RSS
 

Login:
Şifrə:
» » İmam Mehdinin (ə.f) mövludu

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Mehdinin (ə.f) mövludu

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 4-06-2015, 01:41 | Şərh sayı: (0) | Baxılıb: 566

İmam Mehdinin (ə.f) mövludu


İmam Mehdinin (ə.f) mövludu


Sual: 111. Sünni alimlərindən həzrət Mehdinin (ə) anadan olmasını etiraf edən varmı?
Cavab: Sünni alimlərindən bir qrupu imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının dünyaya gəlişini etiraf etmişlər. Həmin alimlərdən bəzilərinin adını yada salaq: Əllamə Şəmsəddin Qazi ibn Xəlkan Şafei, Əllamə Səlahəddin Xəlil ibn Eybək Səfədi, İbn-Əsr Cəzri, Əllamə Mirxand, Əli ibn Hüseyn Məsudi, Məhəmməd Fərid Vəcdi, Əbül-Fəda İsmail ibn Əli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn Təlhə Şafei, Şəmsəddin Məhəmməd ibn Tulun Hənəfi, Mirzaməhəmməd ibn Rüstəm Bedəxşi Şafei, Əhməd ibn Hucr Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Əbdül Vəhhab Şərani Hənəfi, Mühyiddin Ərəbi, Mömin ibn Həsən Şəbələnci Şafei, Şeyx Süleyman Qunduzi Şafei, Şeyx Məhəmməd ibn Əli Səbban Şafei, Səfiyuddin Əbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, Əbül-Əbbas Əhməd ibn Əli Qələqşəndi Şafei, Əbu-Əbdüllah Yaqut Həməvi, Məhəmməd Əmin Bağdadi (Süyudi), İbn-Xəldun, Əbül-Fəth Məhəmməd ibn Əbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, Nurəddin Əbdül-Rəhman Cami Hənəfi, Molla Əli Qari Hənəfi Məkki, Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, Əhməd Əmin Misri, Sədrəddin Həməvini, Əttar Nişapuri, Cəlaləddin Bəlxi Rumi, Sədrəddin Qəvnəvi, Hüseyn ibn Məhəmməd Diyarbəkri Maliki, Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi, Şəmsəddin Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Əbdüllah ibn Məhəmməd Şəbravi Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Əbdür-Rəsul Bərzənci Şafei, Əbül-Bərəkat Neman ibn Məhmud Alusi Hənəfi və başqaları.
Sual: 112. Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi?
Cavab: Bəzi sünni alimləri imam Həsənin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərini yada salaq:
1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: "İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş imamdır.”("Kifayətul-Talib”, s. 312.)
2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: "Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, imam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.”("Əl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127.)
3. Nurəddin Əbdür Rəhman Came Hənəfi deyir: "O yer üzündə ədaləti bərpa edər.”("Şəvahidun-Nübuvvə”,s. 104.)
4. Qazi Bəhlul Behcət Әfəndi deyir: "On ikinci imam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”.("Əl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246.)
5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: "Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.”("Fəraidus-sitmin”, c. 2, s. 132.)
6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:
Minlərlə övliya əl açıb göyə
Mehdini istərlər "ya Allah” deyə.
Ya Rəbb, göndər gəlsin böyük xilaskar,
Ədalət dünyada görünsün aşkar.
7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:
Kişilər sərvəri Əliyə salam,
Ərənlər hünəri Əliyə salam...
Haqqı yer üzündə bərpa edəsi
Mehdi adlı diri vəliyə salam.
8. Sədrəddin Qəvnəvi şagirdlərinə belə vəsiyyət etmişdir: "Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə "la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.
9. Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi deyir: "Höccət Məhəmmədin, Saleh Xələfin atasını dünyadan köçəndə 5 yaşı vardı. Allah-tәala Yəhyaya uşaq yaşında hikmət öyrətdiyi kimi, ona da az yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi (ə) dünyanın sonunda zühur edəcək qaimdir...”
Sual:113. Məhdəviyyət hədislərini nəql edən müəlliflər hansı mənbələrə istinad edib?
Cavab: Bəziləri deyirlər ki, qədim müəlliflər tarixi məsələlər, eləcə də, Məhdəviyyət mövzusu ilə bağlı hədisləri mənbəni araşdırmadan nəql etmişlər. Sonra yeni bir yanaşma nəzərə çarpır. Sonradan rəvayətlər araşdırılmış, "səhih”, "həsən”, "qəvi”, "zəif” qruplarına ayrılmışdır. Amma belə bir yanaşma tarixi rəvayətlərə, o cümlədən, Məhdəviyyət rəvayətlərinə aid deyil...
Uyğun iradları cavablandıraq:
1. Qədim imamiyyə hədisçiləri son həddə səy göstərərək bu məsələyə ehtiyatla yanaşmış və hədislər toplamışlar. Bu alimlərdən biri də Kuleynidir. Kuleyni hədisçilər arasında öz diqqət və ehtiyatı ilə seçilir. Şeyx Tusinin də uyğun istiqamətdə ciddi səyləri olmuşdur. O istinad etdiyi şəxslərə çox diqqətlə yanaşmışdır. Şeyx Səduq istinad etdiyi şeyxləri yaxşı tanımış, onların iman və ədaləti haqqında məlumat toplamışdır. Bu alim tanımadığı kəsdən rəvayət nəql etməmişdir.
2. Biz əminik ki, Məhdəviyyət hədislərini nəql edən bu böyük alimlər nəql etdikləri hədislərin düzlüyünə inanmışlar. Onlar zəif cəhətləri aradan qaldıra bilən mötəbər dəlillərə əsaslanaraq uyğun hədisləri əminliklə nəql etmişlər. Şeyx Səduq və Tusi kimi alimlərin həqiqəti sübuta yetirməkdən başqa məqsədi olmamışdır. Uyğun mövzunu araşdırmaqda Şeyx Səduqun yeganə məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaq olmuşdur.
3. İlk üç əsrdə yazılmış və Məhdəviyyət mövzusunu açıqlayan mənbələr şeyx Səduq, Tusi və Nemaninin istinadgahı olmuşdur.
4. Rəvayətlərin dörd yerə bölünməsi son dövrə aid olsa da, Şeyx Tusi öz dövründə hədislərə xüsusi üslubda yanaşmışdır.
Şeyx Bəhayi hədisləri dörd qismə böldükdən sonra deyir: "Qədim alimlər belə bir bölgü aparmamışdır. Onlar əminlik yaradan dəlillərə malik hədisləri səhih (düzgün) saymışlar. Bu dəlillərə nəzər salaq:
a) Hədisin rəvayətçilər arasında məşhur400 qaynaqdan nəqli.
b) Hədisin iki və ya daha artıq mötəbər qaynaqda təkrarı.
v) Hədisin imam səhabələri və səhabələr icması tərəfindən təsdiqlənən qaynaqda mövcudluğu.
q) Hədisin imamlara təqdim olunmuş və imamlar tərəfindən təsdiqlənmiş kitabda mövcudluğu. Übeydullah ibn Əli Hələbinin imam Sadiqə (ə) təqdim etdiyi kitabı misal göstərmək olar.(Ricale-Nəccaşi”, s. 230.)
d) Hədisin qədim alimlər tərəfindən etibarlı sayılan kitabda nəqli.("Vəsailuş-şiə”, c. 30, 197, 198.)
5. Rical (hədis) alimləri məchul hədisləri iki qismə ayırırlar:
a) İstilahi məchul: Bu qrupa rical alimləri tərəfindən cəhalati qeyd olunanlar daxildir.
b) Lüğəvi məchul: Bu qrupa vəziyyəti məlum olmayan, rical kitablarında adı çəkilməyənlər daxildir. Birinci qrupdan olan hədislər zəif sayılır və onları araşdırmağa ehtiyac yoxdur. İkinci qrupdan olan hədislərin araşdırılmasına ehtiyac var. Müəyyənləşdirilməlidir ki, həmin rəvayətçinin adı nə üçün kitablarda qeyd olunmamışdır? Bunun səbəbi həmin şəxsin həm məşhurluğu, həm də cəhaləti ola bilər.(Mirdamad”, "Ər-rəvaşeh”, s. 60, 61.)
6. Olsun ki qədim alimlər rəvayətçinin sədaqət və ədalətini əsas götürmüşlər. Yəni öncə rəvayətçinin ədalətli olması yox, ədalətsiz olması sübut olunmalıdır. Bu səbəbdən də ədalətin sübutuna ehtiyac duyulmur. Az adamların ədalətini sübuta yetirmək olar. Mütəfəkkirlər bu üsulu qəbul edir.
7. Rəvayətin etibarlı olmasının müəyyənləşdirilməsi üçün yalnız qaynağı araşdırmaq bəs etmir. Əminlik müxtəlif yollarla yarana bilər. Nəzərdə saxlamalıyıq ki, əksər şiə alimlərinin mənbələrində rəvayətin düzlüyü müxtəlif baxışlardan öyrənilmişdir.
Sual: 114. Həzrət Mehdinin (ə) mövludunu xəbər verən rəvayətlər zəifdirmi?
Cavab: Bəziləri deyirlər ki, müəlliflər Mehdinin (ə) mövludundan danışan rəvayətlərin zəif olduğunu bildikləri halda, onları nəql etmişlər.
Uyğun iradlara cavab verək:
1. Bu mövlud haqqında yetərincə etibarlı sənədlər olduğundan zəif rəvayətləri araşdırmağa ehtiyac yoxdur. Bu əqidə şiə və sünni hədisçiləri tərəfindən qəbul olunmuşdur.(Nasirəddin Əlbani, "Silsilətul-əhadisul-səhihə”, c. 4, s. 358.)
2. Aşkar etiqadi və kəlami məsələlərlə bağlı hədislər şiələr tərəfindən etibarlı sayılır. Bu məsələləri ağıl da təsdiqləyir. Aşkar etiqadi məsələlərin hədislərin araşdırılması yolu ilə təsdiqi zəruri deyil. Məhdəviyyət də bu qəbil məsələlərdəndir.
3. Həzrət Mehdinin (ə) mövludundan xəbər verən hədislər təvatir (yetərlilik) həddindən çoxdur. Bu baxımdan da onların araşdırılmasına ehtiyac yoxdur. Mütəvatirlik əksəriyyət tərəfindən meyar qəbul olunmuşdur. Mütəvatir xəbəri nəql edən rəvayətçilərinin hər birinin ədalətli olması şərt deyil.
4. İmam Əsgərinin (ə) yaşadığı dövrdəki siyasi vəziyyəti araşdıran şəxs anlayır ki, məhz həmin dövrün siyasi sıxıntıları səbəbindən bir çox rəvayətçilər həzrət Mehdinin (ə) mövludundan xəbərsiz qalmışdır. Bir çox hədisçilər rəvayəti nəql edərkən adlarını gizlətmiş, mövcud rejimin təzyiqlərindən çəkinmişlər.
Sual: 115. Həzrət Mehdinin (ə) mövluduna əminlik yaradan hansı amillər var?
Cavab: Bir xəbərin mütəvatir olması yəqinlik yaradır. Həzrət Mehdinin (ə) mövluduna yəqinlik yaradan bəzi mövzuları nəzərdən keçirək:
1. 214 hədis həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir.("Kəmalud-Din”, s. 407.)
2. Həzrət Mehdinin (ə) doğum ilini göstərən rəvayətlər.("Bihar”,c. 51.)
3. Həzrət Mehdinin (ə) fərdi xüsusiyyətlərindən danışan rəvayətlər.(Kəmalud-din”, s. 475.)
4. Həzrət Mehdinin (ə) imamlığını təsdiqləyən rəvayətlər.(Kəmalud-Din”, s. 435
5. Müqəddəs nahiyə (imamın nümayəndəliyi) tərəfindən çıxarılan fərmanlar.(Bu barədə әtraflı danışılacaq.)
6. Bəni-Abbas hökuməti tərəfindən imam Mehdinin (ə) qətli üçün görülən tədbirlər.
7. Kiçik qeyb dövründə həzrət Mehdi (ə) tərəfindən dörd səfirin təyin olunması.
8. Müxtəlif ölkə və şəhərlərdə müqəddəs nahiyənin (imamın nümayəndələrinin) vəkilləri.
9. Həzrət Mehdi (ə) ilə baş tutmuş görüşlər.
10. Həzrət Mehdinin (ə) kitablarda qeyd olunmuş möcüzələri.
11. Tarixçi alimlərin imam Əsgərinin (ə) övladı olmasını etiraf etmələri.
12. İmam Mehdinin (ə) mövludunun şiə icması tərəfindən qəbulu.
13. Genetika mütəxəssislərinin imam Əsgərinin (ə) övladı olmasını təsdiqləməsi.
14. Yalançı səfirlərin mövcudluğu.
15. Hər bir məsum imamın həzrət Mehdinin (ə) mövludunu təsdiqləməsi.
Sual: 116. Həzrətin mövludunu bildirən hədislər arasında səhih (düzgün) qaynağı olan hədis varmı?
Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişini bildirən hədislər arasında etibarlı qaynağı olan hədislərdən bəzilərini nəzərdən keçirək:
1. Kuleyni "səhih sənəd” sayılan Məhəmməd ibn Əbdüllah və Məhəmməd ibn Yəhyadan, onlar da öz növbəsində Əbdüllah ibn Cəfər Həmiridən nəql edir: "Mən Şeyx Əbu Əmr – Osman ibn Səid Əmri ilə birlikdə Əhməd ibn İshaqın hüzurunda idik. Əhməd ibn İshaq mənə işarə etdi ki, Əbu-Əmrdən imam Əsgərinin (ə) canişini haqqında soruşum. Əbu-Əmrə dedim: "Səndən heç bir şəkkim olmayan bir məsələ haqqında soruşmaq istəyirəm. İnanıram ki, yer üzü heç vaxt höccətsiz (ilahi rəhbərsiz) qalmır. Yalnız qiyamətdən öncə 40 gün belə ola bilər. Həmin gün çatdıqda höccət götürülər və tövbə qapısı bağlanar. Amma əminliyimi artırmaq istəyirəm. İmam Əsgərinin canişinini görmüsənmi?” Əbu-Əmr buyurdu: "Bəli, and olsun Allaha, boyu belə idi.” Sonra gördüyü canişinin boyunu əli ilə göstərdi...”("Kafi”, c. 1, s. 329-330)Hazırkı hədisi səhih sənədlə Şeyx Səduq da nəql etmişdir.("Kəmalud-din”, s. 441.)
2. Kuleyni səhih bir sənədlə Hüseyn ibn Əladan belə nəql edir: "İmam Sadiqə (ə) ərz etdim: "Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: "Heç vaxt.”("Kafi”, c. 1, s. 178.)
3. Müəllif digər bir sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: "Həqiqətən, yer üzü heç vaxt imamsız qalmaz.”(Həmin mənbə.)
4. Digər bir sənədə əsasən, Həsən ibn Əli Vəşaya istinadən nəql edir ki, imam Sadiqdən (ə) soruşdum: "Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: "Heç vaxt.” Ərz etdim ki, biz nəql etdik ki, yer üzü yalnız Allah öz bəndələrinə qəzəbləndikdə höccətsiz qala bilər.” Həzrət buyurdu: "Yer heç vaxt höccətsiz olmur.”(Həmin mənbə.)
5. Başqa bir səhih sənədlə Əbu-Haşim Cəfəridən belə nəql olunur: "İmam Əskəriyə (ə) ərz etdim ki: "Ey mənim ağam! Sizin övladınız varmı?” Həzrət buyurdu: "Bəli.” Ərz etdim: "Əgər sizə bir hadisə üz versə, harada ona müraciət edim?” Buyurdu: "Mədinədə.”
6. Başqa bir səhih sənədə əsasən Məhmməd ibn Əli ibn Bilaldan belə nəql olunur: "İmam Əsgərinin (ə) şəhadətindən iki il öncə ondan bir məktub aldım. Məktubda həzrət öz canişini haqqında məlumat verirdi. Şəhadətindən üç gün öncə başqa bir məktub gəldi. Yenə həzrət canişini haqqında yazırdı.”(Həmin mənbə.)
7. Kuleyni səhih sənədə əsasən Zürarənin imam Sadiqdən (ə) eşitdiklərini nəql edir: "Həqiqətən, o uşaq üçün qiyamdan öncə qeyb dövrü var... Ey Zürarə! Bu həmin Müntəzirdir ki, dünyaya gəlişinə şübhə olunar....”(Həmin mənbə.)
8. Şeyx Səduq mötəbər sənədə əsasən Davud ibn Qasim Cəfəridən imam Hadinin (ə) belə bir buyuruğunu nəql edir: "Məndən sonra canişinim övladım Həsəndir. Ondan sonrakı canişini görməzsiniz. Onun adını çəkmək sizə halal deyil.” Onu necə çağırmaq haqqında soruşdum. Buyurdu: "Ali-Məhəmməd höccəti”;("Kəmalud-din”, s. 381.)
Sual: 117. İmam Mehdinin (ə) dünyaya gəlişi haqqında daha hansı yollarla məlumat verilir?
Cavab: İmam Əsgərinin (ə) səhabələrindən bir çoxu və başqaları imam Mehdinin (ə) dünyaya gəlişi haqqında xəbər vermişlər. Onun kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin adını çəkək:
1. Əbul-Fəzl Hüseyn ibn Həsən Ələvi deyir: "Samirada imam Mehdinin (ə) mövludunu təbrik etmək üçün imam Əsgərinin (ə) yanına getdim.”(Bihar”, c. 51, s. 17.)
2. Əhməd ibn Məhəmməd deyir: "Zübeyri öldürdükdən sonra imam Əskəridən (ə) məktub aldım. O yazırdı: "Bu, Allah və Onun övliyasına iftira yaxanın, canişinim olmamış məni öldürə biləcəyini düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə həzrətin oğlu oldu və ona Məhəmməd (ə) adı verildi.”(Həmin mənbə.)
3. Əbu-Haşim Cəfəri deyir: "İmam Əskəriyə (ə) ərz etdim: "Sizin övladınız varmı?” Həzrət buyurdu: "Bəli...”("Kafi”, c. 1, s. 328.)
4. Şeyx Sadiq imam Əsgərinin (ə) xidmətçisi Nəsiminin dilindən belə nəql edir: "Həzrət Mehdi (ə) anadan olandan bir gün sonra onun yanına getdim. Yanında olduğum vaxt səbir vurdum. Həzrət (ə) buyurdu: "Yərhəməkəllahu” ("Allah sənə rəhm etsin”) Bu söz məni sevindirdi. Sonra həzrət buyurdu: "Sənə səbir vurmaq haqqında müjdə verimmi? Bil ki, səbir vurmaq insanı üç gün ölümdən amanda saxlayar.”(Kəmaluddin-din”, c. 430)
5. Şeyx Tusi Nəsim və Mariyəyə istinadən belə nəql edir: "Həzrət Mehdi (ə) anasının bətnindən çıxdıqdan sonra iki dizi üstə oturdu, şəhadət barmağı ilə səmaya işarə etdi, sonra səbir vurdu və buyurdu: "Əlhəmdulillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra həzrət (ə) sözünə belə davam etdi: "Zalımlar güman etdilər ki, Allahın höccəti gəlməyəcək. Əgər bizə danışmaq izni verilsəydi, bütün şəkk-şübhələr aradan qalxardı.("Əl-ğeybət”, Tusi, s. 245.)
6. Şeyx Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. Kamil imam Əskəri (ə) ilә görüşündən danışır: "Külək əsdi, pərdə kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: "Ey Kamil ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb, "eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: "Sən Allahın vəlisi, höccəti, qapısının yanına gəlmisən.”(Həmin mənbə, s. 247.)
7. Əmr Əhvazi deyir: "İmam Əskəri (ə) öz övladını mənə göstərdi və buyurdu: "O, məndən sonra sizin sahibinizdir.”
Şeyx Hürr Amili deyir: "Kuleyni və başqa müəlliflər mötəbər sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra həzrət Mehdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Həkimə binti Məhəmməd, Əbu-Əli ibn Mutəhhər, Xadim İbrahim ibn Əbdə, Əbu-Əbdüllah ibn Saleh, İbrahim ibn İdris, əmisi Cəfər ibn Əli, Əmr Əhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət Mehdini (ə) görən şəxslərdəndir.”("İsbatul-Hudat”, c. 3, s. 442.)
8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh və Məhəmməd ibn Osman Əmri deyir: "İmam Əsgəri öz mənzilində övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: "Bu məndən sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən sonra parçalanmayın...(Kəmalud-din”, s. 435.)
Sual: 118. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) mövludundan xəbər vermişdirmi?
Cavab: Bəli, bu barədə 107 hədisdə məlumat verilir. İbn Abbas həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Allah-tәala yer üzünə nəzər saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı. Əlini seçdi və onu imam qərar verdi. Mənə əmr etdi ki, onu özümə qardaş, canişin, xəlifə və vəzir seçim. Əli məndəndir, mən də Əlidən. O qızımın əri, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun! Allah-tәala məni və onları öz bəndələri üçün höccət qərar vermişdir. Eləcə də, Hüseyndən olan imamlar müəyyənləşdirilmişdir və onlar qiyam edib mənim vəsiyyətimi qoruyacaq. Onlardan dоqquzuncusu mənim əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq və hərəkət baxımından mənə ən çox oxşayan da odur.
Uzun qeybətdən və azdırıcı heyrətdən sonra zühur edər...”("Kəmalud-din”, s. 257.)
Sual: 119. Həzrət Əli (ə) imam Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
Cavab: Əsbəğ ibn Nəbatə deyir: "Həzrət Əmirəl-mömininin (ə) yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Ərz etdim: "Ya Əmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa yerə rəğbətiniz artıb?” Həzrət buyurdu: "Yox, and olsun Allaha mən bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin vaxt kimi yolunu azar, kimi haqqı tapar...”("Kafi”, c. 1, s. 338; "Kəmalud-din”, s. 289.)
Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
Cavab: Bəli, hədislərdən birində imam Həsən (ə) Müctəba belə buyurur: "Həzrət Peyğəmbərdən (s) sonra imamlar 12 nəfərdir. Qardaşım Hüseyndən (ə) doqquz imam qərar verilər və ümmətin Mehdisi (ə) onlardan olar.”("Bihar”, c. 36, s. 383)
Sual: 121. İmam Hüseyn (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
Cavab: Şeyx Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: "Övladlarımın doqquzuncusunda Yusifin, Musa ibn İmranın sünnəsi var. O biz əhli-beytin qaimidir. Allah-tәala onun işini bir gecədə gerçəkləşdirər.” ("Kəmalud-din”, s. 317; "Bihar”, c. 51, s. 132,133)
Başqa bir rəvayətdə belə nəql olunur: "..Bu ümmətin qaimi mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında mirası bölünən kəs.” (Həmin mənbə)
Əbdürrəhman ibn Suləyt imam Hüseynin (ə) dilindən belə nəql edir: "On iki Mehdi bizdəndir. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim imam. Allah-tәala yer üzü məhv olduqdan
sonra onu Mehdi (ə) vasitəsi ilə dirildəcək...”(Həmin mənbə.)
Sual: 122. İmam Səccad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: "Ey ata! Nə üçün qardaşımı "Baqir” adlandırdın? Həzrət bu vaxta qədər görmədiyim şəkildə gülümsündü və buyurdu: "Ey övladım! Həqiqətən, imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer üzünü zülm-sitəm bürüdükdən sonra ədaləti bərpa edər. Odur imam, odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran. And olsun Allaha! Allahın rəsuluna ən çox oxşayan da odur.” Ərz etdim: "Ondan sonra yeddi imam var? Həzrət buyurdu: "Ondan sonra yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların arasındadır.”("Bihar”, c. 36, s. 388.)
Sual: 123. İmam Baqir (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Bəli, Şeyx Səduq imam Sadiqdən (ə) nəql olunmuş müfəssəl bir hədisdə onun dilindən belə nəql edir: "Həqiqətən, tezliklə mənim altıncı övladım qeybə çəkilər. O, həzrət Peyğəmbərdən (s) sonra on ikinci imamdır. Onların birincisi Əmirəl-möminin, sonuncusu Qaim, yer üzündə Bəqiyyətullah və Sahibəz-zamandır...”("Kəmalud-din”, s. 33; "Bihar”, c. 42, s. 79.)
Başqa bir hədisdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir: "Hər kəs bütün imamları qəbul edib Mehdini (ə) inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən kəs kimidir.” Ondan soruşuldu: "Ey peyğəmbər övladı, övladlarından hansı Mehdidir?”
Həzrət buyurdu: "Yeddinci övladdan sonra beşincisi. O sizdən qeybə çəkilər və onun adını çəkmək halal deyil.”(Kəmalud-din”, s. 333)Əbu Bəsirdən nəql olunmuş hədisdə belə nəql olunur: İmam Sadiqə (ə) ərz etdim: "Ey peyğəmbər övladı! Siz əhli-beytin (ə) qaimi kimdir?” Həzrət buyurdu: "Ey Əbu-Bəsir! O, övladım Musanın beşinci övladıdır. O çox üstün qadının övladıdır. Qeybə çəkilər və batil əhli ona şəkk edər. Allah-tәala onun zühurunu qərar verib, onun əli ilə yer üzünü şərqdən qərbə fəth edər...”(Kəmalud-din”, s. 345; "Bihar”, c. 51, s. 146)
Sual: 125. İmam Kazim (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Yunis ibn Əbdür-Rəhman deyir: "Musa ibn Cəfərin yanına gedib ərz etdim: "Ey peyğəmbər övladı! Qaim sizsinizmi?” Həzrət buyurdu: "Mən qaiməm, amma yer üzünü Allahın düşmənlərindən təmizləyəcək qaim mənim övladlarımdan beşincisidir. Onun uzun müddətli qeyb dövrü olacaq...”("Elamul-vəri”, s. 433.)
Şeyx Səduq həzrət Musa ibn Cəfərin (ə) dilindən belə nəql edir: "Bir vaxt yeddinci övladımın beşinci övladı qeybə çəkilər...”("Kəmalud-din”, s. 359.)
Sual: 126. İmam Riza (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Hüseyn ibn Xalid bir hədisdə deyir: "İmam Rizaya (ə) ərz olundu: "Siz əhli-beytdən olan qaim kimdir?” Övladımın dördüncü övladı, çox üstün qadının övladı! Allah onun vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Anadan olmasına şəkk edilən kəs odur. Odur zühurundan öncə qeybə çəkilən...”("Bihar”, c. 52, s. 321.)
Dəbəl Xəzai deyir: "Mövlam imam Əli ibn Musa Riza (ə) üçün bir qəsidə oxudum:
Şübhə yox ki, zühur edəcək imam,
Allahın adıyla qopacaq qiyam.
Haqqı ayıracaq batildən hökmən,
Ləyaqətin qədər alasısan sən.
İmam Riza (ə) şeri dinləyib ağladı. Sonra başını qaldırıb buyurdu: "Ey Xəzai! Ruhul-Qüds sənin dilinlə danışdı. Bilirsənmi, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Ərz etdim: "Xeyr, ey mənim mövlam. Yalnız bunu bilirəm ki, sizlərdən bir imam qiyam qaldırar, yer üzündə zülmün kökünü kəsib ədaləti bərpa edər.” Həzrət buyurdu: "Həqiqətən, məndən sonra övladım Məhəmməd imamdır. Məhəmməddən sonra Həsən, Həsəndən sonra onun övladı qaim imamdır. O, qeybə çəkiləndə intizar, zühur edəndə firavanlıq olar...”("Yәnabiul-Mәvəddət”, c. 3, s. 309; ("Bihar”, c. 49, s. 237.)
Sual: 127. İmam Cəvad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında xəbər vermişdirmi?
Cavab: Bəli, 90 hədisdə imam Cəvad (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişinə işarə etmişdir. Şeyx Səduq Əbdül-Əzim Həsənidən belə nəql edir: "Mən Məhəmməd ibn Əlinin yanına getdim. Soruşmaq istəyirdim ki, Mehdi odur, yoxsa başqası? Həzrət öncə belə buyurdu: "Ey Әbül-Qasim! Həqiqətən, bizim qaim Mehdidir. Onun qeybi dövründə intizar çəkmək, zühuru vaxtı itaət etmək vacibdir. O mənim üçüncü övladımdır.”(Kəmalud-din”, s. 377; "Bihar”, c. 51, s. 156.)
Səduq Səqər ibn Əbu-Delfdən imam Cavadın (ə) belə bir buyurduğunu nəql edir: "Məndən sonra imam övladım Əlidir. Onun əmri mənim əmrim, onun sözü mənim sözümdür. Ona itaət mənə itaətdir. Ondan sonra övladı Həsən imamdır. Onun əmri atasının əmri, sözü atasının sözü. Ona itaət atasına itaətdir.” Sonra imam susdu. Mən Həsəndən (ə) sonra kimin imam olacağı barədə soruşdum. İmam ağladı və buyurdu: "Həqiqətən, Həsəndən sonra onun övladı, zühuru gözlənilən qaimdir...”(Elamul-Vəri”, s. 436; "Bihar”, c. 50, s. 239.)
Sual: 128. İmam Hadi (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Səqər ibn Əbu Delf deyir: "İmam Hadi (ə) buyurdu: "İmam məndən sonra Həsən, Həsəndən sonra övladı qaimdir. О,
yer üzünü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək.”("Bihar”, c. 50, s. 239.)
Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadi (ə) buyurdu: "Məndən sonra canişini görməzsiniz və onun adını çəkmək halal deyil...”(Kəşful-Ğəmmə”, c. 2, s. 406»)
Sual: 129. İmam Hәsәn Əsgəri (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Bəli, çoxsaylı rəvayətlərdə bu məsələ öz əksini tapmışdır:
Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir: "İmam Əsgəri (ə) buyurdu: "Sanki sizin məndən sonra canişinimlə bağlı ixtilaf salacağınızı görürəm. Agah olun! Həqiqətən, hər kəs peyğəmbərdən sonra imamları təsdiqləyib onların övladını inkar etsə, bütün peyğəmbərləri qəbul edib İslam peyğəmbərini inkar etmiş kimidir...”(Bihar”, c. 51, s. 160.)
Osman ibn Səid Əmri deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt ondan qiyamət gününədək yer üzünün höccətsiz qalmayacağı barədə atalarından nəql olunmuş rəvayət haqqında soruşdular. Rəvayətdə deyilirdi ki, hər kəs öz zamanının imamını tanımamış dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimi sayılar. Həzrət buyurdu: "Bu, gün kimi həqiqətdir.” Həzrətə ərz etdilər: "Ey peyğəmbər övladı! Sizdən sonra höccət və imam kimdir?” Həzrət buyurdu: "Övladım Məhəmməd məndən sonra imam və höccətdir. Onu tanımamış dünyadan köçən cahiliyyət dövründə ölmüş kimidir...”(Bihar”, c. 51, s. 160.)
Əhməd ibn İshaq deyir: "İmam Həsən Əsgəridən (ə) belə eşitdim: "Həmd olsun canişinimizi tanıtdırmamış bizi dünyadan aparmayan Allaha! O (canişinimiz), xilqət və əxlaq baxımından peyğəmbərə ən çox oxşayan şəxsdir...”("Kəmalud-din”, s. 408; "Bihar”, c. 51, s. 161.)
Sual: 130. Nə üçün imamlardan heç biri həzrət Mehdinin (ə) şəxsiyyətini açıqlamamışlar?
Cavab: Əvvəla, həzrət Peyğəmbərdən (s) başlamış imam Əsgəriyədək (ə) bütün məsumlar imkan həddində həzrət Mehdinin (ə) şəxsiyyətini tanıtdırmışlar.
İkincisi, bir çox rəvayətlərdən məlum olur ki, həzrət Mehdi (ə) siyasi baxımdan çox təhlükəli vəziyyətdə idi. Zalım hakimlər onun yer üzündə zülmə son qoyacağını bildiklərindən onu aradan götürməyə çalışırdılar.
Bu səbəbdən də məsum Əhli-beyt (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişi məsələsinə çox ehtiyatla yanaşırdılar. Onlar həm həzrət Mehdini (ə) xalqa tanıtdırmalı, həm də onun üçün təhlükə yaratmamalı idilər.
Sual: 131. İmam Əsgərinin (ə) dövründə və həzrət Mehdi (ə) dünyaya gələn vaxt siyasi durum necə idi?
Cavab: İmam Əsgəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur: Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi bir düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, imam Əsgərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplanılsın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.
Davud ibn Əsvəd deyir: İmam Əsgəri (ə) mənə bir əsa verib buyurdu: "Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: "Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”("Bihar”, c. 50, s. 283.)
Tarixi mənbələrdən məlum olur ki, imam öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.(Həmin mənbə, s. 304.
Həzrət öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurdu: "Filan yerdə, filan evdə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”(Həmin mənbə.)
Məhəmməd ibn Əbdül-Əziz Bəlxi deyir: "Sübh vaxtı qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Əsgərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə həzrətlə görüşdüm. O buyurdu: "Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx.”("Bihar”, c. 50, s. 289.)
Mərhum Müqəddəs Ərdəbili buyurur: "Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Əsgəri (ə) tutulmuşdur.”(Cameul-Ruvat”, c. 2, s. 462.)
Bütün bu məlumatlar imam Əsgərinin dövründə və həzrət Mehdi (ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də həzrət Mehdinin (ə) mövludu gizlədilmişdir.
Bu arada imam Əsgərinin (ə) iki vəzifəsi vardı: Həzrət həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.
Sual: 132. Abbasi dövləti zəif olduğu halda həzrət Mehdi (ə) üçün hansı təhlükə yarada bilərdi?
Cavab: Bəziləri deyirlər ki, Abbasilər dövlətində işləri türklər əlinə aldığından xəlifələr çox zəif mövqeyə malik idi. Guya həmin dövrün siyasi vəziyyəti həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfi saxlanılması üçün əsas ola bilməz.
Uyğun iradı cavablandıraq:
1. Əgər Abbasi dövləti həmin dövrdə zəifləmişdirsə də, prinsipcə güclü dövlət sayılırdı.
2. Abbasilər türklərin hakimiyyətə nüfuzunun qarşısını ala bilməsə də, Əhli-beytə (ə) qarşı yekdil rəydə idilər.
3. Abbasilər daxili müxaliflərlə mübarizəyə məşğul olsalar da, heç vaxt əhli-beytlə mübarizəni yaddan çıxarmamışlar.
Sual: 133. İmam Əsgərinin (ə) şəhadətindən sonra siyasi vəziyyət necə idi?
Cavab: Zalım hakimlər imam Əsgəri (ə) övladı Mehdinin (ə) zülmlə aparacağı mübarizədən xəbərdar olduqları üçün hər yolla onu qətlə yetirməyə çalışırdılar. Həzrət Mehdiyə (ə) qarşı üç dəfə terror planı cızıldı. Amma düşmən bu planları həyata keçirə bilmədi. İmam Əsgərinin (ə) şəhadətindən bir neçə gün sonra Abbasi Mötəməd belə bir cəhd etdi. Mötəməddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə imam Mehdini (ə) aradan götürməyə cəhd göstərdi. Ondan sonrakı xəlifələr isə uyğun cəhdlərin nəticə vermədiyini görüb bu işdən ümidlərini üzdülər.
Şeyx Tusi bu iki cəhddən birini "Əl-ğeybət” kitabında Rəşiqin dilindən nəql etmişdir: "Mötəzid Abbasi məni başqa iki nəfərlə imam Əsgərinin (ə) evinə göndərdi ki, həzrət Mehdini (ə) həbs edək. Biz imamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”("Əl-ğeybət”, s. 248.)
Sual: 134. Nərcis Xatunun ilk maliki kim olub?
Cavab: Bu məsələyə münasibətdə üç baxış mövcuddur:
1. Nərcis Xatun imam Hadinin (ə) mülkünə daxil oldu, sonra imam oğlu Əsgərini (ə) onunla evləndirdi. Rəvayətlərdə bu məsələyə işarə olunmuşdur.("Bihar”, c. 51.)
2. Nərcis Xatunun maliki imam Hadinin (ə) qızı Həkimə olmuşdur. İmam Hadi (ə) bacısına demişdir: "Nərcisi oğluma ver...”("Kəmalud-din”, s. 426»)
3. İmam Hadi (ə) Nərcis Xatunu bir başqasından almış və bacısına bağışlamışdır. Bu ehtimal daha güclüdür.
Sual: 135. İmam Mehdinin (ə) varlığına və dünyaya gəlişinə iman fəlsəfi fərziyyədirmi?
Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı əqli və fəlsəfi dəlillərə malik olsa da, bu sahədə Quran və hədislərdə yetərincə dəlillər var.
Həzrət Mehdinin (ə) mövludunu təsdiqləyən mütəvatir hədislərdən əlavə, səhih sənədli rəvayətlər də var. Bir çox mütəvatir məlumatlarda həzrətin varlığı sübuta yetirilir. Bu barədə danışacağıq.
Sual: 136. İmam Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu?
Cavab: Əhməd Katib deyir: "Bəzi tarixçilər nəql edirlər ki, şiələr arasında imamətin dayandığını düşünənlər vardı. Bəzi
rəvayətlərdən də belə görünür ki, xalq Allahın qəzəbinə gəldikdə imamət cərəyanı dayana bilər...”
Deyilənlərə belə cavab vermək olar:
1. Tarixi mənbələrə müraciət etdikdə aydın olur ki, şiə cəmiyyəti bir əksəriyyət olaraq imam Mehdinin (ə) mövluduna inanırdı.
2. Şeyx Müfid və başqalarının bildirdiyi kimi, imam Əsgərinin (ə) vəfatından sonra şiələr 14 firqəyə bölündü. Amma qısa bir müddətdən sonra alimlər və səhabələrin çağırışları sayəsində hamı imam Mehdinin (ə) varlığı ilə bağlı yekdil rəyə gəldi.("Əl-füsulul-muxtarə”, s. 325.)
3. İmamətin kəsilməsindən danışan rəvayətləri diqqətlə nəzərdən keçirdikdə ziddiyyətlə rastlaşırıq. Həmin rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur: "Əgər Allah-tәala xalqa qəzəblənsə, bizi onlardan ayırar.” Əslində bu hədis həzrət Mehdinin (ə) qeybə çəkilməsini sübut edir.("Kafi”, c. 1, s. 343.)
4. Əgər ixtilaf bir şeyi batil saymaq üçün dəlil olsaydı, peyğəmbərlik məsələsi də şübhə altına alınmalı idi. Hansı ki, heç kim belə bir iddiada deyil. Məgər peyğəmbər xəbər verməmişdimi ki, ondan sonra ümməti 73 firqəyə bölünəcək?!
Sual: 137. Bir şəxsin dünyaya gəlişini fəlsəfi dəlillərlə sübut etmək olarmı?
Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişinin, varlığının dəlili əslində mütəvatir həddə çatmış nəqli məlumatlardır. Uyğun mövzu ilə bağlı səhih sənədli rəvayətlər mövcuddur. Bundan əlavə, bir çoxları imam Mehdi (ə) ilə görüşmüşlər.
Şiə alimləri nəqli dəlillərdən əlavə həzrətin mövludunun sübutu üçün əqli və fəlsəfi dəlillər də göstərmişlər. Bu dəlillər uyğun mövzu ilə bağlı rəvayətlərlə analogiya təşkil edir. Demək, bu sayaq dəlillərin heç bir eybi yoxdur.
Sual: 138. Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi?
Cavab: İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) mövluduna və varlığına etiqad zəruridir. Şiəliyə görə imamət dinin üsuludur, yer üzü heç vaxt höccətsiz (imamsız) qala bilməz. Belə bir etiqadda olan insan həzrət Mehdinin (ə) mövluduna da inanır. Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 12 imam var. Bu silsilə qiyamətədək davam edəcək. Bundan əlavə, hər bir imam özündən sonrakı imamı təsdiqləmişdir.
Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) imamətini qəbul etmişdir. Digər bir tərəfdən, bilirik ki, imam Mehdini (ə) tanımaq hamının vəzifəsidir. Ona beyət etmək zəruridir. Beləliklə, imam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad vacibdir.
Sual: 139. Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?
Cavab: Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.
İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.
Sual: 140. Nə üçün uzaq gələcək üçün nəzərdə tutulmuş insan uzaq keçmişdə dünyaya gəlməlidir?
Cavab: Bəzən soruşurlar ki, əgər Allah-tәala yer üzündə ədaləti tarixin sonunda bərpa etmək istəyindədirsə, nə üçün ümumdünya ədalət hökumətinə rəhbərlik edəcək şəxsi xeyli müddət əvvəl yaratsın? Nə üçün həmin şəxs ehtiyac duyulan zamanda xəlq olunmamalıdır?
Uyğun iradları cavablandıraq:
1. Əqli və nəqli dəlillərdən aydınlaşır ki, dövr heç vaxt ilahi höccətsiz, imamsız olmur. Burada həm şəri, həm də yaranış amilləri rol oynayır. Bu məsələni qarşıdakı söhbətlərimizdə isbat edəcəyik.
2. Artıq alimlər tərəfindən qəbul olunmuşdur ki, varlıq tədrici hərəkət üzərində qurulmuşdur. İstisnasız olaraq hər şey tədrici hərəkətdədir. Bu tədricilik Allahın qüdrətinə zidd deyil. Çünki Allah-tәala göyləri və yeri bir anda yox, altı gün müddətində xəlq etmişdir.
Məgər Allah varlıq aləmini bir anda yarada bilməzdimi? Əlbəttə ki, yarada bilərdi! Nə üçün insanın nütfəsi ana bətnində 9 ay qalmalı, təbii bir yol keçib insan formasına düşməlidir? Məgər Allah insanı bir anda xəlq edə bilməzdimi? Əlbəttə ki, O, buna qadirdir! Ümumdünya ədalət hökumətinə münasibətdə də eyni halla rastlaşırıq. Allah tarixin sonunda baş verəcək işləri öncədən hazırlayır.
3. İntizar fəlsəfəsini nəzərdən qaçırmaq olmaz. Dünyaya gəldiyi halda qeybə çəkilən kəslə hələ ki dünyaya gəlməmiş kəsin intizarı arasında böyük fərq var. Qeybdə olan şəxsin intizarı daha böyük təsirə malikdir.
Sual: 141. Əgər həzrət Mehdinin (ə) dünyaya gəlişi gizli şəkildə baş vermişsə, mütəvatir (yetərli sayda) hədislər və icmanın rəyi xas götürülə bilərmi?
Cavab: Mütəvatir dedikdə öncədən yalan danışmağa razılığa gəlməsi mümkün olmayan bir çoxlarının eyni bir xəbəri nəql etməsi başa düşülür. Həzrət Mehdinin (ə) dünyaya gizli şəkildə gəlişi bu mövzuda mütəvatir hədislərin mövcudluğuna zidd deyil. Çunki bu mövzuda imam Əsgəridən (ə) və başqalarından xeyli rəvayət nəql olunmuşdur. Eləcə də, həzrət Mehdi (ə) ilə görüşənlərin sayı az deyil.
Bəzi şiələrin ixtilafı da bu hədislərin mütəvatir olmasına zidd deyil. Çünki bu mövludun hansı şəkildə baş verməsi ilə bağlı ixtilaflar təbiidir. Şeyx Müfid bildirir ki, həzrət Mehdinin (ə) mövluduna müxalif olanlar alimlərin və səhabələrin izahatı, eləcə də, həzrətin möcüzələri vasitəsi ilə haqqı qəbul etdilər.("Əl-füsulul-muxtarə”.)
Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-şübhə yaratmırmı?
Cavab: Əhməd Katib həzrət Mehdinin (ə) mövludu ilə bağlı ixtilaflardan istifadə edərək bu məsələyə biganəlik yaratmaq istəmişdir.
Cavab olaraq deməliyik: Əvvəla, hər hansı mövzu ilə bağlı ixtilaf onun batilliyini yox, mövcudluğunu təsdiqləyir. Əgər ixtilaf olmasaydı, heç bir məsələ sübuta yetməzdi. İstənilən bir mövzuya münasibətdə müxtəlif baxımlardan ixtilaf düşmüşdür.
Məgər İslam ümməti həzrət Peyğəmbərin (s) buyurduğu kimi onun vəfatından sonra 73 firqəyə bölünmədinmi?! Elə düşünmək olardı ki, bu parçalanma İslamı sarsıdar. Əslində isə belə olmadı. Bu parçalanmalar İslama münasibətdə heç bir şəkk-şübhə yarada bilmədi.
İkincisi, həmin dövrün siyasi təzyiqləri nəticəsində imamın dünyaya gizli gəlişinin müxtəlif münasibətlərlə üzləşməsi təbiidir.
Üçüncüsü, Şeyx Müfidin dediyinə əsasən, şiə cəmiyyəti çox keçməmiş həzrət Mehdinin (ə) mövludu ilə bağlı yekdil qərara gəldi. Alim deyir: "Həmin firqələrdən hazırda, hicri 373-cü ildə 12 imamçı şiə firqəsindən başqa firqə qalmamışdır...”("Əl-füzulul-muxtarə”, s. 321; "Bihar”, c. 37, s. 23.)
Bəzilərinin həzrət Mehdinin (ə) mövludunu inkar etməsi əhli-beytin nəzərindən yayınmamışdır. Bu səbəbdən də uyğun məsələyə rəvayətlərdə işarə olunmuşdur. Şeyx Səduq səhih sənəd əsasında imam Musa (ə) ibn Cəfərdən (ə) belə nəql edir: "Sahibəzzaman o kəsdir ki, onun haqqında "hələ doğulmamışdır” deyilər.”(Kəmalud-din”, s. 360; "Bihar”, c. 51. s. 159.)
Sual: 143. İmam Əsgərinin (ə) vəfatından sonrakı əsr heyrət və şübhə əsri idimi?
Cavab: Əhməd Katib deyir: "İmam Əsgərinin (ə) vəfatından sonra şiə cəmiyyətində imamət və həzrətin övladının mövludu ilə bağlı şəkk-şübhə yarandı.” Müəllif yaranmış fikir ayrılığından istifadə edərək həzrətin mövludunun icma tərəfindən qəbul olunmamasını sübuta yetirmək istəyir.
Əvvəla, avam xalq arasında şəkk-şübhə təbii bir məsələdir. Həmin dövrün siyasi durumu və həzrətin qətlə yetirilmə ehtimalı tələb edirdi ki, bu mövlud gizli qalsın. Yalnız imam Əsgərinin (ə) ən yaxın adamları bu məsələdən xəbər tutdu və onlar vasitəsi ilə hamıya məlumat çatdırıldı.
İkincisi, uyğun mövzu ilə bağlı yaranmış ixtilaflar bu mövludun həqiqət olması dəlilidir. Yəni mövlud olmuşdur, sadəcə, bu iş məxfi baş verdiyindən bəziləri şübhəyə düşmüşlər.
Üçüncüsü, dəfələrlə qeyd olunduğu kimi, qeybin ilk dönəmlərində avam xalq tərəddüdə düşsə də, qısa bir müddət sonra məzhəb başçıları xalqı bu mövludun gerçəkliyinə inandırdılar. Beləliklə, şiə cəmiyyəti tam şəkildə şəkk-şübhədən çıxmış, hamı həzrət Mehdinin (ə) mövluduna inanmışdır.
Sual: 144. Şəkk-şübhəni aradan qaldırmaq üçün alimlər və səhabələr hansı işləri görmüşlər?
Cavab: Şübhəsiz ki, həzrət Mehdinin (ə) qeybindən sonra kütlə arasında şəkk-şübhə rəvac tapmışdır. Çünki xalq öz imamını görmürdü. Amma alimlərin və səhabələrin fədakarlığı sayəsində bu şübhə aradan qaldırıldı. Uyğun istiqamətdə görülən işlərdən biri münasib kitabların tərtibi idi. Bu kitablar arasında Məhəmməd ibn İbrahim Nemaninin "Əl-ğeybət”, Əli ibn Babәvеyh Qumminin "Əl-imamət vəl-təbsirə minəl-heyrət”, Məhəmməd ibn Əli ibn Babәvеyhin "İkmalud-din və itmamun-nemət”, Şeyx Tusinin "Əl-ğeybət” kitabları diqqəti cəlb edir. Əli ibn Babәvеyh öz kitabı haqqında deyir: "Mən bu kitabda şəkk-şübhəni aradan qaldıra biləcək xəbərlər topladım...”("Əl-imamət vət-təbsirə”, s. 9.)
Sual: 145. Digər dövrlərdə həzrət Mehdinin (ə) mövludu ilə bağlı şübhələri aradan qaldırmaq üçün kitablar yazıldımı?
Cavab: Hər dövrün şiə alimləri özlərindən əvvəlki alimlərin yolunu davam etdirərək mövludla bağlı şübhələri aradan qaldıracaq kitablar tərtib etmişlər. Onlardan bəzilərini yada salaq: Əbu İshaq İbrahim ibn İshaq Əhməri Nəhavəndinin "Kitabul-ğeybət”, Əbu-İshaq İbrahim ibn Əl-Ənmati Kufi Əsədinin "Kitabul-ğeybət”, Əhməd ibn Hüseyn Əbdüllah Mehrani Abinin "Tərtibul-ədillə...”, Əbül-Əbbas Əhməd ibn Əli Razinin "Əşşəfa vəl-cəla ənil-ğeybət”, Əbül-Həsən Əhməd ibn Məhəmməd ibn İmran ibn Musanın "Əl-Ğeybət”, Əşrəf ibn Azın "Əl-Ğeybət”, Əbu Məhəmməd Həsən ibn Həmzənin "Əl-Ğeybət”, Əbu-Məhəmməd Həsən ibn Məhəmməd ibn Yəhyanın "Kitabul-ğeybət və zikrul-qaim”, Əbül-Həsən Hənzələ ibn Zəkəriyya Təmimi Qəzvininin "Kitabul-ğeybət”, Əbül-Həsən Səlamət ibn Məhəmməd ibn İsmailin "Kitabul-ğeybət və kəşful-heyrət”, Əbülfəzl Abbas ibn Hişam Naşiri Əsədinin "Kitabul-ğeybət”, Əbül-Abbas Əbdüllah ibn Cəfər ibn Hüseyn Həmiri Qumminin "Kitabul-ğeybət”, Əbu-Məhəmməd Əbdül Vəhhab Madərainin "Kitabul-ğeybət”, Şeyx Müfidin "Kitabul-ğeybət”(Müəllifin başqa kitabları da var), Əbül-Qasim Əli ibn Hüseynin "Əl-məqnə fil-ğeybə”, Əli ibn Məhəmməd ibn Əli ibn Ömər ibn Riyahın "Kitabul-ğeybət”, Əbu Əli Katibin "Əzalətur-Ran ən qulubul-ixvan fil-ğeybət”, Əbu-Əbdullah Məhəmməd ibn Əhməd Səfvaninin "Kitabul-ğeybət və Kəşful-heyrət”, Məhəmməd ibn Zeyd ibn Əli Farsinin "Kitabul-ğeybət”, Əbül-Fəth Məhəmməd ibn Əli ibn Osman Kəracəkinin "Əl-bürhan...” Əbu-Bəkr Məhəmməd ibn Qasim Bəğdadinin "Kitabul-ğeybət”, Əbül-Nəzr Məhəmməd ibn Mənsur Əyyaşinin "Kitabul-Ğeybət”, Əbül-Fərəc Müzəffər ibn Əli ibn Hüseyn Həmədaninin "Kitabul-ğeybət” əsərləri.
Yuxarıda sadalanan kitablar hicri üçüncü əsrin sonunadək tərtib olan kitablardır.
Sual: 146. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı xəbərlərin kimlərinsə tərəfindən uydurulması mümkündürmü?
Cavab: Bəziləri iddia edə bilər ki, şiələr aldanaraq kimlərinsə uydurduğu rəvayətləri nəql edirlər.
Hansı ki, şiələr hər hansı bir məlumatı əsassız qəbul etmirlər:
1. Əgər hər hansı mütəvatir hədisin kimlərinsə tərəfindən uydurulduğunu ehtimal versək, bütün şəriətə şübhə ilə yanaşmalıyıq.
Mütəvatirlik isə özü bir sübutdur.
2. Əgər bu məlumatlar uydurulmuş olsaydı, ən azı şiə düşmənləri bu məsələni qabardardı. Hansı ki, əsrlərcə ötməsinə baxmayaraq belə bir ittiham irəli sürülməmişdir.
Sual: 147. Şiələrin qəbul etmədiyi icma prinsipinə əsasən həzrət Mehdinin (ə) mövludunu qəbul etmək olarmı?
Cavab: Əvvələn, şiə əqidəsi mötəbər dəlilə əsaslanan icmanı qəbul edir və belə bir icmanı sübut yolu sayır. Şiə cəmiyyətində mövcud olan icma da məhz belə icmadır.
İkincisi, şiələr həzrət Mehdinin (ə) mövludunu təkcə icma ilə sübuta yetirmir. İcmadan əlavə əql, Quran və səhih rəvayətlər kimi başqa dəlillər var.
Sual: 148. Mehdi (ə) haqqındakı xəbərlər dolaşıq deyilmi?
Cavab: Əhli-beytdən (ə) həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdə konkret bir şəxsin dünyaya gəlişindən xəbər verilir. Bildirilir ki, bu şəxs uzun müddət qeybdə qaldıqdan sonra zühur edəcək. Diqqət yetirsək, görərik ki, imamların hər biri zühur edəcək şəxsin neçənci övlad olmasını konkret qeyd edir. Rəvayətlərdə onun qeybə çəkiləcəyi, qeybin növləri, dünyaya gəlişinin məxfi olacağı, xalqın şəkk-şübhəyə düşəcəyi açıqlanır. Əlbəttə ki, bəzi qaranlıq məsələlər də var. Bu isə siyasi sıxıntılar olan bir cəmiyyət üçün tam təbiidir. Bütün bunlardan sonra həzrət Mehdi (ə) mövzusunu dolaşıq saymaq düzgün olmaz.
Sual: 149. Əgər həzrət Mehdinin (ə) şəxsiyyəti aşkar idisə, nə üçün bir çoxları yalançı mehdilərə inanırdı?
Cavab: Əhməd Katib deyir: "Əgər həzrət Mehdinin (ə) xilaskar olması aydın idisə, nə üçün bir çoxları həzrət Əlinin (ə), onun oğlu Hənəfiyyənin, imam Sadiqin (ə), imam Kazimin (ə), imam Hadinin (ə) oğlu Seyyid Məhəmmədin, hətta imam Əsgərinin (ə) Mehdi olmasını iddia edirdi?”
Məsələni araşdıraq:
1. Əgər həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə həzrət Mehdinin zühuru, onun imam Əsgərinin (ə) oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını Mehdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, eyni zamanda bütün Əhli-beyti (ə) saydığından bəzən Məhdəviyyət ümidi ilə imamların sorağına gedirdi. Belələri, adətən, sadəlövh və nadan insanlar olmuşdur. Əlbəttə ki, uyğun məsələyə siyasi durumun da təsiri danılmazdır.
2. Başqalarını Mehdi (ə) sayanlar qısa bir müddət sonra şiələrə qoşularaq öz iddialarından əl çəkmişlər.
3. Bir məzhəbin əqidəsi onun alimləri ilə təsbit olunur. İmam Əsgərinin (ə) övladı Mehdinin (ə) zühuruna əqidə əksər şiə alimlərinin qəti fikridir.
4. Haqqında danışılan dövr ziddiyyətli olduğundan bəziləri bir müddət başqalarını Mehdi (ə) saymışlar. Amma qısa bir müddətdən sonra şəkk-şübhələr aradan qalxmışdır.
Sual: 150. İmam Əsgəri (ə) öz şəhadətindən öncə anasına vəsiyyət etmişdirmi?
Cavab: Şeyx Müfid deyir: Bəziləri imam Əsgərinin (ə) vəqf və sədəqə işləri barədə öz anasına vəsiyyətini dəlil gətirərək həzrət Mehdinin (ə) mövludunu inkar edirlər. Hansı ki, bu işdə məqsəd Mehdinin (ə) mövludunu hakim rejimdən məxfi saxlamaq olmuşdur. Əgər bu vəsiyyətnamədə həzrət Mehdinin (ə) adı çəkilsəydi, onu mövcud rejimdən qorumaq mümkünsüz olardı. Bunu da qeyd etməliyik ki, uyğun vəsiyyətnamədə Bəni-Abbasi nümayəndələrinin şəhadəti qeyd olunmalı idi. Məgər imam Sadiq (ə) öz vəsiyyətnaməsində eyni məqsədlə övladının imamətini gizlətməmişdimi?! İmam (ə) bu məqsədlə vəsiyyətnamədə öncə Mənsur Abbasi, Rəbi, Qazi, kənizi Hümeydə Bərbəriyyənin adını çəkir, sonda övladı Musa ibn Cəfərin (ə) adını qeyd edir. Həzrət yaxın səhabələrinə öz övladının imamətini açıqlasa da, vəsiyyətnaməsində onu qorumağa çalışır.("Əl-Məsailul-Əşərə”, s. 69-72.)
Sual: 151. İmam Əsgəridən (ə) nəql olunmuş mütəvatir mötəbər xəbərlər arasında həzrət Mehdinin (ə) imaməti haqqında məlumat varmı?
Cavab: Həzrət Mehdinin (ə) imamətini müxtəlif yollarla sübut etmək olar. Uyğun yanaşma bütün məsumların imamətinə aiddir:
1. Öncə qeyd olunduğu kimi, imam Əsgəridən (ə) öz övladının imaməti haqqında mötəbər hədislər nəql olunmuşdur.
2. İmamət və yer üzünün höccətsiz qalmaması qəti dəlillərlə sübuta yetirilirsə, növbəti imamın kim olması məsələsi səhih sənədli bir xəbərlə təsdiqlənir.
3. Öncə işarə olunduğu kimi haqqında danışılan mövzu ilə bağlı həzrət Peyğəmbər (s) və imamlardan yetərincə hədislər nəql olunmuşdur.
4. Peyğəmbərliyin sübutunda ən ümdə yol möcüzə olduğu kimi, imamətin isbatında da bu yoldan faydalanmaq olar. Hər bir imamın özündən sonrakı imamı təsdiqləməsi də etibarlı sübut yoludur.
5. Bəzi imamlar haqqında bir mötəbər sənəd olsa da, mövcud xarici dəlillər insanda əminlik yaradır. İmamlara münasibətdə Bəni-Üməyyə və Bəni-Abbasi hakimlərinin təzyiqləri, şübhəsiz ki, uyğun mövzunun aşkar şəkildə nəql olunmasına maneçilik törətmişdir.
6. Həzrət Peyğəmbərdən, imamlardan, eləcə də, imam Əsgəridən (ə) nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə, həzrət Mehdinin (ə) möcüzələri ilə tanış olduqda aydınlaşır ki, həzrət Mehdinin (ə) imamət məsələsi mütəvatir xəbərlər yolu ilə sübuta yetmişdir.
Sual: 152. İmamiyyə böyükləri imam Əsgərinin (ə) vəfatından sonra həzrət Mehdinin (ə) mövludunu yekdilliklə qəbul etmişdirmi?
Cavab: Bəli, imam Həsən Əsgərinin (ə) vəfatından sonra səhabələr və imamiyyə şiə başçıları imam Mehdi (ə) mövluduna münasibətdə yekdil rəydə olmuşlar. İlkin vaxtlarda bu mövluda şəkk-şübhə ilə yanaşanlar vardısa, qısa bir müddətdən sonra alimlərin səyləri nəticəsində əsrin imamına möhkəm bir etiqad yarandı. "Əl-füzulul-muxtarə” kitabında Şeyx Müfid belə deyir: "Hicri 373-cü ildə yalnız 12 imamçı şiə firqəsi qalmışdı. Onlar imam Əsgərinin (ə) həzrət Peyğəmbərin (s) adını daşıyan övladının imamətinə inanırdılar, onun sağ olmasını qəbul edirdilər. Həzrət Mehdinin (ə) bir zaman qiyam edəcəyinə kimsə şübhə etmirdi...”("Əl-füzulul-muxtarə”, s. 321.)
Sual: 153. Həzrət Mehdinin (ə) mövludu haqqında şiə tarixçiləri nə deyir?
Cavab: Şiə tarixçiləri yekdil olaraq hicri 255-ci ili həzrət Mehdinin (ə) doğum tarixi kimi qəbul edirlər. Bu alimlərdən bəzilərinin adını çəkək: Kuleyni, Şeyx Müfid, Ərbili, Şeyx Tusi, Kəfəmi, Təbərsi, Əllamə Məclisi, Şeyx Bəhai.
Sual: 154. İmam Mehdinin (ə) mövluduna inanmayan şəxsin hökmü nədir?
Cavab: Həzrət Mehdinin (ə) mövludu və onun varlığı tarix boyu şiə inancı olduğundan və dini zərurət sayıldığından şiə icmasının rəyi budur ki, bu mövludu, imamın varlığını inkar edən şəxs şiəlikdən xaricdir. Bir inanc məzhəbdə zərurət sayılırsa, onun inkarı üçün gətirilən dəlillər qəbul deyil.
Qədim və müasir imamiyyə alimlərinin rəyinə görə imamət dinin üsullarındandır və istənilən bir zamanda məsum imamı insan dindən çıxmış sayılır. Belə bir şəxs sünnə əhli kimi zahirən müsəlman hökmündədir.
Sual: 155. Həzrət Mehdi (ə) anadan olan vaxt kimlər onu ziyarət etmişdir?
Cavab: Həzrət Mehdi (ə) anadan olan vaxt beş şəxsin onu ziyarət etdiyi bildirilir: İmam Cəvadın (ə) qızı Həkimə, doğuşu qəbul edən qadın, Nəsim və Mariyə, imam Əsgərinin (ə) kənizi.("Kəmalud-din”, 430; "Əl-ğeybət”, Tusi, s. 240-242.)
Sual: 156. İmam Əsgərinin (ə) həyatının son beş ilində həzrət Mehdini (ə) kimlər görmüşdür?
Cavab: Həmin beş ildə həzrət Mehdini (ə) görənlər arasında aşağıda adı çəkilənlər olmuşdur: Məhəmməd ibn Osman Əmri (40 nəfərlə birlikdə), Əbu-Harun, Yəqub ibn Mənquş, Əmr Əhvazi, imam Cəvadın (ə) qızı Həkimə, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Əbu-Nəsr Zərif-Xadim, Əbu Əli ibn Mutəhhər, Üqəyd-Xadim və İsmail ibn Əli Növbəxti, Nəsim, imam Əsgərinin (ə) səhabələri, fars bir kişi, Əbu-Əmr, İbrahim ibn Əbdə Nişapuri və onun xadimi, Rəşiq Sahibi Madəri, Kamil ibn İbrahim Mədəni, Əhməd ibn İshaq Qummi.(Kəmalud-din”, "Bihar”, "Əl-irşad”, "Kafi”, "Əl-ğeybət”.)
Sual: 157. Kiçik ("suğra”) qeyb dövründə imamla kimlər görüşmüşdür?
Cavab: Kiçik qeyb dövründə imamla görüşənlər çoxdur. O cümlədən: Məhəmməd ibn Osman Əmri, Turəyf və Əbu-Nəsr, Əzdi, İbrahim ibn İdris, Əbi-Əbdillah ibn Saleh, İbrahim ibn Məhzyar, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər və başqaları.("Kəmalud-din”, "Əl-irşad”, "Yәnabiul-Mәvəddət”.)
Mərhum Məclisi bir rəvayətdə kiçik qeyb dövründə imamla görüşmüş 265 nəfərin adını çəkir.("Bihar”, c. 52, s. 1-77.)
Sual: 158. İmam Əsgərinin (ə) övladı olmasını irsiyyət alimləri təsdiqləyirmi?
Cavab: Bəli, bu alimlərdən bir qrupu imam Həsən Əsgərinin (ə) Məhəmməd adlı, "Höccət”, "Mehdi” (ə) ləqəbli övladı olduğunu bildirirlər. Bu alimlərlə tanış olaq: Kiçik qeyb dövründə yaşamış Səhl ibn Əbdillah ibn Davud ibn Süleyman Buxari, hicri V əsrin məşhur irsiyyətçi alimi Seyyid Əmri, hicri V əsrin tanınmış alimi Fəxr Razi Şafei, hicri Vİ əsrin alimi Müruzi Əzvər-Qani, Cəmaləddin Əhməd, hicri Xİ əsrin alimi Əbül-Həsən Məhəmməd Hüseyni Yəmani Sənani Zeydi, Məhəmməd Əmin Süyudi, Məhəmməd Veys Heydəri Suri, Əllamə Seyyid Məhəmməd ibn Hüseyn İbn Əbdüllah Hüseyni Səmərqəndi Mədəni, Şərif Ənəs Kətbi Həsəni, Seyyid Məhəmməd ibn Əhməd ibn Həmkddin Nəcəfi, Şərif Ənəs Kutubi Həsəni.
Sual: 159. İmam Mehdinin (ə) əmisi Cəfər onun mövludunu inkar etmişdirmi?
Cavab: Cəfər bu mövludu inkar etmişsə də, bəzi səbəblərdən bunu nəzərə almamaq lazım gəlir:
1. Möhkəm dəlillərə əsasən həzrət Mehdinin (ə) mövludu sübut olunmuşdur.
2. Ümmət yekdil olaraq bu rəydədir ki, Cəfər məsum olmamışdır. Adi zümrədən olan Cəfərin büdrəmə ehtimalları var. Necə ki, həzrət Yəqubun övladlarından bəziləri yolunu azmışdır.
3. Bəzi xəbərlərdən məlum olur ki, Cəfər yolunu azdığından imam Əskərinin (ə) övladı olmasını inkar etmişdir.
4. Ehtiyatla yanaşılası məsələlərdən biri budur ki, Cəfər layiq olmadığından imam Əsgəri (ə) öz övladını ona göstərməmişdir.
Sual: 160. Nə üçün Cəfər "yalançı” kimi tanınır?
Cavab: İmamın müqəddəs nümayəndəliyi tərəfindən verilən məlumata əsasən, həzrət Mehdi (ә) Cəfər haqqında buyurmuşdur:
"Heç şübhəsiz, bu şəxs Allaha iftira yaxır, iddiaları yalandır. İddialarını necə sübut edəcəyini bilmirəm. And olsun Allaha ki, o halalı haramdan seçmir, yanlışı doğrudan ayıra bilmir...”("Əl-ğeybət”, Tusi, s. 288-290; "Bihar”, c. 53, s. 195.)
Bu məlumatlardan aydınlaşır ki, Cəfəri ilkin olaraq həzrət özü "yalançı” adlandırmışdır. Sonralar Cəfər bu ləqəblə tanınmışdır. Bəziləri isə bildirirlər ki, Cəfər, sadəcə, imam Cəfər Sadiqdən (ə) fərqləndirilmək üçün bu ləqəblə çağırılmışdır.
Sual: 161. Cəfər hansı ləyaqətsiz işlər görmüşdür?
Cavab: İmam Hadinin (ə) oğlu Cəfər qardaşı imam Əsgəri (ə) dünyasını dəyişdikdən sonra bir sıra ləyaqətsiz işlər görmüşdür. O cümlədən:
1. Özbaşına olaraq qardaşı imam Əsgərinin (ə) cənazə namazını qılmağa cəhd göstərmişdir.(Kəmalud-din”,c. 2, s. 475.)
2. İmamət və rəhbərlik iddiasında olmuşdur. Cəfər Abbasi vəziri Əbdüllah ibn Yəhya ibn Xaqana belə demişdir: "Qardaşımın məqamını mənə verin. Mən sizə ildə 20000 dinar ödəyəcəyəm.”(Həmin mənbə, c. 2, s. 379)
3. Cəfər qardaşının mülkünə sahib çıxmaq məqsədi ilə onun övladı olmadığını iddia etmişdir. Abbasi hökuməti Cəfərə icazə vermişdir ki, qardaşının mülkünə sahib dursun.(Kafi”, c. 1, s. 505.)
4. Cəfər imam Mehdinin (ə) həbs olunması üçün hökuməti təhrik etmişdir.
Sual: 162. Nə üçün həzrət Mehdi (ə) öz əmisi Cəfəri həzrət Yusifin qardaşlarına oxşatmışdır?
Cavab: İmam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə tapşırığında buyurur: "Əmim Cəfərin və onun övladlarının tutduğu yol Yusifin qardaşlarının yolu kimidir...”("Bihar”, c. 53, s. 180.)
Oxşar cəhətləri nəzərdən keçirək:
1. Həzrət Mehdinin (ə) əmisi Cəfərin hökmünü peyğəmbər övladlarının hökmü kimi onların babalarının ixtiyarına verək və bu barədə danışmayaq.
2. Yusifin qardaşları tövbə etdiyi kimi, Cəfər də tövbə etmişdir. Çünki bəziləri Cəfəri "təvvab” ləqəbi ilə çağırmışlar.
3. Yəqubun övladları günaha batdıqda Allah Yəquba xatir onları bağışladı. Cəfər də imamın oğlu, imam qardaşı və imam əmisi olduğu üçün bağışlandı.
4. Peyğəmbər övladları peyğəmbərlər kimi məsum olmur. Yəqubun övladları günaha batdığı kimi, imamın da övladı günaha bata bilər.
Sual: 163. Nə üçün peyğəmbərlərin və imamların bəzi övladları yolunu azır?
Cavab: Əvvəla, Cəfər imam övladı olsa da, ana tərəfdən zəmanət almamışdır. Aydın məsələdir ki, məsum imamlar həm ata, həm də ana tərəfdən pakdırlar. Onların övladları haqqında bu sözü demək olmaz. Bu səbəbdən də peyğəmbər və imamların bəzi övladları yolunu azmışdır.
İkincisi, olsun ki, peyğəmbərlərin və imamların həyatında bəzi problemlərin yaranması onların ilahiləşdirilməməsi məqsədini daşıyır.
Sual: 164. İmam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsi caizdirmi?
Cavab: Əhməd ibn Katib iddia edir ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinin mümkünsüzlüyü zə


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor