Seyyid Şəhid Muhəmməd Sadiq Əs-Sədr ağa haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 31-10-2015, 20:54 | Şərh sayı: (0) | Baxılıb: 650
Seyyid Şəhid Muhəmməd Sadiq Əs-Sədr ağa haqqında
"O İslam dünyasının böyük alim və ariflərindən olub. Öz əxlaqı, elmi, təqvası ilə dillər əzbəri olub.
Şəhid olmamışdan bir neçə həftə əvvəl minbərə kəfən geyinərək çıxırdı və şəhidlərdən danışırdı. Sanki şəhid olacağını bilib kəfənini öz libası etmişdi. Çox mərd, qorxmaz, şücaətli bir Seyyid idi. Seyyid Şəhid Muhəmməd Sadiq ağa zalım səddam hüseynin zülmünə, ədəbsizliyinə və günahı yaymasına tab gətirə bilmirdi.
Ona görə də bütün çıxışlarında səddamın hakimiyyəti əlehinə şüarlar səsləndirirdi.
Nəhayət bir gün Seyyid Şəhid Muhəmməd Sadiq ağa iki oğlu ilə maşınla yol gedərkən zalım səddam hüseyn və səddamın əxlaqsız oğlunun əmri ilə əli silahlı bir neçə qatilin vasitəsilə Seyyidin olduğu maşını atəşə tuturlar.
Seyyid Muhəmməd Sadiq ağa və iki oğlu şəhid olur. Amma zalım səddam özünü elə aparır ki, guya xəbəri yoxdur. Camaata baş sağlığı verir amma Seyyidin matəmini keçirməyə izn vermir. Seyyid Şəhid Muhəmməd Sadiq ağanın dünyaya gəlməsi də qeyri adi baş tutmuşdur.
Onun uzun müddət övlad sahibi ola bilməyən anası Həcc ziyarətində Allahdan övlad istəyir və o körpənin adını Muhəmməd Peyğəmbərimiz (s.ə.v.v)-in adını qoyacağını əhd edir. Seyyidin həyatı necə ki başdan ayağa diqqət çəkən olduğu kimi bu tükürpədən məsələnidə unutmaq olmur.
O tükürpədən məsələ budur ki, Allah o anaya elə Həzrət Muhəmməd Peyğəmbər (s.ə.v.v)-in doğum günü övlad əta edir və adıda əhd etdiyi kimi Muhəmməd qoyulur."
Allah Seyyid Şəhid Muhəmməd Sadiq Əs Sədr ağanın qismində bütün dünyasını dəyişən gözəl insanlara rəhmət etsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər