İmam Həsən(ələyhissalam)-a aid bir sıra rivayətlər |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-01-2013, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 2727
İmam Həsən(ələyhissalam)-a aid bir sıra rivayətlər
Sünni alimi Zəhəbi, özünün “Təzkitətul-huffaz” kitabında, Əbu-bəkrədən belə bir rivayət nəql edir: “ Allahın Rəsulu namaz qıldığı zaman, Həsən(ə) gələrək O Həzrətin boynuna və ya kürəyinə çıxardı. O Həzrət, Həsəni(ə) yıxılmasın deyə ahəstə qaldırardıki, yıxılmasın. Bu əhvalat dəfələrlə baş verirdi. Allahın Rəsulu namazı bitirdikdə O Həzrətdən soruşandaki: Sizin Həsənə(ə) qarşı etdiyiniz işləri, başqasına qarşı görməmişik! Buyurardı: “Bəli! Həqiqətən O mənim dünyada olan xoş ətirli gülümdür. Və həqiqətən mənim bu balam Seyyid və Agadır”(Təzkirətul-huffaz, cild 1, səh 167)
Buxari özünün “Səhih” Kitabında, İbni Əbi-Nəimdən belə bir rivayət nəql edir: “Mən Əbdullah ibn Ömərin yanında olarkən bir nəfər gəlib ondan ağcaqanadın qanı haqda soruşanda, İbni Ömər ondan haradan olduğunu soruşdu? O İraqdan olduğunu deyəndə. İbni Ömər ona belə dedi: “Unzuru ila haza, yəsəluni ən dəmil-bəuzə və qəd qətəlu İbnə Rəsulillah. Səmitu Rəsuləllahə(səlləlahu ələyhi va alih) yəqulu: İnnəhuma rəyhanətayə minəd-dunya, yəni Əl-Həsənə vəl Husəynə ələyhiməssalam) Yəni: “Buna baxın məndən ağcaqanadın qanı haqda olan hökmü soruşur! Halbuki Allah Rəsulunun balasının qətlə yetirib, öldürdülər. Mən özüm Peyğəmbərdən belə buyurduğunu eşitdim: Həqiqətən bu ikisi- Həsən Və Hüseyn(ələyhiməssəlam) mənim dünyada iki ətirli güllərimdirlər”. (Səhih Buxari, cild 5, səh 27)
Muhibbud-din Təbəri özünün “Zəxairul-uqba” və Əli ibn İsa İrbəli özünün “Kəşful-ğummə” kitablarında, Cənabizidən oda öz isnadı ilə İbn Əbbasdan belə nəql edir: “Bir gün, biz Peyğəmbərin hüzurunda ikən, Xanım Fatimə(səlamullahi ələyha) ağlayan halda daxil oldu. Peyğəmbər buyurdu: “Cuiltu fidaki” (Atan sənə fəda olsun)! Niyə ağlayırsan? Xanım ərz etdi: Həsən və Hüseyn(ələyhiməssalam) çölə gediblər, bilmirəm haradadırlar!
Allahın Rəsulu buyurdu: Ağlama, onların Allahları, məndəndə, səndəndə onlara nisbət daha mərhəmətlidi. Bu zaman əllərini göyə ucaldalaraq dedi: İlahi onları özün qoru.
Bu vaxt Cəbrəil nazil olaraq dedi: Ey Allahın Rəsulu qəm yemə, onlar “Bəni nəccar”-ın bağında yatıblar. Allah mələklərdən birini onlara keşik çəkmək üçün məmur etmişdir.
Bu zaman O Həzrət, ətrafında olan səhabələrlə Bəni-nəccarın bağına gələrək, Həsən və Hüseyn(ələyhiməssalam)-ın qolboyun olaraq birlikdə yatmaqlarının şahidi oldular. Allahın məmur etdiyi mələkdə bir qanadını onların altına, digərini isə üzərlərinə tutaraq, onlara kölgəlik yaradıb.
Peyğəmbər özünü onların üstünə ataraq, oyanana qədər önlari öpməylə məşğul oldu. Sonradan Həsəni(ə) sağ Hüseyni(ə) isə sol çiynində əyləşdirdi. Bu zaman Əbu-bəkr ərz etdi: Ya Rəsulullah, birini verin mən sizə kömək edim. Peyğəmbər buyurdu: “Niməl-mətiyyu mətiyyuhuma, və nimər-rakibani huma və əbunuma xəyrun minhuma” Yəni: Bunların mərkəbi yaxşı mərkəb, minənləridə yaxşıdırlar, onların ataları isə, onların ikisindəndə yaxşıdır. Onlar Peyğəmbərin çiynində oturduqları halda O Həzrət gəlib məscidə çatdı. O halda məscidin həyətində dayanaraq belə buyurdu: Ey müsəlmanlar! İstəyirsiz sizə babası və nənəsi, insanların ən yaxşı olan şəxsləri sizə tanidim? Ərz etdilər niyə, tanımaq istərdik!
O Həzrət buyurdu: Onlar Həsən və Hüseyndirlər(ələyhiməssalam). Babaları Allahın Rəsulu, Peyğəmbərlərin sonuncusu, Nənələri isə Xədicə Xuvəylid qızıdır ki, behişt xanımlarının xanımıdır.
Sizə ata və analarının, insanların ən yaxşısı olan şəxsləri tanıdım?
Ərz etdilər, bəli Ya Rəsulullah! O Həzrət buyurdu: Onlar Həsən və Hüseyn(ələyhiməssalam)-dırlar ki, ataları Əli ibn Əbitalib, Anaları isə Fatimə binti Muhəmməd(ruhi və ərvahul-aləminə liturabil-məqdəmihiməl-fida)-dir....
Sonra O Həzrət buyurdu: İlahi sən özün bilirsənki, Həsən və Hüseyn(ələyhiməssalam) behişt əhlidirlər. Ataları, anaları, babaları, nənələri, dayıları(Qasim ibn Muhəmməd-səlləllahu ələyhi və alih-), xalaları(Zeynəb binti Muhəmməd-səlləllahu ələyhi və alih-), əmiləri(Cəfər ibn Əbi-Talib), bibiləri(Ummu Hani binti Əbi-Talib), hamısı behişt əhlidirlər. Hər kim onlari (İmam Həsən və İmam Hüseyn-ələyhiməssalam-ı) sevə behiştdə, hər kim onlara kin bəsləyib düşmənçilik edə cəhənnəmdə olacaqdır( Zəxairul-uqba, səh 130)

Haci Sahib
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər