Həsən və Hüseyn Analarının cənazəsi yanında |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 10-05-2015, 17:47 | Şərh sayı: (0) | Baxılıb: 578
Həsən və Hüseyn Analarının cənazəsi yanında
Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında gördü. Onlar otağa girib anasının üzü qibləyə uzandığını gördülər. Hüseyn(ə.s) anasını əli ilə silkələdi, birdən başa düşdü ki, artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub dedi: «Qardaş! Anama görə Allah sənə əcr versin (yəni başın sağ olsun). Həsən(ə.s) özünü anasının üstünə atıb onu öpür, deyirdi: «Anacan! Mənimlə danış, yoxsa ruhum bədənimdən ayrılar». Hüseyn(ə.s) irəli gəlib anasının ayaqlarından öpür, deyirdi: «Anacan! Mən sənin oğlun Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!»
Əli(ə.s)-yə xəbər
Əsma Həsənlə Hüseynə dedi:
__ Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı xəbərini ona yetirin.
Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək deyirdilər: «Ya Mühəmməd, ya Əhməd! Bu gün sənin aramızdan getməyinin müsibəti yenidən canlandı, çünki anamız dünyadan gedib». Sonra məscidə daxil oldular. Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə (s.ə)-nin şəhadət xəbərini atalarına çatdırdılar. Bu xəbər Əmirəlmöminin(ə.s)-ə o qədər təsir etdi ki, huşdan getdi, taqəti üzüldü. Dərhal üzünə su səpdilər. Huşa gələndə ürəkyandıran bir səslə buyurdu: «Ey Peyğəmbərin qızı! Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!»
Əli(ə.s) Zəhra (s.ə)-nın cənazəsi yanında.
Məşhur tarixçi Məsudi belə yazır:
Fatimə (s.ə) dünyadan getdiyi vaxt İmam Əli(ə.s) çox üzülmüş, demək olar ki, dünyadan əl götürmüşdü. O, belə mərsiyə oxuyurdu: «Hər iki dostun birliyi axırda fəraq, ayrılıq ilə nəticələnir. Ölüm və ayrılıqdan başqa hər müsibət əhəmiyyətsizdir. Peyğəmbər (s)-in vəfatından sonra Fatimə (s.ə)-nin getməsi bir daha onu göstərir ki, artıq heç bir dost qalmayacaq».
Ravi qeyd edir: «Həzrəti-Əli(ə.s) Həsən və Huseynin əlindən tutub Fatimə (s.ə)-nin cənazəsi olan otağa varid oldular. Əsma Fatimə (s.ə)-nin başı üstündə oturub ağlayır, belə deyirdi: «Ey Peyğəmbər (s)-in yetim qalmış balaları, biz Peyğəmbər (s)-in vəfatından sonra Fatimə (s.ə)-yə başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər