Çadra, ən düzgün Hicab formasıdır! (Müctəhidlərimizin nəzəri) |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 12-02-2015, 15:57 | Şərh sayı: (0) | Baxılıb: 4919
Çadra, ən düzgün Hicab formasıdır! (Müctəhidlərimizin nəzəri)
Peyğəmbərimizin (s.ə.v) uca məqamlı xanımlarından olan Ümmü-Sələmə deyir: «Hicab ayəsi nazil olduqdan sonra ənsarın (Mədinə əhlinin) qadınları qara çadra geyinmiş halda evdən çıxırdılar»
(Müstədrək əl-vəsail, c.14/səh. 242); (Beheşt-e cəvanan, səh. 220)
Ən yaxşı Hicab Müştəhidlərin fikrincə məhs Çadradır!
Ayətullah Xameneyi: Çadra ən yaxşı hicab növüdür.
Ayətullah Sistani: Çadra daha bəyənilən hicab formasıdır və möminə xanımlara çadrasız çölə çıxmaq yaraşmaz!
Ayətullah Məkarim Şirazi: Hicab İslamın açıq-aşkar qanunlarındandır və onun əsasını üz və əllərdən (biləklarə qədər) başqa bütün bədənin və saçın örtülməsi təşkil edir. Lakin, şubhəsiz ki, çadra daha yaxşı hicab formasıdır.
Ayətullah Fazil Lənkərani (r): Yaxşı olar ki, xanımlar çadra geyinsinlər.
Ayətullah Safi Gülpayqani: Çadra Xanımlar üçün ən gözəl geyimdir. Çünki bütün bədəni örtür. Müsəlman Xanımlari geyimlərində İslam adət-ənənələrinə riayət etməli və zərərli, faydasız yenilikçilikdən uzaq olmalıdırlar.
Ayətullah Behcət (r): Çadra bəyənilmiş hicab formasıdır
Ayətullah Təbrizi (r): Qadına bədənini örtmək vacibdir və vacib hesab edilən örtüyün ən yaxşı nümunəsi mömunə xanımların geyindiyi qara çadradır.
Hazırladı: Hüseynzadə Faiq. (Çadra barəsində Seyid Möhsin Mahmudi-nin 'Şəri Suallara Cavablar' kitabından götürülmüşdür.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər