Cəmadiyus-sani ayına məxsus olan fəzilətli bir namaz |
Müəllif: Eli Aşiqi | Bölmə: Namaz | Vaxt: 17-12-2014, 23:55 | Şərh sayı: (1) | Baxılıb: 1585
Cəmadiyus-sani ayına məxsus olan fəzilətli bir namaz
Seyyid ibni Tavus (rəhmətullah əleyh) nəql etmişdir ki, bu ayın istədiyi hər hansı bir vaxtında dörd rukət (iki dəfə iki rukətli) namaz qılıb, birinci rukətdə "Həmd" surəsindən sonra, bir dəfə "Ayətəl-kürsi" və iyirmi beş dəfə "Qədr" surəsini oxumalı, ikinci rukətdə isə "Həmd" surəsindən sonra bir dəfə "Təkasur" surəsi və iyirmi beş dəfə "İxlas" surəsini oxumalıdır. Həmçinin üçüncü rukətində "Həmd" surəsindən sonra bir dəfə "Kafirun" surəsi və iyirmi beş dəfə "Fələq" surəsi dördüncü rukətində isə "Həmd" surəsindən sonra bir dəfə "Nəsr" surəsi və iyirmi beş dəfə "Nas" surəsi oxunmalıdır. Dördüncü rukətin salamından sonra isə yetmiş dəfə "Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" sözünü, yetmiş dəfə salavat "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd" və üç dəfə "Əllahumməğfir lil-mumininə vəl-muminat" duası deyilməlidir. Daha sonra səcdəyə gedərkən üç dəfə: "Ya həyyu ya qəyyumu ya zəl-cəlali vəl-ikrami ya Əllahu ya rəhmanu ya rəhimu ya ərhəmər-rahimin." deyərək Allahdan hər bir hacətini istəsin. Hər kəs buna əməl edərsə, Allah təala gələn ilədək onu, mal-dövlətini, ailəsini, dinini və dünyasını qoruyub saxlayar. (O şəxs) bu ildə vəfat etdikdə isə şəhid kimi ölmüşdür.
Məğrib və İşa namazları arasında qılınan fəzilətli namaz
Həzrət Peyğəmbər (s)-dan rəvayət olunub ki, belə sifariş etmişdir:"Məğrib və İşa namazları arasında iki rukət namaz qılaraq birinci rukətdə "Həmd" surəsindən sonra on üç dəfə "İza zulzilət"("Zilzal") surəsi, ikinci rukətdə isə "Həmd" surəsindən sonra on beş dəfə "Qul huvəllahu əhəd" surəsi oxunmalıdır. Əgər bu namaz hər gecə qılınarsa, onun savabını Allahdan başqa heç bir kəs verə biməz. Həmçinin möminlərdən biri onu hər ayda möhsünlərdən biri onu hər ildə və muxsilərdən biri onu cümə günündə və habelə onu hər gecə bir dəfə qılarsa, Cənnətdə mənlə birlikdə olacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər