RSS
 

Login:
Şifrə:
» » SALAVAT VƏ ONUN FƏZİLƏTİ

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

SALAVAT VƏ ONUN FƏZİLƏTİ

 
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 14-03-2015, 14:52 | Şərh sayı: (0) | Baxılıb: 3442

SALAVAT VƏ ONUN FƏZİLƏTİ


SALAVAT VƏ ONUN FƏZİLƏTİ


1-Allah-taala Qurani-kərimdə buyurur: “Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!”[84]

2-İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günündə ən fəzilətli əməl Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdir.”[85]

3-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mühəmməd (s)-in adı çəkiləndə o həzrətə çoxlu salavat göndərin; çünki hər kəs o həzrətə bir salavat göndərsə, Allah-taala min mələklə birgə ona min salavat göndərər. Belə bir savabı qazanmaq məqsədində olmayan şəxs nadandır, Allah, Peyğəmbər və onun Əhli-beyti ondan qəzəblidir.”

4-“İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişir: “Mənə və Əhli-beytimə salavat göndərmək nifaq və ikiüzlülüyü aradan aparır.”[86]

5-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: “Mənə uca səslə salavat göndərin; çünki (bu iş) nifaqı aradan aparır.”[87]

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs mənə salavat göndərsə, amma Əhli-beytimə salavat göndərməsə, behiştin iyindən məhrum olar.”[88]

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxsdir.”[89]

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbraildən “ən sevimli əməl hansıdır?” – deyə soruşduqda, o cavab verdi: “Sənə salam-salavat göndərmək və Əli ibni Əbi Talibə məhəbbət bəsləmək.”[90]

9-Ravi deyir: Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata tutub buyurdu: Ötən gecə əmim Həmzəni və qardaşım Cəfər Təyyarı yuxuda görüb, onlardan soruşdum: “Ən fəzilətli əməl hansıdır?” Cavab verib dedilər: “Sənə salavat göndərməkdən, (susuzlara) su verməkdən və Əli ibni Əbi Talib (ə)-ı sevməkdən fəzilətli bir əməl görmədik.”[91]

10-Salavat – Peyğəmbər (s) və onun Əhli-beyti üçün rəhmət diləməkdir və hər kəs onlara salavat göndərsə, sanki özünə rəhmət diləmişdir.

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə günü sübh namazından sonra “Kafirun” surəsini on dəfə oxuyub, yüz dəfə “Əllahummə səlli ələn-nəbiyyil-ummiyyi Muhəmmədin və alihi və səlləm!” – ibarəsi ilə salavat göndərsə, məqsədinə nail olar.”

12-Hər kəs borcunu ödəmək, şəfa tapmaq, çətinliyini aradan qaldırmaq, Əhli-beytin şəfaətinə nail olmaq və çətin can verməkdən nicat tapmaq istəyirsə, on dörd min dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin və əccil fərəcəhum və əhlik ədaəhum!” – desin.

13-İmam Rza (ə) buyurmuşdur: “Mühəmməd və onun Əhli-beytinə salavat göndərmək təsbih (Subhanəllah), təhlil (Əl-həmdu lillah) və təkbir (Əllahu-əkbər) deməyin savabı ilə bərabərdir.”[92]

14-Hər kəs əsr namazından sonra Peyğəmbər və onun Əhli-beytinə yüz dəfə salavat göndərsə, imanı möhkəmlənər, heç vaxt borclu olmaz və qiyamət günündə ondan sorğu-sual edilməz.

15-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Allahın razılığına səbəb olur.

16-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək günahların bağışlanmasına səbəb olur.

17-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək asan can verməyə səbəb olur.

18-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək dünya əzab-əziyyətindən xilas olmağa səbəb olur.

19-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək axirət yolunun işıqlanmasına səbəb olur.

20-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək behiştə daxil olmağa səbəb olur.

21-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Peyğəmbər (s)-in şəfaətinə səbəb olur.

22-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək onlarla birgə məhşur olmağa səbəb olur.

23-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək mələklərin sevinməsinə səbəb olur.

24-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək, Peyğəmbərin, salavat göndərən şəxsə salam verməsinə səbəb olur.

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın adı və mənə salavatla başlanmayan söhbətin heç bir xeyir-bərəkəti olmaz.”[93]

26-Bir gün həzrət Peyğəmbər (s) imam Əli (ə)-a buyurdu: “Sənə müjdə verməyimmi?!” Əli (ə) dedi: “Atam-anam sənə fəda olsun, sən həmişə bütün yaxşılıqlara müjdə verən olmusan.” Həzrət buyurdu: “Elə indicə Cəbrail mənə təəccüblü bir xəbər verdi.” Əli (ə) soruşdu: “Ey Allahın elçisi! O hansı xəbərdir?” Həzrət buyurdu: “Cəbrail mənə xəbər verdi ki, ümmətimdən bir nəfər mənə salavat göndərərək (onun ardınca) Əhli-beytimə də salavat göndərərsə, göylərin qapıları onun üzünə açılar və mələklər ona yeddi yüz dəfə salavat göndərər. O şəxs xatakar və günahkar olarsa, yarpaqlar (payızda) ağacdan (qopub) tökülən kimi, günahları tökülər və Allah-taala buyurar: “Ləbbeyk və sədeyk, ey Mənim bəndəm (yəni hər nə istəsən, əta edər və istəklərini yerinə yetirərəm)!” Həmçinin Allah-taala mələklərinə buyurar: “Ey mələklərim! Siz bu bəndəm üçün yetmiş salavat göndərin, Mən isə ona yeddi yüz salavat göndərirəm.” Amma ümmətimdən bir kəs mənə salavat göndərərkən Əhli-beytimə salavat göndərməsə, onunla asiman arasında yetmiş hicab yaranar və Allah-taala buyurar: “La ləbbeyk və la sədeyk (yəni istədiyinizi yerinə yetirmərəm)! Ey mələklərim! (Bu bəndə) Peyğəmbərlə birlikdə onun Əhli-beytinə salavat göndərməyincə, onun duasını yuxarı aparmayın.” Beləliklə, Əhli-beytimi (salavatda) mənə qovuşdurmayınca, bu hicab və maneə də aradan getməz.”[94]

27-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Mühəmməd və Ali-Mühəmməd (s)-ə salavat göndərsə, Allah-taala ona min salavat göndərər.”

28-Həzrət Adəm (ə) oğlu Şeysi çağırıb, onu özündən sonrakı xəlifə təyin edərək belə bir vəsiyyət etdi: “Oğlum! Həmişə Allaha itaət, insanlara isə yaxşılıq et. Mühəmməd (s)-in adını çəkməyi, ona salam göndərməyi yaddan çıxarma; çünki mən onun adının ərşə yazıldığını gördüm, səmalarda onun yad edildiyini və adının çəkildiyini eşitdim.” Şeys dedi: “Bu qədər izzət, şərəf və hörmətlə yad edilən Mühəmməd kimdir?” Həzrət Adəm (ə) buyurdu: “O, peyğəmbərlərin sonuncusu və onların içərisində behiştə daxil olan birinci şəxsdir.”

29-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yüz dəfə “Ya Rəbbi səlli əla Muhəmmədin və Ali-Muhəmməd” – desə, onun yüz hacəti qəbul olunar.”

30-İmam Sadiq (ə) Misbah ibni Bəsabəyə buyurdu: “Sənə bir şey öyrədimmi ki, onu deməklə Allah-taala səni cəhənnəm odundan qoruyub saxlasın?” Dedi: “Bəli!” O həzrət buyurdu: “Hər gün sübh çağı yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd” de!”

31-İmam Sadiq (ə) buyurmuşdur: “Cümə gecəsi gəlib çatanda, mələklər əllərində qızıl qələm və gümüş kağız olduğu halda asimandan nazil olar və cümə gününün qürubuna qədər, yalnız salavat göndərənlərə savab yazarlar.” Deməli, cümə günü və cümə axşamı Peyğəmbər və onun Əhli-beytinə min salavat göndərmək müstəhəbdir.

32-İmam Baqir (ə) buyurmuşdur: “Cümə gecəsi heç bir əməl salavat qədər fəzilətli deyildir.”

33-İmam Rza (ə) buyurmuşdur: “Günahlarının kəffarəsini verə bilməyən şəxs Mühəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.”[95]

34-İmam Hadi (ə) buyurmuşdur: “Allah-taalanın İbrahim (ə)-ı Özünə dost seçməsinin səbəbi, onun Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsi idi.”[96]

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim adım çəkilən zaman salavat deməyən şəxs paxıldır.”[97]

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənə salavat göndərməyi unudan şəxs behişt yolunu itirmişdir.”[98]

37-Malik Cəhəni deyir: İmam Sadiq (ə)-a bir gül dəstəsi verdim. Həzrət gülü alıb, öpdü və gözünə qoydu. Sonra buyurdu: “Hər kəs gülü iyləyib gözünə qoysa, Mühəmməd və Ali-Mühəmmədə salavat göndərsin; çünki həmin şəxs nə qədər ki, gülü əlindən yerə qoymayıb, Allah onu bağışlayar.”[99]

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əməllərin zəkatı mənə salavat göndərməkdir.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”[100]

40-İmam Sadiq (ə) buyurmuşdur: “Allaha edilən heç bir dua Mühəmməd və onun Əhli-beytinə salavat göndərməyincə, qəbul olunmaz.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor