Nə Uçün İmam Sadiq (ə) Şiə Məzhəbinin Banisi Kimi Taniyirlar? |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 12-12-2013, 00:48 | Şərh sayı: (2) | Baxılıb: 12737
Nə Uçün İmam Sadiq (ə) Şiə Məzhəbinin Banisi Kimi Taniyirlar?
İndiyədək bu məsələ haqqında düşünübsünüz ki, İndiyədək bu məsələ haqqında düşünübsünüz ki, nə üçün İmam Cəfər Sadiq (ə)-ı şiə məzhəbinin banisi və biz şiələri isə Cəfəri məzhəbinin ardıcılları kimi tanıyırlar? Şiələrin 12 İmamları olduğu halda bu ad nə üzdən məhz İmam Cəfər Sadiq (əs)-a həsr olunmuşdur? Bildiyiniz kimi İmam Sadiq (əs) şiənin 6-cı İmamı sayılır və burada bu sual ortaya çıxır ki, məgər o imamın həyatından öncə, şiə nə vəziyyətdə olmuşdur? Başqa sözlə nə üçün şiə məzhəbi misal olaraq Ələvi şiəsi, Həsəni şiəsi, Hüseyni şiəsi, Səccadi şiəsi və ya Baqiri şiəsi kimi təqdim olunmayıb və yalnız Cəfəri məzhəbi adlandırılıb?
Bu məsələnin aydınlaşdırılması özü uzun bir zaman tələb edir və biz də burada bunu kamil şəkildə açıqlamaq niyyətində deyilik, inşaallah münasib bir fürsətdə bu məsələ haqda siz əziz oxuculara önəmli məlumat təqdim edəcəyik , lakin elə bu qısa izahatla kifayətlənsəniz , bu demək olar ki, şiə məzhəbi İmam Cəfər Sadiq (əs)-ın tədbirləri, elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islam missiyasını İmam Hüseynin qanında, bəyanını isə İmam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Əli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə)-ın şəhid olduğu, Səccad (ə)(Cəfər Sadiqin babası)-ın əsir düşdüyü islamdır. Ələvi şiəliyinin tarixi sübuta yetirmişdir ki, hər kəs Əli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir. Başqa sözlə desək İmam Cəfər Sadiq (əs) şiə məzhəbinin inkişafı üzrə özündən öncə İmamaların riayət və əməl etdikləri işləri səmərəyə çatdırıb. O həzrət əsil və düzgün islam sayılan şiəninin təqdim edəni olub. O şanlı İmam fikir çərçivəsini göstərib və öz şagirdləri və tələbələrini həmin fikir hüdudlarının toplanması üçün alqışlandırırdı. Elə onun təşviqləri nəticəsində Üsuli-Ərbətumeə hazırlanıb, tənzimləndi və şiədə onun əsasında formalaşdı. İmam Sadiq (ə) göstərdi ki , şiə həm bir məzhəbdir və həm hökumət idarə etmək üçün bir metoddur. Şiədə dinlə hökumət bir –birindən ayrılmaz əlaqəyə malikdir. Şiənin yolu elə əhli-beyt (əs)-ın yoludur. Çünki əhlibeyt (əs) İslam Peyğəmbərindən asılı olduqlarına əsasən onun eyni yolunu, tədbirlərini və proqramlarını dəqiq həyata keçirilməsi uğrunda çalışdılar.
Şiə məzhəbi İmam Sadiq (əs)-ın dövründə formalaşdı və Peyğəmbər (sə) və İmam Əli (əs)-ın sünnətləri və ənənələri həmçinin onların ilahi sayılan məfkurələri və düşüncələri ilə necə davranmağı açıq-aşkar oldu və şiəni fiqhi ona əsaslanan bir məktəb formasına çevirdi.
İmam Sadiq(ə)-ın elmi münazirələrdə zirvə səviyyəsi
İmam Sadiq(ə)-ın elmi əzəməti və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu etiraf edirlər. İmam sadiq 12 mindən artıq tələbə tərbiyə edib. Onun binövrə qoyduğu böyük dini və elmi mərkəzində elm izləyən alimlərin kəşfiyyatlarından hələ də bəşəriyyət faydalanır.
İmam Sadiq (ə) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, həmçinin ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir(ə)-ın elmi və mədəni inqilabının yolunu davam etdirdi, böyük elm ocağı, böyük məktəb təsis etdi, o dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hüşam ibn Hekəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hüşam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, Hüşam ibn Hekəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, istər dəqiq elmlər, istər təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmışdır, məhz buna görə də “kimyanın atası” ləqəbini almışdır.Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd(ə)-dan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm. O həmçinin deyirdi: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd(ə)-ı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur, onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən 40 dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, İmam Sadiq onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü İmam Sadiq(ə)-a tutub dedi: “Bu, Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq) (ə) ilə müzakirəyə çıxar.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bu minvalla düz qırx məsələ soruşdum, hamısına cavab verdi.”
Hənifə deyir ki , O əziz İmamı daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd(ə)-dan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”
Şeyx Müfid yazır: “O həzrətdən o qədər elm söylənilib ki, artıq bütün camaatın yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”
Məşhur tarixçi ibn Xəllikan yazır: “O, oniki İmamlı şiələrin İmamlarından biri, peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən olmuşdur. Düzgünlük və doğru danışdığına görə , onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq(ə)-ın təlimlərini ehtiva etmiş və 500 risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.
Şiələrin 12 İmamları olduğu halda bu ad nə üzdən məhz İmam Cəfər Sadiq (əs)-a həsr olunmuşdur? Bildiyiniz kimi İmam Sadiq (əs) şiənin 6-cı İmamı sayılır və burada bu sual ortaya çıxır ki, məgər o imamın həyatından öncə, şiə nə vəziyyətdə olmuşdur? Başqa sözlə nə üçün şiə məzhəbi misal olaraq Ələvi şiəsi, Həsəni şiəsi, Hüseyni şiəsi, Səccadi şiəsi və ya Baqiri şiəsi kimi təqdim olunmayıb və yalnız Cəfəri məzhəbi adlandırılıb?

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər