İranzunun hakimiyyəti |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 24-12-2015, 05:57 | Şərh sayı: (0) | Baxılıb: 3478
İranzunun hakimiyyəti
== Adı ==
Mannanın adı və ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 – cu ildə III Salmanasar kitabəsində çəkilir.S. Qaşqay – Manna dovləti, Bakı, 1993, səh 65 Adətən assurlar Mannanı "Manneylər olkəsi"[http://books.google.az/books?id=kMLKgzj5afMC&pg=PA73&dq=Kingdom+of+Mannai&hl=ru&ei=_USxTbm_A5DfsgbZsbz1Cw&sa=X&oi=book_result&ct=result&resnum=4&ved=0CDMQ6AEwAzgo#v=onepage&q=Kingdom%20of%20Mannai&f=false William Bayne Fisher,Ilya Gershevitch,Ehsan Yar-Shater,Peter Avery – The Cambridge history of Iran, Том 2, səh 74], MannaşARAB, I, 637, 739, urartulular isə Mana olkəsi adlandırırdılarUKN №28.
S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya yanı tayfalardan birinə məxsus olmuşГ. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 57, sonralar [[mannalılar]] ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdirS. Qaşqay – Manna dovləti, Bakı, 1993, səh 67.
[[III Salmanasar]]ın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili [[Zamua]]da məskənləri tuta-tuta Munna olkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dovlətinə yuruşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür kü, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia olkəsi uzərinə yerimişlər.
E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: ''"Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım"''ARAB, I, 587
== Tarixi coğrafiyası ==
{{əsas|Manna toponimləri}}
S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı [[Zamua]], [[Midiya|Maday]], Gizilbunda və [[Fars ostanı|Parsua]] ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını [[II Aşşurnasirapal]] e. ə. IX əsrin 80-ci illərində çəkir.ARAB, 1,457 Bu ölkəyə sonra [[III Salmanasar]], [[V Şamşi-Adad]]ARAB, I, 718, [[II Adadnerari]]ARAB, I, 518, 739 yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı [[Ullusunu]] dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi.AVİU № 49 Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki [[Urartu]] kitabəsində adı çəkilən bu [[Menua]] tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən [[mannalılar]]la qohum olmuşdur.Q. A. Melikişvili, səh. 58-59
[[Urmiya gölü]] hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır.G. G. Cameron. Annals of Salmaneser III, səh. 24 [[Assuriya]] Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, [[II Sarqon]] zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub ''"Urartuya xidmət etməyə"'' razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı.AVİU №46, (52). Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə [[Suriya]]dakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər.AVİU № 49, səh. 322 Sonralar çar [[Ahşeri]] zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi. AVİU № 50, (17)
Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi.AVİU, № 43, qeyd 27 Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, ''"şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı..."''.ARAB, I, 719 III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər ''"Gizilbundanı ta hüdudlarınadək"'' istina etdiyiARAB, I, 733 haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları ''"öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan"'' adamlar adlandırır.AVİU № 49 Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.
Zikertu əyaləti müasir [[Miyanə]] – [[Ərdəbil]] şəhərləri rayonu ilə lokalizə edilir.И. Алиев. История Мидии, səh. 40И. М. Дьяконов. История Мидии. Səh 88, 205Е. A. Грантовский. Сагартии и XIV округ государства Ахеменидов по списку Геродота, КСИНА, 1962 O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. [[II Sarqon]]un verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda ''"hökmdar şəhəri"'' var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər.Heredot, I, 125 Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı [[Aza]]ya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.AVİU N49, səh. 326
Mannanın şərq sərhədlərində ən uzaq əyalət [[Qızılüzən çayı]] hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir.ARAB, I, 588 [[III Adadnerari]] işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir.ARAB, I, 739 Bu dəniz [[Xəzər dənizi]] hesab olunur.Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 75, sn. 2И. М. Дьяконов. История Мидии, səh. 165E. Herzfeld. The Persian Empire, səh. 60 və 196 Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar [[Aza]]nın və [[Ullusunu]]n dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar.AVİU №46, (75), № 49, səh. 325 Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.
Mannaya tabe əyalətlər arasında müasir [[Marağa]] rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu.AVİU, № 49, səh. 326 [[II Sarqon]] Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis ([[Təbriz]] И. М. Дьяконов. История Мидии, стр. 216И. Алиев. История Мидии, стр. 113A. Fazili. Təbriz şəhərinin qədim tarixindən, "Azərbaycan", №20, 1970Е. А.Грантовский. Ранняя история иранских племен Передней Азии, стр. 280) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər [[madaylar]]ın məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.
== Əhalisi ==
{{Əsas|Mannalılar|Mannalıların şəxs adları}}
[[Şəkil:Manna hökmdarının təsviri.jpg|right|150px|thumb|Manna hökmdarının situla üzərində təsviriProf. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998, səh 357]]
Yazılı mənbələrdə [[Urmiya gölü|Urmiyayanı hövzə]] ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad [[kuti]] adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan [[kutilər]]də artıq tayfa ittifaqı təşəkkül tapmışdı.И. Алиев. О первых племенных союзах на территории Азербайджана. Баку, 1959, səh. 3 İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir.И. Алиев. История Мидии. səh. 67 İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, ''"hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın"'' ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan [[hürri dili]] ilə yaxınlığı imkanını da güman edir.И. М. Дьяконов. История Мидии,, səh .110 Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir.И. М. Дьяконов. С. А. Старостин. Хуррито-урартскте и восточно-кавказские языки. Древний Восток. Этнокультурные связи. XXX, M., 1988, səh. 166 Q. A. Melikişvili kuti dilini ''"zaqroş-elam"'' qrupuna aid edir.Г. А. Меликишвили. Наири-Урарту. Səh. 120 Akad. M. İsmayılovM. İsmayılov – Azərbaycan xalqının yaranması, Bakı, 1989, səh 27, Prof. Q. QeybullayevQ. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 264, Prof. F. CəlilovF. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006 və başqaları kutiləri türkdilli heesab edirlər.
[[Urmiya gölü]]ndən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid [[Akkad]] mənbələrində [[Lulubi|lullubum]] (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir.Klengel. Lullubum. Ein Beitrag zur Geschichte deraltvorderasiatischen Gebirgsvolker, "Milteihmgen des Institute fur Orientforschung", XI, 3, 1966, p. 349-371. Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində "zaqroş-elam qrupu" dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir. Lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.Prof. Q. Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 216
Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan [[hürrilər]] mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal- Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər.Б. A. Куфтин. Урартский "колумбарий"у подошвы Арарата и куро-аракский энеолит. ВМГ, XIII, Tbilisi, 1944.О. A. Aбибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982, səh. 24-79 [[Hürri dili]]ndə müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır.И. M. Дьяконов. Языки древней передней Азии.., M., 1967, səh. 114-115 Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan [[Urartu dili]]nin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.И. М. Дьяконов. С. А. Старостин. Хуррито-урартскте и восточно-кавказские языки, səh. 164-165
[[Şəkil:Azərbaycan musiqiçisi, Urmiya, Manna dövrü.jpg|thumb|left|200px|[[Urmiya gölü]] sahilində qayada yonulmuş Manna dövrünə aid [[Azərbaycan]] musiqiçisiProf. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998]]
E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi [[Zamua]] adı ilə tanınmağa başladı.ARAB I, 355 Bu ad [[Lulubilər|lullubi tayfalarından]] birinə mənsub yerli ad hesab edilir.Г. А. Меликишвили. Наири-Урарту. Səh. 124 Sonralar həmin ərazi hissələrində [[mannalılar]] yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir.И. М. Дьяконов. История Мидии. səh. 101 И. Алиев. История Мидии, səh. 67 Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi "Lullubu" adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.
İ. M. Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək cənub əyalətlərinin əhalisini [[kuti]]-[[lullubi]] etnik qrupuna, [[Diyala]] və [[Kərxa]] çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edir.И. М. Дьяконов. История Мидии, səh. 138-140 Mixi yazılı və antik mənbələrin materiallarını tədqiqata cəlb edən İ. H. Əliyev e. ə. III-I minnlliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış xalqların dil və etnik-mədəni cəhətdən Zaqroş-Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa çalışır.И. Алиев. История Мидии, səh. 84
R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan [[Aşşur]] və [[Urartu]] mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.R. M. Boehmer. Volkstum und Stadte dor Mannaer, p. 18-19
Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царства, səh. 60
Mannada çoxluq təşkil edən tayfa olan [[mannalılar]] ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də ''"...pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına"'' çalışırdı.
[[1957]]-[[1958]]-ci illərdə [[Həsənlu]]da aşkar edilmiş sümük materiallarının, eləcə də O. Steynin [[1936]]-cı ildə burada qazdığı materialların tədqiqi yerli sakinlərin əsasən uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir. T. A. Ratbun belə nəticəyə gəlir ki, uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və sabit olmuş, həm də müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında elə bir fərqlənmə əlaməti müşahidə edilməmişdir.T. H. Ralhbun. An Analisis of the Skeletal Material excavated at Hasanlu, Iran, p. 41-42 R. Dayson da bu tipin e. ə. I minilliyin əvvəllərində [[Həsənlu]]da, [[Göytəpə]]də və s. yayılanlarla uyğun gəldiyini göstərir. O, qeyd edir ki, yalnız e. ə. IX-VIII əsrlərdə Təpə Sialkda, həmçinin [[Xəzər dənizi]] sahilində [[I Şahtəpə]]də qısabaşlı, hətta lap qısabaşlı fərdlər görünməyə başlayır.R. N. Dyson. Hasanlu and early Iran, p. 119-120.
[[Həsənlu]] qazıntıları zamanı tapılmış müxtəlif bədii sənət əşyaları üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə və bir tunc dəstəkdə təsadüf olunur. Onların enli burnunun üstü alınla düz birləşmiş, gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək tökülən uzun saç saxlamışlar. Skelet qalıqlarına əsasən V. Krouford belə nəticəyə gəlir ki, onlar orta boylu (təqribən 165 sm) olmuşlar.V. Crawford. Hasanlu. 1960, p. 89 T. A. Ratbun daha dəqiq ölçü göstərir: kişilərin orta boyu -168,32 sm, qadınlarınkı – 159,55 sm110.T. H. Ralhbun. An Analisis of the Skeletal Material excavated at Hasanlu, Iran, p. 41
=== Kimmerlərin Azərbaycana köçü ===
{{Azərbaycan tarixi}}
E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindənL. Waterman. Royal correspondence of the Assyrian Empire, n. 112, 146. aşşurların "[[Kimmerlər|gimirrai]]" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələrJ. A. Knudlzon. Assyrische Gebete an den Sonncngott fur Staat und Koniglicshes Haus der Zeit Asarhaddons und Assurbanapals. Leipzig, 1893, II, n. 29, 35. (e. ə. VII əsrin əvvəli) [[skiflər]]in ''asguzai/isguzai'' adını çəkir. [[Herodot]]un məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə ''"Qafqaz dağlarını sağda qoyub"'' Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər.Heredot, I, 104 Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – [[Meotida]] [[Kolxida]] sahilboyu yolu, [[Dəryal keçidi]] ilə hərbi [[Gürcüstan]] yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər.Е. И. Крупнов. О походах скифов через Кавказ. "Вопросы скифо-сарматской археологии" М., 1954, səh. 186-194Е. И. Крупнов Киммерийцы на Северном Кавказе, МИ А, 68, М.-Л., 1958, səh. 176-190 [[Aşşur]] hökmdarları da [[Urartu]] və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir.Б. Б. Пиотровский. Ванское царство, səh. 233. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir.Б. Б. Пиотровский. Ванское царство, səh. 235-236 Onlar [[Frikiya]] hökmdarlığını darmadağın edərək [[İoniya]] şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
=== Farsdilli əhalinin Azərbaycana köçü ===
[[Solmaz Qaşqay|S. Qaşqay]] qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün [[fars dili|farsdilli]] tayfaların [[İran yaylası]]na soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır.S. Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 148 Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların [[Orta Asiya]]dan çıxmalarını, digərləri isə [[Qafqaz]]dan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.E. Herzfeld. The Persian Empire. Wiesbaden, 1968
Assur mənbələrindən məlum olan [[Güney Azərbaycan]]ın [[Urmiya gölü]] ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların [[Orta Asiya]]dan yox, Şimaldan, [[Qafqaz]]dan keçərək [[İran yaylası]]na doğru irəliləmələrini söyləməyə imkan verir.Э. А. Грантовский. Иранские племена из приурмийского районав IX-VIII вв. до н. э., səh. 250-265
R. Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu [[Qafqaz]]dan, Şərq qolu isə [[Orta Asiya]]dan gəlmişdir.R. Ghirshman. Le Tresor de Sakkez. "Artibus Asiae", XIII, 3, 1950. p. 194 [[Urmiya gölü|Urmiyayanı]] hövzəyə onlar [[Qafqaz]]dan gəlmişlər.В. В. Бартольд. Соч., t. 1, səh. 109, 171; t. VII, səh. 35-36 Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür.T. Cuyler Young. A. Comparative Ceramic Chronology for Western Iran, 1500-500 V. C. Lakin onların irəliləmələri burada da keçilməz [[Zaqroş silsiləsi]] və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.R. M. Boehmer. Zur Lage von Parsua im IX Jahthundert von Christus.
S. Qaşqay qeyd edir:
{{sitatın əvvəli}}''Yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX – VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən [[Azərbaycan (tarixi ərazi)|Azərbaycan]] onomastik materialların təhlili göstərir ki, [[Urmiya gölü|Urmiyayanı]] hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. [[Farslar|Farsdilli]] tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin [[Ön Asiya]]ya gəlmələrinin erkən tarixi kimi qəbul edildikdə də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara ([[mannalılar]] və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.''{{sitatın sonu|Solmaz Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 156}}
E.ə.IX əsrin ortalarından ta [[Midiya]] dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan [[Midiya]] dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə [[farslar|fars]] ünsürü və [[fars dili]] əhəmiyyətli rol oynamamışdı.И. М. Дяконов. История Мидии. M.- L., 1956, səh 281
Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin ([[mannalar]]ın) türk mənşəli olduğunu sübut edib. Prof. [[Qiyasəddin Qeybullayev]] əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. [[İqor Dyakonov]] Manna dövlətinin [[Diyala çayı]]nın yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini [[kutilər]] və [[lulubilər]]in, [[Diyala]] və [[Kərxa]] çaylarının yuxarı axarındakı əhalini isə [[kassilər]]in varisləri hesab edir.И. М. Дяконов. История Мидии. M.- L., 1956, səh 215
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər