RSS
 

Login:
Şifrə:
» » Dünya müsəlman dövlətlərinin liderləri İstanbul zirvəsində: savaş, yoxsa barış

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dünya müsəlman dövlətlərinin liderləri İstanbul zirvəsində: savaş, yoxsa barış

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 10:33 | Şərh sayı: (0) | Baxılıb: 177

Dünya müsəlman dövlətlərinin liderləri İstanbul zirvəsində: savaş, yoxsa barış


Dünya müsəlman dövlətlərinin liderləri İstanbul zirvəsində: savaş, yoxsa barışAprelin 14-15-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammiti keçiriləcək. Yer kürəsində BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan İƏT-in (keçmiş İKT – İslam Konfransı Təşkilatı) sammiti hər üç ildən bir üzv ölkələrin dövlət və hökumət başçıları, yaxud da onların təmsilçilərinin iştirakı ilə keçirilir.

İstanbul zirvəsi 2 gün davam edəcək, aprelin 15-də sona çatacaq. Artıq 56 müsəlman ölkəsinin dövlət və hökumət başçıları İstanbuldadır. Aprelin 13-də axşam İstanbulda sammit iştirakçılarına Türkiyə prezidenti adından rəsmi ziyafət verilib. Ziyafətə sammitə qatılmaq üçün İstanbula gələn Azərbaycan prezidenti İlham Əliyev və xanımı da qatılıb.

Yeri gəlmişkən, 13-cü İstanbul sammitinin başa çatması münasibətilə İƏT baş katibi Mədəni, BMT mədəniyyətlər təmsilçisi Nasir Əbdüləziz, Malaziya baş naziri Nəcib Rezak, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev də çıxış edəcək.



“Çox fərqli sammit”

İƏT-in 13-cü İstanbul sammiti bütün dünyanın diqqətindədir. Çünki bu toplantı Yaxın Şərqdə, müsəlman dünyasında ciddi münaqişələrin, terror və savaşların ən şiddətli dövrünə, eyni zamanda müsəlman ölkələri arasında ciddi problemlərin yaşandığı bir zamana təsadüf edir. İƏT sammitinin əsas mövzuları İŞİD-ə qarşı mübarizə, Yaxin Şərqdə siyasi vəziyyət, İraq, Suriya, Yəmən, Liviyadakı münaqişələr olacaq. Bundan başqa siyasi müzakirələrin əsas mövzuları içərində İran-Səudiyyə münasibətləri, Misir-Türkiyə əlaqələri də var. Bu baxımdan İƏT-in hazırkı sədri İyad Əmin Mədəni “bu sammit çox fərqli olacaq” deməklə müzakirə mövzularının bolluğu və gərginliyə işarə edib.

Küsülülərin barışığı, yoxsa düşmənçiliyin dərinləşməsi...

İƏT katibliyinin məlumatına görə, 13-cü İstanbul sammitində əsas olaraq 18 mövzu müzakirə olunacaq. Bunlar sülh, təhlükəsizlik, Fələstin münaqişəsi, Qüdsün taleyi, yoxsulluqla mübarizə, terror və radikalizmlə mübarizə, sərmayə və maliyyə, elm və texnologiya, iqlim dəyişikliyi, dinlər arasında münasibətlər, insan haqları və sair kimi mövzular olacaq. Ümumi olaraq 107 hədəf nəzərdə tutulub.

Ancaq bu sammitin ən önəmli mövzuları heç şübhəsiz ki, son bir ildə həddən artıq pisləşən İran-Səudiyyə münasibətləri, eləcə də Misirlə Türkiyə arasında əlaqələrin bərpası və regional münaqişələr olacaq. Əldə etdiyimiz məlumata görə, sammitdə Səudiyyə Ərəbistanı tərəfindən İran əleyhinə qətnamə layihəsi hazırlanıb. Qətnamə İranın regional fəaliyyətinin tənqid olunması, Suriya və Yəməndəki rolu tənqid olunur. Qətnamə layihəsi gözlənildiyi kimi, İran tərəfinin sərt etirazına səbəb olub. Eyni zamanda son zamanlar İranla münasibətləri qaydaya salmağa çalışan ev sahibi Türkiyə də qətnamənin müzakirəyə çıxarılmasına qarşıdır. Çünki sənədin ortaya çıxması müsəlman ölkələri arasında gərginliyi daha da artıracaq, son aylarda Səudiyyə Ərəbistanının İran əleyhinə yaratmağa çalışdığı koalisiyanı necə deyərlər, netləşdirəcək. Bu isə bir çox ölkələri çətin seçim qarşısında qoyur. Bu səbəbdən də tədbirdən əvvəlki gün əsasən bu mövzunun müzakirəsi diplomatların əsas gündəmini təşkil edib. Pakistan və Türkiyə kimi ən böyük müsəlman ölkələrinin İran və Səudiyyə arasında seçim qarşısında qalmaq istəmədəyi bildirilir.

Sisi İstanbula gəlməkdən imtina etdi

13-cü İstanbul sammitinin daha bir gözlənilməz hadisəsi Türkiyə-Misir münasibətləri ilə bağlı olub. Məsələ burasındadır ki, bir neçə gün əvvəl Səudiyyə kralı Salman bin Əbdüləziz Misirə səfər edib və bir sıra anlaşmalara imza atıb. Misir səfərindən sonra kral Salman Ankaraya gəlib və hətta bir neçə ay əvvəldən sızdırılan bilgilərə görə, Kralın əsas gündəmində Misirlə Türkiyəni İstanbul sammitində barışdırmaq var. Məsələ ondadır ki, Misir və Türkiyə əlaqələri 2013-cü ildə Misirdə hərbi çevriliş nəticəsində Türkiyə hakimiyyətinə yaxın olan Məhəmməd Mursinin devrilməsindən sonra pozulub. Türkiyə açıq şəkildə hərbi çevrilişi pisləyib və bundan sonra iki ölkə münasibətləri ən aşağı səviyyəyə düşüb. Səudiyyə Krallığı isə Misirdə məlum səbəblərdən hərbi çevrilişi dəstəkləyib. İndi isə Riyad həm Ankara, həm də Qahirə ilə yaxşı münasibətlərindən istifadə edib iki ölkəni barışdırmağa çalışır. Hər iki ölkə Səudiyyə krallığının qurduğu “İslam ordusu” koalisiyasında təmsil olunur.



Lakin son anda məlum olub ki, İstanbulda Misir və Türkiyə prezidentlərinin barışması planı baş tutmayacaq. Çünki Misir prezidenti Əbdülfəttah əs-Sisi İstanbul sammitində iştirak etməyəcək. O, öz əvəzindən xarici işlər nazirini göndərib. Bu isə o deməkdir ki, Misir Türkiyə ilə barışmayacaq. Gələn son məlumatlara görə, Sisinin bu addımının arxasında Türkiyə ilə münasibətlərlə yanaşı, Səudiyyə ilə əlaqələrdə yaranan soyuqluqdur. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı Misir dövlətini maliyyələşdirir. Kasıb Misir böyük miqdarda bu yardımlardan asılıdır.

Ancaq kral Salmanın son Misir səfəri zamanı ərəb mediası kralın iqtisadi vəziyyətlə əlaqədar olaraq Misirə maliyyə yardımını azaltmağa, hətta dayandırmağa hazırlaşdığını yazıb. Ən qəribəsi isə kral Salmanın Misir səfəri zamanı Qırmızı dənizdə yerləşən Tiran və Sanafir adlı iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərar qəbul olunub. Anlaşmaya əsasən adalar üzərindən Misir və Ərəbistan arasında körpü tikiləcək. Eyni zamanda Misir hökuməti adanın 1950-ci illərə qədər Ərəbistana məxsus olduğunu, daha sonra İsrail hücumlarından qorumaq üçün Misirin nəzarətinə verilməsinə dair “sənədlər”i nümayiş etdirib.

Ancaq bütün bunlara baxmayaraq yerli fəallar, media Sisinin adaları pul qarşılığında səudlara satdığını yazır və hakimiyyəti sərt tənqid edir. Görünür ki, Misir hökuməti adaları pul qarşılığında satmağa məcbur qalıb və bu amil Misir iqtidarını incik salıb. Bu incikliyin daha bir əlaməti də var. Misir xarici işlər naziri ötən həftə verdiyi müsahibədə gözlənildiyinin əksinə olaraq, İrana qarşı yumşaq münasibət göstərib və Hizbullahı terror təşkilatı adlandırmaqdan açıq şəkildə yayınıb. Sisinin son anda İstanbula gəlməkdən imtina etməsi bu mənada Türkiyə ilə yanaşı Ərəbistana olan küskünlüyü ilə izah oluna bilər.

Müsəlman gəncləri sammiti

Bu il ilk dəfə olaraq İƏT liderlərinin sammiti ilə yanaşı, İslam ölkələri ilk Gənclik Zirvə Sammiti də keçirilib. Sammitdə İƏT üzv ölkələrin gənclər təmsilçiləri iştirak edib. İslam Gənclik Sammiti İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə “İnkişaf, Sülh və Ədalət uğrunda Əməkdaşlıq” şüarı altında keçirilib.

İƏT üzv ölkələrdən 200-ə yaxın müsəlman gənc liderin iştirak etdiyi sammitin açılış mərasimində DƏ-İKGF-nin sədri Elşad İskəndərov, Türkiyənin Gənclər və İdman Naziri Akif Çağatay Kılıç, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Sülh üzrə Nobel mükafatı laureatı almış Təvəkkül Karman iştirak edib.

Gənc müsəlman liderlərin sammitdə qəbul edəcəyi təkliflər, növbəti gün öz işinə başlayacaq İƏT Zirvə Toplantısı iştirakçılarına təqdim ediləcək. Tədbirdə İKGF tərəfindən İƏT arealı üçün ilk dəfə hazırlanan “Müsəlman Gənclərin Vəziyyəti” adlı illik hesabatın ilk nümunəsinin, İKGF tərəfindən layihəsi hazırlanan Mövlanə Beynəlxalq Tələbə Mübadiləsi Proqramı və İbn Bətutta Beynəlxalq Gənclik Proqramının təqdimatı, həmçinin, Şimali Afrika və Orta Şərqdə İƏT-ə üzv ölkələrin gənclər hərəkatlarını aktivləşdirəcək Milli Gənclər Şuralarının yaradılması təşəbbüsü təşviq ediləcək.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor