Hicab - İslami örpəyin vacibliyi |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 2-09-2015, 01:33 | Şərh sayı: (0) | Baxılıb: 2252
Hicab - İslami örpəyin vacibliyi
Qurani Kərimdə qadınlar üçün hicabın islamı örpəyin vacib olmasına işarə edən ayələrdən biridə budur."Öz özlüyündə görünən (əl və üz) istisna olmaqla zinətlərini,(bədənini, boynunu,boğazını, qollarını, ayaqlarını, və.s naməhrəmə) göstərməsinlər. Boş örtüklərini yaxalarının üstünə çəksinlər ki,sinələri görünməsin.
"Əziz və hörmətli bacım! Sənin qiymətin cənnətdir.Özünü dünyaya, əbədi ləzzət və səadəti, fani şəhvətə və ehtirasa satma! Naməhrəm kişilərin diqqətini özünə cəlb etmə,onların baxışları şöləli oddan ibarətdir, sənin göz yaşlarının onu söndürməyə qüdrəti çatmaz. Nəfsani hisslərini cilovla və iffət libasını unutma! Nə ücün özünü cəhənnəm oduna atırsan? Nə ücün Allahla müharibə edirsən? Yaxşı fikirləş bil ki, bir gün cavanlığın səninlə vidalaşacaq, sayı hesabı bilinməyən qırışlar üzünə çökəcək! Elə isə qısa müddətli cavanlığını puç etmə.Məgər Allahdan qorxmursan? Cəlbedici geyimlərə uyub onunla öyünmə! Sabahı olmayan gecə, qaranlıq dar ev (qəbir) barədə düşün. Bilmirsənmi ki, Rəbbinin fərmanını taptalayırsan? Qəflət yuxusundan oyan, öz əslinə qayıt, örpəyini kamil et! Allahdan qorx təqvalı ol! Allah taala öz kitabında buyurur: "Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha da pis oldu."
"Peyğəmbəri əkrəm (s) buyurmuşdur:"Allah öz bəndələrinin həyalı və örtülü olmasını sevir." Allahdan istəyirik ki, hamımızı doğru yola hidayət etsin və həmişə bu yolda sabit qədəm saxlasın!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər