Həzrəti Məsumə |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 30-03-2013, 00:22 | Şərh sayı: (1) | Baxılıb: 1816
Həzrəti Məsumə
Qələm şəni və məqamını yazmaqda aciz olan çox möhtərəm qadınlardan biri İmam Musa Kazimin (ə) qızı Həzrət Fatimə Məsumədir (ə). Onun qəbri şiələrin ziyarətgahı və pənah apardığı yer, Qum elmiyyə hövzəsinin, müctəhidlərin və elm-əməl dahilərinin mərkəzidir. Bəzilərinin nəql etdiyinə əsasən, onun anası həmin Həzrət Nəcmədir. Həzrət Rza (ə) həm ata və həm də ana tərəfindən onun qardaşıdır. Həzrət Fatimeyi-Məsumə (ə) hicri qəməri 731-cü il zilhiccə ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci il rəbiüs-sani ayının 12-də 28 yaşında Qum şəhərində dünyadan gedib.
Hicri 200-cü ildə (yeddinci Abbasi xəlifəsi Məmunun israrı və dəvətindən sonra) Həzrət Əli ibn Musa ər-Rza (ə) Xorasana gəldi və burada Məmun onu ehtiramla qarşıladı. Çoxlu imam övladları Həzrət Rza (ə) ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən Həzrət Məsumə (ə) də öz qohumlarından ibarət karvanla qardaşı ilə görüşmək üçün İrana gəldi. Ancaq Savə şəhərinə çatanda xanım xəstələndi. Yaxınlarından Qum barəsində soruşdu. Onlar dedilər ki, yaxındır. Əmin-amanlıq və müqəddəs şəhər olduğuna görə xanım sakin olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan Səd Əşərinin oğlanları Həzrət Məsumənin (ə) Savəyə gəldiyini eşitdikdə onu qarşılayaraq izzət və ehtiramla Quma gətirdilər. O Həzrət (ə) Musa ibn Xəzrəc ibn Səd Əşərinin evinə gəldi. 17 (ya 16) gündən sonra isə dünyasını dəyişdi. İndi Həzrət Məsumənin (ə) Qumdakı pak və İlahi ziyarətgahı, ölkənin və xaricdəki müxtəlif bölgələrdən gəlmiş Əhli-beyt (ə) aşiqlərinin ziyarət mərkəzidir. İmam Kazim (ə) buyurur: “Qum Ali Məhəmmədin (s) evi, Ali Məhəmməd (s) şiələrinin sığınacağı və pənahgahıdır”.
Bəzi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər (ə) öz qohumlarından Həzrət Məsumə (ə) də daxil olmaqla 22 nəfərlə İrana gəlir. Yolda Harun (ə) yemək yeyərkən Məmunun cəlladları hücum edərək onu şəhid etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. Nəql olunur ki, Savədə Həzrət Məsumənin (ə) yeməyinə zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. Xanım (ə) yatağa düşdü və çox çəkmədi ki, şəhid oldu. Məmun İmam Kazimin (ə) övladlarından altı, ya da yeddi nəfərini şəhid etdi. Çünki onlar qardaşları İmam Rzanın (ə) qanını almaq məqsədiylə Məmunun hakimiyyətinə etiraz etmişdilər . . .
Müəllif isə belə deyir: “Bu nəzər, Həzrət Məsumənin (ə) 201-ci hicri qəməri ilində vəfat etdiyi qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki Həzrət İmam Rza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdu”.
Həzrət Məsumənin (ə) (Əhli-beyt (ə) kəriməsi) məzarının ziyarəti barədə çoxlu rəvayətlər nəql olunub. O cümlədən, Həzrət Rza (ə) buyurub: “Hər kəs Həzrət Məsumənin (ə) məzarın ziyarət etsə, onun yeri behiştdir”.
Yenə də buyurub: “Mənim şiələrimin hamısı Həzrət Məsumənin (ə) şəfaəti sayəsində behiştə daxil olacaqlar”.
Diqqəti cəlb edən digər nöqtə budur ki, Həzrət Məsumənin (ə) ziyarətnaməsinin mətnini Həzrət Rza (ə) Səd Əşəriyə öyrədibdir.
Hazirladi Mir Eli
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər