Xümsün hesablanması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 01:20 | Şərh sayı: (0) | Baxılıb: 496
Xümsün hesablanması
Sual 112: Xümsün hesablanma yolunu bildirin.
Əkinçilər, işçilər, fəhlələr, tacirlər və hər bir qazanc əldə edən şəxs üçün özünə xüms ili tə`yin etmək vacibdir. Xüms aşağıdakı şəkildə hesablanmalıdır:
Birinci qazancdan (əlbəttə xüms ilinin başlanmasında mərcelər arasında fikir ayrılığı var. Müraciət edin: Xüms ilinin zamanı bölməsinə) bir il ötdükdən sonra, həmin gün ilin hesab günüdür. Məunə xərclərindən istifadə olunduqda əsası aradan gedən (məsələn, yemək, yuyucu maddələr, dəftər, qələm və sair) hər bir şey xüms ilindən artıq qalarsa və bazarda dəyəri olarsa, günün qiyməti ilə xümsü verilməlidir. Məunə xərclərindən olan, lakin istifadə olunduqda əsası aradan getməyən (məsələn, xalça, soyuducu, nəqliyyat vasitəsi və sair) şeylərə bir il ötdükdən sonra xüms düşmür.
Misal: Bir işçi 2000-ci ilin may ayının axırında birinci maaşını alır. Onun illik hesabı 2001-ci il may ayının axırına düşür. Bu tarixdə 10 kq dügü, 5 kq ləpə və 50 manat pul artıq qalır. O bu şeylərin hər birinin beşdə birini ayırıb xüms verə bilər. Bu şeylərin qiymətini günün qiyməti ilə hesab edib, beşdə bir hissəsini nağd pul şəklində ödəməyə icazə verilir.
Qeyd 1: Sənəti və ya işi olmayan bir kəs təsadüfən müamilə edib qazanc əldə edərsə (qazanc əldə etdiyi vaxtdan bir il keçdikdən sonra) ilin xərcindən artıq qalan hissənin xümsünü verməlidir.
Qeyd 2: Bə`zi gəlirlərin xümsü barəsində (məsələn, şəhid ailələrinin maaşı, hədiyyə, bank mükafatı və s.) mərce təqlidlər arasında fikir ayrılığı var. Bu barədə hədiyyənin xümsü bölməsində danışıldı.
Qeyd 3:İlin ortasında, qazanc əldə edən kimi onun xümsünü verə bilər. Bir il gözləmək lazım deyil.
Sual 113: İş qazancı olan, lakin indiyədək xüms verməyən şəxs hesab aparıb əmlakının xümsünü vermək istəyir. Bu şəxs necə əməl etməlidir?
Bütün müctəhidlərin rə`yi: Əgər öz gəlirindən aldığı ehtiyacı olmayan şeylərin alış vaxtından bir il keçibsə, onların xümsünü verməlidir. Lakin ev və digər ehtiyac olan şeyləri qazanc ilinin ortasında aldığını bilərsə, bu şeylərin xümsünü vermək lazım deyil. Əgər bu şeyləri qazanc ilinin ortasında, yoxsa qazanc ili tamamlandıqdan sonra aldığını bilməzsə vacib ehtiyata əsasən şər`i hakim və ya onun nümayəndəsi ilə müsalihə (məfhumlar və istilahlar bölməsinə müraciət edin) etməlidir. Bu qayda ilə bütün şübhəli malını hesablayır və şər`i hakim onun xüms borcunun təxmini miqdarını tə`yin edərək onunla müsalihə edir. Tə`yin olunmuş borc ödəndikdən sonra bütün əmlakı pak olur.
Qeyd 1: Ayətullah Safi və ayətullah Nuri şər`i hakimlə müsalihə etməyi müstəhəb ehtiyat hesab edirlər. Ayətullah Xamenei isə şər`i hakimlə müsalihə etməyi vacib sayır.
Qeyd 2: Bə`zi mərcelər hədiyyə, mükafat və sair gəlirlərin iş qazancı hökmündə olduğunu hesab edirlər. (hədiyyə bölməsinə müraciət edin)
Qeyd 3: Xüms ilinin başlanğıcı və hansı tarixdə ilin hesabının aparılması məsələsində mərcelər arasında fikir ayrılığı var. (Xüms ilinin başlanğıcı bölməsinə müraciət edin).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər