Fədəyin qəmli tarixçəsi |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 22-09-2015, 00:04 | Şərh sayı: (0) | Baxılıb: 1960
Fədəyin qəmli tarixçəsi
Fədək dastanı, İslam qızı Fatimətuz-Zəhranın (s.ə) həyatında xüsusi, Əhli-beytin (ə) həyatında ümumi və İslam tarixində daha geniş iz buraxmış ən qəmli və qovğalı (mübahisəli) hadisələrdən biridir. Bu hadisə siyasi məqsədlərlə zəngindir və İslamın ilk illərinin bəzi müəmmalarını açmaq üçün mühüm bir istinad nöqtəsidir. Bu mövzunu araşdərmağa başlamazdan əvvəl aşağıdakıları bilmək lazımdır;
Fədək nə idi və harada idi?
Tarixçilərin və lüğət kitablarinin yazdiğina əsasən, Fədək, Hicaz məntəqəsində Xeybər qalasının yanında abad və torpağı məhsuldar, Mədinədən iki və ya üç günlük yol məsafəsində və ya bəzilərinin yazdığı kimi, 140 kilometrlik bir məsafədə yerləşən bir ərazidir. Orada coşan bulaq və xurmalıq sahəsi var idi və Xeybərdən sonra Hicazda yəhudilərin ikinci sığınacaq yeri sayılır.
Bu abad və münbit ərazinin Xatəmul-Ənbiyanin (ə) əlinə necə keçdiyi haqqında ən məhşur fikir belədir; Rəsulallah (s) Xeybər qalasının fəthindən sonra evə dönüş yolunda Allah, yəhudilərdən ibarət olan Fədək əhalisinin qəlbinə qorxu saldı. Onlar bir nəfər Peyğəmbərin (s) hüzuruna göndərib, Fədəyin yarısını o həzrətin (s) bunu qəbul edib, sülh razılaşmasını imzaladı.
Bu yolla Fədək Peyğəmbəri-Əkbəri (s) şəxsi əmlakına çevrildi. Çünki Qurani-məcidin aydın göstərişinə əsasən, "Müsəlmanların əlinə döyüş aparmadan çatan bütün mallar Rəsuli-Əkrəmin (s) haqqıdır və bu mallar müharibə qənimətləri kimi bölüşdürülmüşdür."
Peyğəmbər (s) bu hökmə əsasən, Fədəyi öz ixtiyarına alıb, gəlirini səfər əsnasında imkanları tükənən və bu qəbildən olan insanlar üçün sərf edirdi. Dediklərimizin təsdiqi olaraq aşağıdaki mənbələrə müraciət edə bilirsiniz; "Mucəmul-buldan" Yaqut ibn Abdullah Rumi Həməvi; "Lisanul-ərb" Məhəmməd ibn Mükərrəm Misri Ənsad(İbn Məhzur) "Tarix" Şeyx Hafiz İmaduddin Əbu Cəfər Məhəmməd ibn Əbul-Qasim ibn Cəfəri Təməri ; "Kamil" Əli ibn Əbul-Kərim Məhəmməd Şeybani (İbn Əsir Cəzəri) və s.
Bir çox tarixçilər Peyğəmbərin (s) hələ həyatda ikən Fədək bağını qızı Fatiməyə (s.ə) hədiyyə etdiyini yazmışlar. Bunun ən bariz dəlilərindən biri də, bir çox tədqiqatçıların, o cümlədən məhşur əhli-təsənni təfsir alimi Əllamə Cəlaləddin Siyati "Əd-Durral-mənsur fit-təfsir bil-məsur" kitabında "İsra" surəsinin 16-ci ayəsini təfsir edərkən Əbu Səid Xidridən nəql etdiyihədisdir. Hədisin məzmunu belədir; "İsra" surəsinin "Öz yaxinlarina onlarin haqqini verin!" ayəsi nazil olandan sonra Rəsulullah (s) Fatiməni (s.ə) çağırıb, Fədəyi ona bağışladı.
Bu ayənin təfsirində İbn Abbasdan da eyni məzmunda bir hədis olunub.
Müddəamıza başqa bir canlı şahid Əmirəl-möminin imam Əlinin (ə) "Nəhcul-bəlağə"də Fədək barəsində buyurduğu sözləridir; "Bəli, asiman kölgə saldıqlarının içərisində əlimizdə yalnız Fədək qalmışdı. Lakin bir dəstə insan ona göz dikdilər başqa bir dəstə isə səxavətkarcasına oradan göz yumdular. Allah ən ədalətli hakimdir!"
Yuxarıda nümunə olaraq nəql etdiklərimiz Peyğəmbər (s) zamanında Fədəyin Əmirəl-möminin imam Əlinin (ə) və Fətumətuz-Zəhranin (s.ə) ixtiyarında olduğunu təsdiq edir. Lakin sonradan hakimiyyət başında olan bir sıra şəxslər İmamın da buyurduğu kimi oraya göz dikmiş və nəticədə Əli (ə) və həyat yoldaşı Zəhra (s.ə) məcbur qalaraq ona göz yummuşlar .Heç şübhəsiz ki, bu "gözyumma" rıza ilə olmayıb. Əks təqdirdə, Allahı hökm çıxartmağa səsləməyi və "Ən ədalətli hakim Allahidir!" deməyin bir mənası olmazdı!
Böyük şiə alimlərindən əksəriyyəti böyük bir qrupu bu barədə mövcud olan hədisləri öz əsərlərində yazmışlar. Həmin alimlərdən aşağıdakılarının adını qeyd etmək olar. Usuli-kafi, Siqətul-islam, Əbu Cəfər Məhəmməd inb Yəqub ibn İshaq əl-Kuleyni Razi, "Təfsir" Məhəmməd ind Məsud Səlmi Səmirqəndi (Əyyaşi), "Kəşful-ğummə fi mərifətli əimmə", Şeyx Əbul-Fəth Əli ibn İsa İrbili, Şeyx Səduq və b. digər bir çox alimlər də özlərinin təfsiri, tarix və hədis əsərlərində həmin hədisləri nəql etmişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər