RSS
 

Login:
Şifrə:
» » Savab qazanmaq üçün mütləq baş yarıb zəncir vurmaq lazımdır?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Savab qazanmaq üçün mütləq baş yarıb zəncir vurmaq lazımdır?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-10-2015, 03:39 | Şərh sayı: (0) | Baxılıb: 1355

Savab qazanmaq üçün mütləq baş yarıb zəncir vurmaq lazımdır?


Savab qazanmaq üçün mütləq baş yarıb zəncir vurmaq lazımdır?


Bu il də məhərrəmlik girər-girməz din ağsaqqalarımız ötən illərdəki kimi bəyanat verib camaatı aşura günündə qanvermə aksiyasında iştirak etməyə çağırdılar.

Öz-özlüyündə bu təklifi bəyənmək lazımdır. Həqiqətən, ən ağır xəstəliklərdən sayılan qan xəstəliyinə tutulmuş və həyatı təhlükə altında qalan insanları, ilk növbədə isə körpələri müvəqqəti də olsa ölümdən xilas etməyin nəyi pis ola bilər ki? Bu təşəbbüsü alqışlamaq lazımdır. Amma...

Amma bir sual yaranır: niyə məhz aşura günündə? Məgər talassimiya xəstələrinə yalnız aşura günündə qan vermək olar? Məgər ilin başqa günlərində qan versək, o xəstələrə faydası yetməz? Məgər ilin bir günündə deyil, aşura ilə yanaşı başqa günlərin birində də bu aksiyaları təşkil etsək, olmaz? Yoxsa gərək fəqət və fəqət aşura günündə bədəndən qan çıxsın?

Bir daha təkrar edirəm ki, öz-özlüyündə qanvermə aksiyası müsbət bir addımdır və təqdirə layiqdir. Fikrimizcə, bu tədbiri daha da ictimailəşdirmək, bütün dini bayramlarda, bəlkə lap hər ay keçirmək lazımdır. Çünki onun məhz aşura günündə keçirilməsi, ona xoşagəlməz çalar bəxş edən cəhət olar. Görünür, dini rəhbərlərimiz, aşura günündə bədəndən qan çıxarmağın vacibliyi haqqında camaat arasında formalaşmış stereotipə güzəştə gedərək, bunu qanvermə aksiyasına çevirmişlər. Zənnimizcə, Aşurada bədəndən qan çıxarmağın vacibliyi haqqında fikri şüurlardan birdəfəlik silib-atmaq daha vacibdir.

Min şükür ki, son illərdə bir çox şiə ölkələrində, o cümlədən vətənimizdə də xəncər vurmaq, baş yarmaq kimi adətlərin haram olduğu barədə fikirlər daha sıx-sıx səslənir. Amma bunun fonunda zəncir vurmağa münasibət barədə fikirlər və fətvalar çox sönük görünür. Din xadimlərimiz zəncir vurmağa münasibət göstərərkən çox ehtiyatlı davranırlar. Amma gəlin insafla danışaq, məhərrəmlik mərasimləri 1350 ildir ki keçirilir. Aşura faciəsindən dərhal sonra başlamış bu ənənə Imam Hüseyndən (ə) sonrakı imamlar tərəfindən davam etdirilib. Məsumlarımız hər il aşura faciəsinin xatirəsini yaşadır, öz tərəfdarlarına da bu barədə tövsiyələr verirdilər. Imamların aşura günündə ağlamaları (hətta ucadan hönkürtü ilə ağlamaları), şairlərin növhə və mərsiyələrini dinləmələri, hətta sonra həmin şairlərə mükafat vermələri haqqında çoxlu rəvayətlərimiz var. Amma gəlin razılaşaq ki, bu rəvayətlərin heç birində imamlardan hər hansı birinin başına-gözünə döyməsi, zəncir vurması barədə xırda bir işarəyə də rast gələ bilmərik. O həzrətlərin təziyəsi də Imam Hüseynə (ə) layiq şəkildə olub. Çünki o həzrətlər Islamın əsas qanunlarından birinə həmişə ehtiramla yanaşıblar: insan öz bədəninə ziyan vurmamalıdır, sağlamlıq üçün təhlükəli olan hər bir əməl haramdır.

Etiraz edib deyə bilərsiniz ki, zəncir vurmağın simvolik bir mənası və faydası var. Zəncir cingiltisi mərsiyəyə xüsusi bir ahəng verir. Hətta zəncir vurmaqla müşayiət edilən zəncirzən adlı xüsusi növhələr də yazılıb və yazılır. Amma bu düşüncəni də haqlı saymaq düzgün deyil. Çünki əgər oxunan mərsiyəyə rövnəq və ritm vermək istəyiriksə, məgər bunu mütləq zəncirlə bədənimizə ziyan yetirmək vasitəsilə etməliyik? Bunun üçün müxtəlif başqa vasitələrdən faydalanmaq da olar. Kürəyimiz təbil deyil ki, onu səs çıxarmaq üçün istifadə edək.

Əziz oxucu! Yəqin ki, tanıdığınız və hörmət etdiyiniz bir çox dindarlar müəllifin bu fikirləri ilə razılaşmayacaqlar. Imam Hüseyn (ə) təziyəsində zəncir vurmaq, başı əllə döymək, baş yarmaq kimi əməllərin böyük savab olduğu barədə fikirlərlə rastlaşanda bir qədər də tarixə müraciət etməyinizi məsləhət görürəm. Yuxarıda qeyd etdiyim kimi, nə məsum imamların zamanında, nə də onlardan sonrakı uzun əsrlər boyunca bu kimi adətlərə tarix səhnəsində rast gəlmirik. Əsasən, son iki əsr ərzində bu əməllər dəbə mindi. Və şiə məzhəbinin bir çox məşhur müctəhidləri o zamanlar xalq arasında geniş yayılmış baş yarmaq, bədəndən qıfıl asmaq, zəncir vurmaq, baş döymək kimi əməllərə vaxtında reaksiya göstərdilər, bunların haramlığına fətva verdilər. Böyük mərceyi-təqlidlər Mirzayi-Şirazi, Sahibi-Ürvə Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi, Seyyid Əbülhəsən Isfahani, Şeyx Əbdülkərim Hairi, Seyyid Möhsün Həkim, Seyyid Hüseyn Birucerdi və başqalarının bu istiqamətdə göstərdikləri fəaliyyət dini mənbələrdə öz əksini tapıb.

Minlərlə şiə aliminin tərcümeyi-halını əhatə edən “Əyanüş-şiə” kitabının müəllifi Livan mənşəli mərhum Əllamə Seyyid Möhsün Əmin vaxtilə (təqribən miladi 1927-ci ildə) bu barədə “ət-Tənzih li-əmaliş-şəbih” adlı kitab yazmış və təziyə məclislərində rast gəlinən təhriflərə aydınlıq gətirmişdi. Müəllif yazırdı ki, aşura günündə kəfən geyinib küçələrə çıxmaq, şəbih təşkil etmək, baş yarmaq, başa və sinəyə vurmaq kimi əməllərin nəinki heç bir savabı yoxdur, əksinə bu işlər haramdır və şeytan əməlidir! Bu kitab şiə aləminin hər guşəsində böyük əks-səda yaratdı. Əsasən, qaragüruhçu ruhanilər tərəfndən qızışdırılan şəxslər kitab müəllifini təhqir edir, haqqında şayiələr yayırdılar. Hətta elə adamlar tapılırdı ki, öz evini girov qoyub aldığı pulu Seyyid Möhsün Əminə qarşı təbliğat tədbirlərinə sərf edirdilər. Mübahisələr şiə dünyasının elm mərkəzi sayılan Nəcəfi-əşrəfə də sirayət etmişdi. Seyyid Möhsün Əminin oğlu Seyyid Həsən Əmin öz xatirələrində yazırdı ki, Nəcəfin ruhani dairələri bu məsələdə tutduqları mövqeyə görə iki cəbhəyə bölünmüşdülər: baş yarmaq, zəncir vurmaq və sinə döyməyin əleyhinə olanları “əməviyyin”, tərəfdarlarını isə “ələviyyin” adlandırırdılar. “Əməviyyin” adının verilməsi əks tərəfin təbliğatının nəticəsi idi. Onlar aşura günündə bu kimi əməllərə qarşı çıxmağı Əhli-beytə qarşı düşmənçilik kimi qələmə verir və bu mövqenin sahiblərini Əməvilərə bənzədirdilər. Seyyid Möhsün Əminin o zamanlar Şama aid edilən Livandan olması da buna şərait yaratmışdı. Deyirlər ki, xəncər vurmaq tərəfdarları aşura günündə camaata içmək üçün su verən adamlara tapşırırdılar ki, suyu içəndən sonra hamının Kərbəla qatillərinə deyil, Seyyid Möhsün Əminə lənət oxumasını tələb etsinlər.

O dövrdə cəfəri məzhəbinin böyük müctəhidi mərhum Ayətullahül-üzma Seyyid Əbülhəsən Isfahani cəsarətlə öz mövqeyini göstərib Əllamə Möhsün Əmini müdafiə etdi və aşağıdakı məzmunlu fətvanı imzaladı: “Aşura günündə əza məclislərində qılınc, zəncir, təbil və kərənaydan (uzun nəfəsli alət) istifadə etmək və buna oxşar əməllərə yol vermək haramdır və şəriətə uyğun deyil” (Dairətül-məarife-təşəyyö, cild 2, səh. 531, Tehran, 1368 şəmsi). Digər bir məşhur alim – bəsrəli Seyyid Mehdi Qəzvini də bu barədə yazdığı kitabda qeyd edirdi ki, yuxarıda göstərilən adətlər əzadarlıq mərasiminə təqribən bir əsr ondan əvvəl bəzi qüvvələr tərəfindən daxil edilmişdi.

Dini məzmunlu kitabları ilə tanıdığımız mərhum həmyerlimiz Əhmədağa Əhmədov da öz xatirələrində bu məsələyə yer ayırmışdı. O xatırlayırdı ki, uzun müddət Nəcəf şəhərində böyük müctəhidlərdən dərs almış atası mərhum axund Mirzə Əbdülkərim Bakıya qayıtdıqdan sonra «aşura günü baş yarmaq, zəncir vurub qan çıxarmaq kimi əməllərin şəriət qanunlarına zidd olduğunu görüb ruhanilərə deyirdi ki, siz günah işləri xəlqə ibadət kimi təqdim edirsiniz». Camaatın axunda qarşı müxalifəti elə güclü olur ki, hətta bir nəfər o zamanın məşhur müctəhidi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdinin adından saxta məktub yazıb, bu kimi əməllərin əslində savab olduğunu orada qeyd edir. Seyyid Yəzdi Mirzə Əbdülkərim ağaya Nəcəfdə dərs demişdi və onların arasında isti münasibət vardı. Axund ona təqdim edilən məktubu Nəcəfə göndərib müəllimindən xahiş edir ki, məsələyə aydınlıq gətirsin. Ağa Seyyid Kazim bu saxta məktubu görüb qəzəblənir və həmən məktubun kənarında yazır: “Nə bu mənim xəttimdir, nə bu möhr mənim möhrümdür. Allah lənət eləsin bu naməni yazıb düzəldənlərə” (Hacı Kamal Novruz. “Əhmədağa Əhmədov”, səh. 21, Bakı, 2009).

Mərhum Ayətullah Birucerdi də vaxtilə Iranda bu kimi xurafat əməlləri ilə mübarizə aparır, şəbih mərasimində kişilərin qadın paltarı geyinməsini, təbil və kəranay kimi alətlərin çalınmasını Imam Hüseynin (ə) adına layiq bilmirdi. Amma camaat onun sözlərini qəbul etmirdi. Hətta belə deyirdilər ki, biz bütün il boyunca ağaya təqlid edirik, amma bircə aşura günündə ona təqlid etməyəcəyik.

Aşura günü edilən bu kimi əməllərə qarşı müctəhidlərin dirənişi bu günə kimi davam etməkdədir. Müxtəlif mənbələrdən məlum olur ki, Ayətullahül-üzmalar Xoyi və Ərakidən tutmuş bu gün diri olan Qum alimlərinə kimi onlarla müctəhid, cana zərər yetirməsi səbəbi ilə xəncər vurmağın əleyhinə fətva vermişlər. Bəzi məşhur müctəhidlərin guya baş yarmağı müdafiə etmələri barədə yayılan xəbərlərin isə əksəriyyəti iftiradır. Məsələn, bir neçə il əvvəl mərhum Ayətullahül-üzma Behcətin dilindən rəvayət edilmişdi ki, guya Seyyid Əbülhəsən Isfahani xəncər vurmağı savab sayan fətva veribmiş və Ayətullah Behcət özü bu hadisənin şahidi olubmuş. Amma mərhum Behcət bu cür məlumatlardan xəbər tutan kimi onları təkzib etdi və iftiranın üstünü açdı. Mərhum Ayətullahül-üzma Mirzə Cavad Təbriziyə və hazırda sağ olan mərceyi-təqlid Seyyid Əli Sistaniyə aid edilən xəncər vurmağın caizliyi ilə bağlı fikirlər də əslində iftiradan ibarətdir



Bu kimi əməllərin edilməsinin bəyənilməz olması yalnız cana və sağlamlığa ziyan yetirməsi ilə bağlı deyil. Əksər müctəhidlərin fətvasından bəlli olur ki, qadağanın səbəblərindən biri də şiə məzhəbi barədə başqalarında qeyri-düzgün təsəvvürün formalaşması, bu məzhəbin cahil, qəddar və fanatik olması barədə fikir doğurmasıdır. Həqiqətən, imamımıza al-qan içində təziyə saxladığımızı görən başqa din və məzhəb ardıcılları bizim haqqımızda nə düşünərlər? Budurmu Islam? Budurmu Əhli-beyt yolu? Axı, onsuz da bəzi qüvvələr dəridən-qabıqdan çıxırlar ki, bütün dünya miqyasında mühərrəmlik mərasimlərinin keçirilməsini hədər və mənasız adlandırıb üzərinə qadağan damğası vursunlar. Imam Hüseyn (ə) qiyamının fəlsəfəsi bu cür adamların maraqlarına uyğun gəlmir. Və biz də öz düşünülməmiş əməllərimizlə onlara gözəl bir bəhanə yaratmış, düşmən dəyirmanına su tökmüş oluruq.

Natiq Rəhimov



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor