Şiəlik İmam Rza (ə) dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 7-01-2016, 21:54 | Şərh sayı: (0) | Baxılıb: 2742
Şiəlik İmam Rza (ə) dönəmində
Məmun Abbasi İmam Rzanı (ə) vəliəhd təyin etməsi ilə zahirdə də olsa şiə və ələvilərin diqqətini cəlb edə bildi. Demək olar ki, şiələrin hakimiyyətdə təmsil olunması İmamın (ə) vəliəhd olması ilə bağlıdır. Əlbəttə, ondan öncə də Əli ibn Yəqtin İmam Kazimin (ə) məsləhəti ilə hakimiyyətdə təmsil olunurdu.1Bu dövrdə şiəlik zahirən siyasi rəng almağa başladı. Məmun özünü şiə kimi göstərirdi. Bir tarixi qaynaqda deyilir: "Məmun İraqa gəldikdən sonra dövlət işlərini etiqadca şiə olanlara tapşırmağa çalışdı. Digərlərinin də dövlətdə təmsil olunmalarını qəbul etdikdən sonra iki nəfərdən birini şiələrdən təyin edirdi”.2Məmundan sonra Mötəsim Abbasi və Mütəvəkkil Abbasi bu üsuli-idarəni dəyişdi. Hədis əhlini müdafiəyə qalxıb, mötəzilə və şiələrlə mübarizəyə başladılar. Mütəvəkkil Abbasi şiə və ələvilərlə düşmənçiliyini son həddə çatdırdı. Belə ki, o, İmam Hüseynin (ə) qəbrini viran qoydu və oranın şumlanaraq əkilməsini əmr etdi.3Lakin şiələrə qarşı bu mövqe çox da davam etmədi. Müqtədir Abbasi hakimiyyətə gəldikdən sonra Bağdad və digər bölgələrdə şiələr inkişaf etməyə başladılar. Bu dönəmdə görkəmli şiələr hakimiyyət dairələrində təmsil olunmağa başlaılar.Şeyx Tusi yazır: Həkəm ibn Ülya deyirdi: "Mən Bəhreynin valisi idim. Orada çoxlu var-dövlət əldə etdim. Bir miqdarını yoxsullara payladım. Qalan miqdarını da torpaq sahəsi aldım. Sonra uzun müddət oranın xümsünü İmam Cavadın (ə) yanına gətirdim”.1İmam Cavadın (ə) şiələrindən olan Hüseyn ibn Abdullah Nişapuri uzun müddət Sistan vilayətinin valisi vəzifəsində çalışdı.2İmamiyyə şiələrinin hakimiyyət dairələrində təmsil olunması son imamların (ə) dövründə daha geniş hal aldı. On birinci imamın (ə) dönəmində çoxlu sayda şiə hakimiyyətdə mühüm vəzifələr tuturdular. Əmİndən Vasİqə qədər(h.c. 232-193)Harundan sonra Məhəmməd Əmin hakimiyyətə gəldi və dörd ildən çox hakimiyyətdə oldu. Əbu əl-fərəc "Məqatil ət-talibin” kitabında yazır: "Əminin Əli ibn Əbu Talibin (ə) övladlarına qarşı mövqeyi öz sələflərindən fərqlənirdi. Bunun səbəbi isə bu idi ki, Əmin daha çox əyyaş həyatı sürürdü. Sonra da Məmunla müharibə böhranı yaşadı və sonra öldürüldü. Məmun öz qardaşını öldürüb siyasi iqtidari tam ələ aldı və iyirmi il (h. c. 197-218) hakimiyyətdə qaldı. Məmunun hakimiyyəti dönəmində şiələr əksər şəhərlərə nüfuz etdilər. Bu, hətta Məmunun sarayında da özünü göstərirdi. Belə ki, Fəzl ibn Səhl Məmunun vəziri, Tahir ibn əl-Həsən Xüzai isə onun ordu komandanı idi. Daha təsirli amillərdən biri də elmi və fəlsəfi kitabların digər dillərdən ərəb dilinə tərcümə edilməsi idi. Bu dövrdə müsəlmanlar rasional biliklərə maraqlarını artırmış və elə buna görə də din və məzhəblərlə bağlı sxolastik məsələlərin müzakirə edilməsinə geniş şərait yaradılmışdı. Şiə alimləri, sxolastlar yaranmış bu fürsətdən istifadə edib Əhli-beyt (ə) məzhəbini təbliğ etməyə başladılar. Mötəsimin dönəmində də (vəfat-227 h. q.) şiələrlə bağlı siyasi vəziyyət Məmun dövründə olduğu kimi davam edirdi. Onların oxşar tərəfi ikisinin də mötəzilə olması və rasional sxolastik məsələlərə maraq göstərmələri idi. İmam Cavada (ə) ünvanlanan çoxlu sayda dini-sxolastik suallar Mötəsimin dönəmində İmamla (ə) görüşməyin yasaq olmadığını göstərir.1 Əslində Mötəsim İmama (ə) dərin kin bəsləyirdi və həmin kinin təhriki ilə sonunda İmamın (ə) qətlinə fərman verdi. İmamın (ə) şəhadətindən sonra onun dəfn mərasiminə misli görünməmiş insan axını oldu. Mötəsim onlara dəfn mərasimində iştirak etməyi qadağan etmək istədisə də geniş kütlə bu qadağaya məhəl qoymayıb xəncərləri çiyinlərində İmamın (ə) evini əhatəyə aldılar. Bu bir tərəfdən də o dövrdə şiələrin malik olduqları gücü göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər