Mərkəzləşmiş dövlətin yaranması |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 15-12-2014, 03:01 | Şərh sayı: (0) | Baxılıb: 2791
Mərkəzləşmiş dövlətin yaranması
Manna dövləti dövrünə aid Güney Azərbaycandan aşkarlanmış sikkə Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998
E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki [Güney Azərbaycan] ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət [Güney Azərbaycan]ın bütün ərazilərini öz tərkibində birləşdirdi, [Assuriya] və [Urartu]nun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.
E.ə. I minilliyin əvvəllərini R. Girşman [İran yaylası] tarixində qaranlıq dövr adlandırır. E. ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb – qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.
Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların – farsdillilərin ''soxulması'' ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində [Urmiya]yanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti [Azərbaycan tarixi]ndə ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.
Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II minilliklərdə bu regionda mövcud olmuş [[Kuti dövləti|Kuti]], [Lulubi dövləti|Lulubi] və [kassilər]in bilavasitə varisi idi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər