onları elmi dərəcələrə bölmək, “Məhdiyyə” tələbə şəhərciyinin təsis edilməsi, Feyziyyə mədrəsəsinin böyük iclas zalının tikilməsi və sair işlər onun təkliflərindəndir.
Aytətullah Məhəmməd Fazil Lənkərani dünyanın müxtəlif bölgələrində olan elmi hövzələrə dəyərli xidmətlər göstərir. Qum elmi hövzəsinin 43 min, Məşhəd elmi hövzəsinin 10 min, İsfahan elmi hövzəsinin 6 min, habelə digər hövzələrin minlərlə ruhani və tələbələrinə onun dəftərxanası tərəfindən müəyyən məbləğdə aylıq təqaüd verilir.
Ayətullah Lənkəraniyə görə, dini tələbələrin təqaüdü yalnız şəri ödənişlər vasitəsilə təmin olunmalıdır. Onun fikrincə, nəyin bahasına olursa-olsun, elmi hövzələr heç bir dövlət və hökumətə bağlı olmamalı və öz tarixi müstəqilliyini qorumalıdır. Bir neçə il bundan öncə hövzəyə dövlət büdcəsindən pul ayrılması barədə səslənən bir təklifə cavab olaraq, bunu elmi hövzə və onun gələcəyi üçün ciddi təhlükə hesab etmişdir. Onun tərəfindən verilən təqaüdlər isə müqəllidləri (təqlid edənlər) və digər möminlər tərəfindən dəftərxanaya verilən şəri ödənişlərdəndir.
Arzularından biri Qurana təfsir yazmaq olan Ayətullah Lənkərani, fiqhi bəhslərə görə buna vaxt tapmasa da, cümə axşamı və cümə günləri hövzənin tətil olmasından istifadə edib, Quran təfsiri mövzusunda çıxışlar etmiş və bu çıxışlar “Mədxəlüt-təfsir” adlı kitab şəklində çapdan çıxmışdır.
Onun fikirlərindən biri də hövzənin ayrı-ayrı ixtisaslara bölünməsi idi. Hövzəyə müdiriyyəti dövründə bu barədə böyük səylər göstərmiş, mərcəi-təqlid olduğu zaman isə “Məsum imamlar“ fiqh mərkəzini yaratmışdır.

Ayətullah Lənkərani mərcəi-təqlid kimi

Məlum olduğu kimi, biz 12-ci imamın təxminən 1100 il öncə başlayan böyük qeyb dövründə yaşamaqdayıq. Bu dövrün ən əsas səciyyəvi cəhəti ilahi höccətin gizliliyi və buna qarşılıq olaraq mərcəi-təqlidlik institutunun meydana çıxmasıdır. Qeyb dövründə özünün elmi, təqvası və ədaləti ilə digərlərindən öndə olan müctəhidlər, mərcəi-təqlid kimi tanıtdırılır. Belə müctəhidlər Quran, hədis və sair mənbələrdən istifadə edərək şəri hökmləri, xüsusilə yeni və şübhəli məsələlərin hökmünü bəyan etməli, müctəhid olmayanlar isə onlara təqlid edərək həmin hökmlərə uyğun əməl etməlidirlər.
İmam Xomeyninin vəfatından sonra hövzənin böyük ustadları mərcəi-təqlid olması üçün Ayətullah Məhəmməd Fazil Lənkəraniyə müraciət etdilər. Lakin o, qətiyyətlə bildirdi ki, Ayətullah Gülpayiqani və Ayətullah Əraki olan yerdə başqalarını önə çəkmək düzgün deyil. Onların hər ikisinin vəfatından sonra, 1994-cü ilin dekabr ayında isə, Ruhanilər cəmiyyəti və onun ardınca Qum elmi hövzəsinin Müdərrislər Şurası yeddi müctəhidi mərcəi-təqlid kimi elan etdi. Ayətullah Məhəmməd Fazil Lənkəraninin adı bu 7 nəfərlik siyahının başında dururdu.

Əxlaqi xüsusiyyətləri

Sadə həyat tərzi, təvazökarlıq və mehribanlıq Ayətullah Məhəmməd Fazil Lənkəraninin əxlaqi xüsusiyyətlərindəndir. Bu xüsusiyyətlər hələ uşaq ikən onun təbiəti ilə qarışmış, cavanlığında elmi hövzənin, habelə Ayətullah Bürucerdi, İmam Xomeyni və Əllamə Təbatəbayi kimi tarixi şəxsiyyətlərin elmi və mənəvi məziyyətlərindən istifadə etməklə kamilləşmişdir.
Ayətullah Məhəmməd Fazil Lənkərani digər hövzə tələbələri kimi sadə yaşayış tərzi keçirmişdir. O, ailə həyatı qurduqdan uzun illər sonra, hətta övladlarının sayı beşə çatdıqda belə ikiotaqlı ata evində yaşayırdı. Yalnız bundan sonra qayınatasının hədiyyə etdiyi yeni mənzilə köçdü. 40-50 il bundan əvvəlin tikilisi olmasına baxmayaraq, o indi də həmin evdə yaşayır.
Şeyx Məhəmməd Fazil Lənkərani heç zaman öz şəxsi rifahı üçün çalışmamışdır. Hətta əgər ailədə kimsə zəruri olmayan məişət əşyası almaq istədikdə, onun e`tirazı ilə üzləşməli olur. Oğlu Şeyx Məhəmməd Cavad Lənkərani deyir: “Bir gün anam təzə pərdə alıb, evdən asmışdı. Atam onu görən kimi dedi: “Bu saat bunu burdan açın”. Lakin, sonra anam məndən xahiş etdi onu razı salım ki, pərdə lazımdır, onun qalmasına razılıq versin".
Şeyx Məhəmməd Cavad əlavə edərək deyir: “Atamın mərcəi-təqlid olduğu bu on iki ildən artıq dövrdə bir neçə günlük Məşhəd ziyarətini çıxmaq şərti ilə o, bütün yay tətillərini, havası olduqca isti və ağır olan Qum şəhərində keçirir. Halbuki, ətrafdakı kəndlərdə ab-havası yaxşı olan yerlər çoxdur. Lakin o, tələbələrin zirzəmilərdə, dar və qaranlıq otaqlarda yaşadığını görəndə, daha öz rahatlığı barədə düşünə bilmir. Məhz buna görə də geyindiyi paltarlar da çox sadə paltarlardır.
O, son 20 ildə öz əksər vaxtlarını hövzə işlərinə sərf edir, hətta yay tətillərində də Qumdan çıxmırdı. Bir dəfə yayda xəstəliyinə görə Tehranda qalmalı olarkən, hövzə işləri üçün 52 dəfə Quma gəlmiş və bəzən gecənin yarısına qədər uzanan iclaslarda iştirak etmişdir”.
Görənlərin söylədiyinə görə, Ayətullah Fazil Lənkərani nə qədər elmli olmasına baxmayaraq, həmişə bir xidmətçi kimi atasının qulluğunda durardı.
Ayətullah Bocnurdi deyir: “O, ibadətə və misal üçün deyim ki, gecə namazına çox böyük diqqət göstərir. Lakin daha çox öz elmi və savadı ilə tanınır. Çünki, belə məsələləri heç yerdə bəyan etmir və bunu yalnız yaxın adamları bilir. Mən onunla qohum olduğumdan yaxşı bilirəm ki, çox sadə həyat tərzi keçirir. Onun mərcəi-təqlid olmazdan qabaqkı və sonrakı yaşayışı arasında heç bir fərq yoxdur”.
Ayətullah Nurmüfidi deyir: “İnsan bə`zi dahilərin yanında olanda, özü ilə onun arasında bir pərdə hiss edir, qəriblik duyur. Lakin, Ayətullah Lənkərani o qədər təvazökar insandır ki, onun yanında özünü çox rahat edirsən. Belələri çox azdır”.
Şeyx Məhəmməd Cavad atasının haqqında deyir: “O, mərcəi-təqlid olduğu vaxtdan bu günədək bir dəfə də olsun soruşmayıb ki, filan yerdə mənə təqlid edənlər nə qədərdir? Və yaxud mənim risaləm çap oldu ya yox? O, bir neçə il həzrət Məsumənin (s) hərəmində imamlıq etmişdir. Dəfələrlə deyirdi ki, minlərlə tələbənin iqtida etdiyi bu namazla, əvvəllər kiçik məsciddə qıldığım namaz arasında heç bir fərq yoxdur”.

Əhli-beyt (ə) məhəbbəti

Ayətullah Məhəmməd Fazil Lənkərani Peyğəmbər (s) və Əhli-beytə (ə) qurulan əza və bayram məclislərindən əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında qurulan rövzə məclislərində də iştirak edir. Həmçinin, Fatimeyi-Zəhranın (ə) şəhadəti münasibəti ilə hər ilin 20 günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, davam edir.
Ayətullah Şeyx Məhəmməd Fazil, əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.

Ayətullah Lənkərani siyasi səhnədə

İnsanlara və müsəlmanlara diqqət və qayğıkeşlik, onların problemlərinin həlli üçün sə`y göstərmək, Məhəmməd Fazil Lənkəraninin heç zaman unutmadığı məsələlərdəndir. O, beynəlxalq münasibətlərdən və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərdar olmaqla, İslam və bəşəriyyət düşmənlərinə qarşı həmişə barışmaz mövqe tutmuşdur.
Fələstin, Qarabağ, İraq, Əfqanıstan və digər müsəlmanları müdafiə, habelə Salman Rüşdinin mürtəd elan edilməsi hökmünü himayə etməsi, bu qətiyyət və barışmazlığa əyani sübutdur.
Ayətullah Lənkərani müsəlmanların birliyi naminə edilən müdarat təqiyyəsini şəri nöqteyi-nəzərdən düzgün bilir. Onun nəzərinə görə, bu məqsədlə Əhli-sünnənin camaat namazlarına iqtida etmək olar. Lakin bu, heç də istənilən adamla kompromisə getmək demək deyil. Məsələn, bir neçə il öncə Mədinə şəhərindəki Peyğəmbər (s) məscidinin imamı Şeyx Hüzeyfi şiələr əleyhinə nalayiq sözlər işlətmişdi. Ayətullah Məhəmməd Fazil bunu eşidərkən bu məzmunlu bir bəyanatla çıxış etdi: “Mən tövsiyə etmişdim ki, şiələr Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər. Bu tövsiyəm yenə də qüvvədədir. Lakin bəyan edirəm ki, müsəlmanlar arasında təfriqə salan bu şəxsə iqtida etmək düzgün deyil!”
O, bunu özünə vəzifə bilir və ona görə də heç nədən çəkinmirdi. O, bilirdi ki, bu bəyanatı onun həcc mərasimindəki nümayəndəliyi üçün problemlər yarada bilər. Lakin xoşbəxtlikdən, çox keçmədi ki, Mədinə şəhərinin əmiri Hüzeyfini imamalıqdan azad etdi.
İmam Xomeyni öz hərakatını başlayan gündən Şeyx Məhəmməd Fazil həm bir sıravi vətəndaş və həm də Qum elmi hövzəsi Müdərrislər Şurasının üzvü kimi aktiv fəaliyyətə qoşulmuşdur. Həmin fəaliyyətlərinə görə dəfələrlə həbs olunmuş, işgəncə altında saxlanılmış və nəhayət ab-havası yaxşı olmayan məntəqələrə sürgün edilmişdir. O, ilk dəfə yayın qızmar çağında 4 ay müddətinə yandırıcı Ləngə limanına göndərilmişdir; elə bir 4 ay ki, öz təbirilə desək, 40 ilə bərabər zəhmət və məşəqqətlə keçmişdir. Onun ardınca isə, iki il yarım Yəzd şəhərində, düzənlik bir rayonda qalmağa məcbur edilmişdir. Oğlu Şeyx Məhəmməd Cavad Lənkərani bu barədə deyir: “Ləngə limanında sürgündə olduğu 4 ay ərzində onun çəkisi xeyli azaldı. Belə ki, artıq hökumət adamları qorxuya düşüb, onu Yəzdə köçürtdülər. Atam, İmam Xomeyninin mərcəi-təqlid olduğunu elan edən 12 müctəhidin biri idi və məhz buna görə sürgün edilmişdi”.
Özünün sürgün həyatında Təhrirül-vəsilə kitabına şərh yazan Məhəmməd Fazil Lənkərani, öz elmi fəaliyyətindən əlavə, insanlara ictimai-siyası məlumatlar vermiş, onları İslam hərəkatına kömək göstərməyə çağırmışdır.
İslam dininin hələ 1400 il bundan öncə terrorizmə qarşı mübarizəyə başladığını bildirən Ayətullah, ABŞ-ın Əfqanıstan və İraqa hücumları ərəfəsində də etiraz bəyanatı ilə çıxış etmişdir.

Əsərləri

Aşağıda adları çəkilən kitablar 30-dan artıq əsərin müəllifi olan Ayətullah Məhəmməd Fazil Lənkəraninin elmi araşdırmalarının bəhrəsidir:
1. “Nəhayətül-təqrir” (Ayətullah Bürucerdinin ali (xaric) dərsləri)
2. “Mötəmədül-üsul” (İmam Xomeyninin ali üsul dərsləri)
3. "Təfsilüş-şəriə" (Təhrirül-vəsilənin şərhi)
4. “Tibyanul-üsul”
5. Üsul dərsləri (16 cilddə)
6. “əl-Ürvətül-vüsqa” kitabına haşiyə
7. “Misbahul-fəqih” kitabının təharət bölməsinə haşiyə
8. “İzahul-Kifayə”
9. “Mədxəlüt-təfsir”
10. Fiqh qaydaları
11. “əl-İctihad vət-təqlid”
12. Müdarat təqiyyəsi
13. Fərag və təcavüz qaydalarına dair risalə
14. Həcc hökmləri
15. Həcc və ümrə risaləsi
16. Həcc haqqında sual-cavablar
17. “əl-Əhkamul-vazihə”
18. Oruc
19. Qəzavət
20. Şəriət hökmlərinin izahı
21. Şəri suallara cavab (İstiftaat)
22. Şübhəli paltarla namaz qılmağa dair risalə
23. Yeni fiqhi məsələlər
24. Mündəricatlar məcmuəsi (Biharul-ənvar, əl-Qədir və Təfsir əl-mizan kitablarının mündəricatı)
25. Həmd surəsinin təfsiri
26. Əhli-beyt və yaxud Təthir ayəsinin parlaq simaları
27. Məsum imamlar və yaxud vəhy keşikçiləri
28. Peygəmbərlərin məsumluğu
29. İmam Əlinin (ə) nəzərində ölkə idarəsi (Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı məktubun şərhi)
30. “Təqriratul-üsul”
31. “Mənasikul-həcc” və s.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor