İmam Həsən Əskəri (əleyhissəlam) - hissə 2 |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 2-11-2015, 12:52 | Şərh sayı: (0) | Baxılıb: 553
İmam Həsən Əskəri (əleyhissəlam) - hissə 2
İmamın elmi
İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məsud Şirazi imamla beyət edən ilk saray alimi olub bu şöhrətli alim Əl-mötəzin sarayında çalışırdı.
Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Әbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını odlamışdı.
Xristian alimlər imamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.
Rahiblərin ifşa olunması
İllərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mötəmid camaata əmr etmişdi ki, dua etmək üçün çölə getsinlər.Camaat üç gün dalbadal çölə gedib namaz qılıb dua etdilər, lakin yağış yağmadı. Sabahısı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdə narahat olan Abbasi xəlifəsi Mötəmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Әskərini bu məsələni həll etmək üçün zindandan çıxarılsın. İmam (ə) məsələni öyrənən kimi, belə buyurdu: «Onlardan istə ki, sabah da yağış yağdırmaq üçün çölə getsinlər». Sabahsı gün İmam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədilər. Çox keçmədi ki, göydə bir bulud görsənərək yağmağa başladı. İmam əmr etdi ki, əllərini qaldıran bir xaristianının barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb imamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə «indi dua et ki, yağış yağsın» - dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini imamdan soruşduqda imam belə buyurdu: «Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər. Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.» Xalqın qarşısında imtahan etdikdən sonra, imamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər