Abbasi xəlifələrinin düşmən mövqeyi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-10-2015, 20:34 | Şərh sayı: (0) | Baxılıb: 403
Abbasi xəlifələrinin düşmən mövqeyi
Abbasi xəlifələri imamlara qarşı müxtəlif davranış üslublarından istifadə etmişlər. Bəzən Əhli-Beyt imamlarına (ə) qarşı göstərdikləri zülm və sitəm zəif, bəzən də son dərəcə şiddətlənərdi. Bəzən bu xəlifələr özlərini dost kimi göstərər, bəzən də qatı düşmən kimi rəftar edərdilər. İmam Rzanın (ə) vəliəhdlik məsələsi və şəhadətindən sonra abbasilər imamların fəaliyyətini kəskin şəkildə məhdudlaşdırdılar. Onlar İmamlara (ə) qarşı ardıcıl təzyiqlər göstərir və onları gənc yaşlarında ikən qətlə yetirməyə çalışırdılar. İmam Məhəmmədtəqi Cavad 25, İmam Əli ibn Məhəmməd Hadi 41, İmam Həsən ibn Əli Əskəri isə 28 yaşında qətlə yetirilmişdir.
Abbasi xəlifəsi Mütəvəkkil hakimiyyətə gəldikdən sonra Əhli-Beyt (ə) tərəfdarlarına qarşı olan məkrli siyasət daha da şiddətləndirildi. Bu dövrdə Əli (ə) və Fatimə (s.ə) övladları (seyidlər) başqa dövrlərə nisbətən daha çox qətlə yetirildi.
Mütəvəkkil İmam Hadini (ə) iqamətgahı olan Samirraya gətizdirərək onu xüsusi nəzarət altında saxlamağa başladı. Belə ki xəlifənin əmri ilə dövlət məmurları İmamın (ə) bütün görüşlərini ciddi nəzarətə almışdılar. Bu məhdudiyyət və təzyiqlər İmam Həsən Əskərinin (ə) zamanında daha da şiddətləndi. Bu zülm və repressiyalar iki səbəbə görə idi:
1. Həmin dövrdə Əhli-Beyt tərəfdarları kəmiyyət baxımından günü-gündən çoxalaraq İraq ərazisində böyük bir qüvvəyə çevrilmişdilər. Onlar hakimiyyəti İmamların (ə) haqqı hesab edərək, abbasilərin mövcud xilafətini qeyri-qanuni sayırdılar. Buna görə də Abbasi xanədanı ilə mübarizə aparmaq üçün fürsət axtarırdılar. Elə bu, abbasilərin Əhli-Beyt (ə) tərəfdarları, xüsusilə də onların rəhbərlərinə (imamlara) qarşı təzyiq göstərmələrinə bir bəhanə idi.
2. Abbasilər Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) tərəfindən nəql olunmuş hədislərə əsasən, bilirdilər ki, qəsbkar və zalım hakimləri məhv edəcək vəd olunmuş Mehdi, Həsən Əskərinin nəslindəndir. Buna görə də İmamın övladını ələ keçirib qətlə yetirsinlər deyə, Həzrət Həsən Əskəri və onun ailəsini nəzarət altında saxlayırdılar. (Onların bu hərəkəti Həzrət Musanı tapmağa çalışan Firon və tərəfdarlarının bihudə cəhdlərinə bənzəyirdi.)
İmam Həsən Əskəri bu qorxulu siyasətin qarşısını almağa çalışırdı. Buna görə də tərəfdarlarının Əhli-Beytin sirlərini qoruyub saxlamaları və çətin anlarda təqiyyə etmələri üçün səy göstərirdi. O Həzrət (ə) düşmən alçaq hədəfinə çatmasın deyə, İmam Mehdinin dünyaya gəlişini gizli saxlamaları üçün yaxınlarına göstəriş vermişdi. Bu addım Abbasi xilafətinin (İmam Mehdini öldürmək kimi) məkrli planını alt-üst etsə də, Əhli-Beyt tərəfdarları üçün başqa problemlərin üzə çıxmasına zəmin yaratdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər