İstehza etmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-11-2015, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 370
İstehza etmək
İstehza etmək və ya ələ salmaq başqalarının sözlərini, əməllərini və xüsusiyyətlərini yazılı və ya işarə formasında gülmək məqsədilə başqa bir insana çatdırmaqdır. Məqsəd onlarla düşmənçilik, onlara qarşı təkəbbür və ya onları təhqir etməkdir.
Bəzən isə məqsəd sadəcə insanları güldürmək, vaxt keçirmək və onların çirkin dünyasında daxil olmaqdır.
Şübhəsiz ki, belə əməllər rəzil, avara, sərsəri və nəfsi zəlil olan insanlara məxususdur. Belə insanlarda din, iman və insanlıqdan əsər-əlamət olmaz.
Allah-Təala bəzi hallarda istehzanı cəhalət adlandırmışdır. Belə ki, Allah Qurani-Kərimdə buyurmuşdur:
قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ
"Onlar: "Sən bizi ələ salırsan?”– dedilər. (Musa): "Cahil olmaqdan Allaha sığınıram!”– dedi." ("Bəqərə" surəsi, ayə 67)
Uca Allah həmçinin ayələrində və peyğəmbərlərinə istehza etməyi küfr adlandırmışdır. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurmuşdur:
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ
"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" ("Rum" surəsi, ayə 10)
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
"Həqiqətən, səndən əvvəl ki, peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulan, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım" ("Rəd" surəsi, ayə 32)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər