İmam Həsən Əskəri (əleyhissəlam) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 29-10-2015, 23:23 | Şərh sayı: (0) | Baxılıb: 1332
İmam Həsən Əskəri (əleyhissəlam)
İmamın şəxsiyyəti
Adı: Həsən
Ləqəbi: Әskəri
Künyəsi: Әbuməhəmməd
Atası: Həzrət imam Әliyyən Nəqi (ə)
Təvəllüdü: Hicri 232-ci il
Imamlıq müddəti: 7 il
Ömrü: 28 il
Şəhadəti:260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid edildi.
Məzarı: Iraq Samirra şəhəri.
Təvəllüdü
Imamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin və᾽d olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.
Imam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də imamı nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fir᾽onun sarayında saxladığı kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.
İmamın əxlaqi xüsusiyyətləri
Imam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Qur᾽anın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. Iraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mə᾽nəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Əlmö᾽təzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.
Imam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Әhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. Imamın bu əmri xalqın həyatında o qədər tə᾽siredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.
Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Әskəri əleyhisslamdan başqasını görməmişəm. Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəri əleyhisslamdan başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.
Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»
Bir dəfə həzrət iki yüz min dinar Əli ibni Cə᾽fər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Әn çirkin və qəddar mə᾽murları zindana keşikçi tə᾽yin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara e᾽tiraz etdikdə belə cavab verdilər: O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və e᾽tinasız bir adam olmasına baxmayaraq, imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Әskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.
Bir dəfə xəlifənin əmri ilə imam Həsən Әskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət Isada mövcud olan nişanələri görmüşəm.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər