Haqq-Allahın Haqqı |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 2-02-2015, 17:25 | Şərh sayı: (0) | Baxılıb: 808
Haqq-Allahın Haqqı
Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Bu əzəmətli haqqı ödəmək hər bir müsəlmanın borcudur. Allah-təala bizi analarımızın bətnlərində bir şəkildən başqa şəklə salıb, sonra insan olaraq bu dünyaya gətirib:
«Biz, həqiqətən, insanı tər-təmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur!» («əl-Mu‘minun» surəsi, 12-14).
Allah-təala biz insanlara bol ne‘mətlər verib ki, bəlkə ona şükr edək:
«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsiniz» («ən-Nəhl» surəsi, 78).
Allah-təala bizdən yalnız Onun təkliyinə ibadət etməyi istəyir. O istəyir ki, biz insanlar Onun əmrlərini yerinə yetirək və qadağan etdiyi şeylərdən çəkinək:
«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlar¬dan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» («əz-Zariyat» surəsi, 56-58).
«Ey Adəm övladı! Məgər Mən sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!" – deyə buyurma¬dımmı?! Və: "Mənə ibadət edin, bu doğru yoldur!" – deyə əmr etmədimmi?! Həqiqətən, Şeytan içərinizdən çoxla¬rını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?»
(«Ya Sin» surəsi, 60-62).
Hər bir müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir:
«Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz»
(«əl-Bəqərə» surəsi, 286).
«Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun»
(«ət-Təğabun» surəsi, 16).
«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalı¬dırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu Əkbər" deməklə) tə‘zim və bəlkə də şükr edəsiniz»
(«əl-Bəqərə» surəsi, 185).
Babasil xəstəliyinə tutulmuş İmran bin Hüseyn (r.a) namazını necə qılması haqqında Peyğəmbərdən (s.ə.s) soruşduqda, o belə demişdir: «Ayaq üstə qıl, bacarmır¬sansa, oturan yerdə qıl, onu da bacarmırsansa, uzanan yerdə qıl!» (əl-Buxari, 1117-ci hədis).
Allah-təala Onun haqqını ödəməyənlərin halını vəsf edərək buyurur:
«Biz cinlərdən və insanlardan çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö‘cüzələrini) görməzlər. Onla¬rın qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşit¬məzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!» («əl-Ə‘raf» surəsi, 179).
Allahın dinini yer üzündə bərqərar etmək, Allahın haqqını ödəmək¬dəndir. Allahın göndərdiyi sonuncu səmavi din olan İslamın əsasları üç qismdir:
1) İslam; 2) İman; 3) Ehsan.
İSLAM
İslamın ərkanı beşdir:
1. Şəhadət gətirmək (Allahın tək, Məhəmmədin Onun qulu və elçisi olmasını təsdiq etmək):
«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər» («Ali İmran» surəsi, 18);
«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbər¬lərin sonuncusudur. Allah hər şeyi biləndir» («əl-Əhzab» surəsi, 40).
2. Namaz – gündəlik beş namazı öz vaxtında qılmaq;
3. Zəkat vermək:
«Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur» («əl-Bəyyinə» surəsi, 5).
4. Oruc tutmaq:
«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz» («əl-Bəqərə» surəsi, 183).
5. Həcc:
«Onun yoluna (ərzaq, minik, sağlamlıq və təhlükəsizlik baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi (müqəddəs Kə‘bəni) ziyarət etməsi insanların Allah qarşı¬sında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir» («Ali İmran» surəsi, 97).
İMAN
İmanın ərkanı altıdır
1. Allaha iman;
2. Mələklərə iman;
3. Səmavi kitablara iman;
4. Peyğəmbərlərə iman;
5. Axirət gününə iman:
«Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxan və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır» («əl-Bəqərə» surəsi, 177).
6. Xeyir və şərin qədərinin Allahdan olmasına iman:
«Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq» («əl-Qəmər» surəsi, 49).
İmanın şö‘bələri altmış doqquzdur.
Əbu Hüreyrədən (Allah ondan razı olsun! – r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «İman altmış və bir neçə şö‘bədən ibarətdir, həya da imanın şö‘bəsin¬dəndir» («Səhih əl-Buxari», «İman kitabı», 1/9, səh.67).
Şərh: İmanın şö‘bələri üç əsas qismə bölünür:
I. Qəlbə aid olan əməllər.
İmanın bu qismi iyirmi dörd növdür:
1 - Allaha iman
2 - Mələklərə iman
3 - Allahın nazil etdiyi kitablara iman
4 - Allahın göndərdiyi elçilərə iman
5 - Qiyamət gününə iman
6 - Xeyir və şərin qədərinin Allahdan olmasına iman
7 - Allahı sevmək
8 - Allah xatirinə sevmək və qəzəblənmək
9 - Məhəmməd Peyğəmbəri (s.ə.s) sevmək
10 - İxlas (Allah uğrunda görülən bir işdə riya və nifaqı tərk etmək)
11 - Tövbə etmək
12 - Qorxu (yə‘ni Allahdan qorxmaq)
13 - Həyalı olmaq
14 - Şükr etmək
15 - Səbr etmək
16 - Ümid etmək (Allahın rəhmətinə)
17 - Vəfalı olmaq
18 - Qəza və Qədərə razı olmaq
19 - Rəhmli olmaq
20 - Təvazökar olmaq
21 - Təkəbbürlü olmamaq
22 - Həsəd, paxıllıq etməmək
23 - Kin saxlamamaq
24 - Qəzəblən¬məmək
II. Dilə aid olan əməllər. İmanın bu qismi yeddi
növdür:
1 - Şəhadət gətirmək
2 - Qur‘an oxumaq
3 - Faydalı elm öyrənmək
4 - Faydalı elm öyrətmək
5 - Dua etmək
6 - Zikr etmək
7 - Faydası olmayan sözlər danışmamaq
III. Bədənə aid olan əməllər. İmanın bu qismi otuz
səkkiz növdür:
1 - Zahiri və daxili təmizlik
2 - Övrət yerini örtmək
3 - Namaz qılmaq
4 - Zəkat vermək
5 - Oruc tutmaq
6 - Qul azad etmək
7 - Həcc və Ümrə ziyarəti etmək
8 - Yaxşılıq etmək, qonaqpərvər olmaq
9 - Kə‘bənin ətrafında təvaf etmək
10 - Qədr gecəsini ibadətlə keçirmək
11 - E‘tikaf etmək (Ramazan ayının axırıncı on gününü məsciddə qalmaq)
12 - Hicrət etmək
13 - Nəzir etdikdə onu ödəmək
14 - Allaha itaət edib, Ona asi olmayaraq imanı artırmaq
15 - Hər hansı bir günaha görə müəyyən cəriməni (kəffarəni) ödəmək
16 - Evlənmək və ya ərə getmək
17 - Ailəni dolandırmaq
18 - Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq
19 - Uşaqları tərbiyə etmək
20 - Qohumluq əlaqələrini möhkəmlən¬dirmək
21 - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək
22.- Ədalətlə hökm vermək
23 - Qonşuya yaxşılıq etmək
24 - İxtiyar sahiblərinə itaət etmək
25 - Müsəlman camaatı ilə həmrə‘y olmaq
26 - Borc aldıqda onu qaytarmaq
27 - İnsanlar arasında sülh yaratmaq
28 - Cihad etmək (nəfslə, şeytanla və s.)
29 - Əxlaqlı olmaq, gözəl rəftar etmək
30 - Sədəqə vermək (Allah yolunda maldan xərcləmək)
31 - İsraf etməmək
32 - Salamı almaq
33 - İnsanlara əziyyət verməmək;
34 - Xeyirli işlərdə şərik olmaq
35 - Əmanətə xəyanət etməmək
36 - Boş söhbətlərdən, faydasız işlərdən uzaq olmaq
37 - Asqırıb «əlhəmdu lilləh» deyənə «yarhəmukəllah» demək
38 - Əziyyət verən bir şeyi yoldan kənar etmək
EHSAN
Yə‘ni, Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, bunu bacarmasan, O səni görürmüş kimi Ona ibadət et:
«Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəki¬nənlər və yaxşı işlər görənlərlədir (möhsünlərlədir)» («ən-Nəhl» surəsi, 128).
«O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. Həqiqətən, (hər şeyi) eşidən və bilən Odur» («əş-Şüəra» surəsi, 218-220).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər