Tarix yazmış sərkərdə |
Müəllif: hizbuallah | Bölmə: Azərbaycan tarixi | Vaxt: 15-06-2013, 19:53 | Şərh sayı: (1) | Baxılıb: 2103
Tarix yazmış sərkərdə
Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.
1488-ci il 9 iyulda atası Şeyx Heydər Təbərsaranda (Xizi Rayonu, Tixli kəndi) Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə 5 il saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Baysunqur Mirzəyə qarşı yürüşdə Sultanəli də Rüstəm padşahla birlikdə çıxış etdi. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir.
Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya saldı. Onlara qəsd təşkil edildi. Qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəlilədi. Rüstəm onların arxasınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin etdi.
Qardaşlarını Ərdəbilə yola saldı, özü isə düşmən tərəfə döndü. Şəməsi adlanan yerdə (indiki Səlyan yaxınlığında) (Şəməsi döyüşü) döyüşdə (1494) qızılbaşlar məğlub oldular. Sultanəli həlak oldu.
1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bildilər. Səfəvi müridləri İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar.
Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi.
Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir. Və həmçinin Səfəvilərin nəsildən – nəsilə ötürülən “Soy” kitabi adlanan kibənin bilgilərinə yiyələnir.
Bununla İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər.
1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir.
başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[4] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[5], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək,onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.
Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi.[10] İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Sülymanın dövründə Osmanlı şeyxül islamı Müfti ƏL-HƏMZƏ tərəfindən verilən fetva[12] ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara shib olmalarını halal elan dövlət ideologiyasına çeviriləcək.
1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu alınmadı. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşüdə Şah İsmayılın qoşunları məğlub oldu. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İSMAYIL şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan TURƏLİ bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı ƏLİ bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İSMAYIL azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanaş şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra şah İSMAYIL tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.
Tarixdə belə bir olay olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : "Sən məni aldadırsan , bu həmin qılınc deyil.". Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : "Qılınc həmin qılıncdı , qol o qol deyil.".
Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq , məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublarda Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.
Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.
1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə öv edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı" Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Qısa ömrünün qiymətləndirilməsi
Şah İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İSMAYILIN yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".
Bu yaxnlarda Əhli-Beyt aşiqləri olan Şah İsmailin atası Şeyxheydər və onun yanında şəhidolan mürüdlərinin Qebirlerini ziyarət etdik və cox məyusolduq. Məyusluğumuzun səbəbi oldu ki, O böyük şəxsiyyətin məğbərəsi cox misgin vəziyyətdədir. Heyiflər olsun oraların təfsiri aşağıdakı şəkillərdir buyurun sizlərdə baxn:
Şah İsmailtərəfindən atası Şeyx Heydər üçün tikilmiş məğbərənin qalıqları:
Şah İsmailin atası Şeyxheydərin yanında şəhidolan mürüdlərinin Qebirleri:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər